AZƏRBAYCANIN ƏN “ƏZƏLƏLİ QIZLARI”: “BİZİM KİŞİLƏR ÇILPAQ BƏDƏN GÖRƏNDƏ…” – VİDEO- MÜSAHİBƏ Bakıda məşhur “avtoş”u kim öldürdü? - DƏHŞƏTLİ QƏTLİN TƏFƏRRÜATI - FOTO Əmək haqqından tutulmalar necə olacaq? - HESABLAMA NÜMUNƏSİ Bu da xalq artistinin gənc əri - İlk dəfə üzünü göstərdi - FOTO
Bakı küçələrində rəssamlıq edən azərbaycanlı müğənni kimdir? - FOTO Niyə yaşıl çay içməliyik? Mirtağı Əsədovun həbsi ilə bağl Azərbaycan Prezidentinə müraciət etdildi. Zahid Orucdan Zamirə və Cahangir Hacıyevlə bağlı maraqlı təklif
Bərdədə 60 yaşlı kişinin intihar GÖRÜNTÜSÜ yayıldı Nuranın transparan geyimi müzakirə olundu - FOTO Sürücülərin nəzərinə: sabah son gündür Türkiyə səfiri Erkan Özoral Aİİ-ni ziyarət edib



» » DAA İsveçdə tədbir keçirdi-"Azərbaycanı dünyaya tanıdaq"-FOTO


DAA İsveçdə tədbir keçirdi-"Azərbaycanı dünyaya tanıdaq"-FOTO

19-12-2016, 21:49
Oxunma sayı: 488
DAA İsveçdə tədbir keçirdi-"Azərbaycanı dünyaya tanıdaq"-FOTO


Dünya Azərbaycanlıları Assambleyası, İsveçin Akarp şəhərində "Azərbaycanı dünyaya tanıdaq devizi altında" tədbir keçirib.
Respublika.info xəbər verir ki,tədbirə yerli isveçlilərin fəal iştirakı ilə yanaşı bu ölkədə yaşayan digər xalqların nümayəndələri - Almaniya, Rusiya, Danimaraka və İsveçin Göteburg şəhərindən olan qonaqlar da qatılıb.
Tədbir Azərbaycanın görkəmli şairi, Səməd Vurğunun "Azərbaycan" şeirinin sözlərinə bəstələnmiş musiqi sədaları altında başlanıb.
Tədbiri Dünya Azərbaycanlıları Assambleyası mədəniyyət, gənclər və turizm məsələləri üzrə vitse prezidenti, Aida Məmmədova açıb. O, qonaqları salamlayaraq, onları bu tədbirdə görməkdən məmnun olduğunu bildirib.
O, Azərbaycan mədəniyyəti, incəsənəti, mətbəxi haqqında qonaqlara geniş məlumatlar verib və iştirakçıları bu zənginliklərlə yaxından tanış olmaq üçün Azərbaycana dəvət edib.
Tədbir Azərbaycan haqqında təqdimat filmi ilə davam edib. Filmdə Azərbaycanının zəngin mədəniyyəti, tarixi abidələri, turizm bölgələri haqqında məlumat verilib.
Tədbirdə çıxış üçün söz alan Danimarkada yaşayan, Mehrdad Zamani "Dünya Azərbaycanlıları Palitrası" kitabını qonqlara təqdim edib. Bu kitab haqqında geniş məlumat verən, Mehrdad bəy, əsasən, kitabın məzmunundan bəhs edib və bunun ardınca, Mehrdad Zamani bəy "Sarı Gəlin" xalq mahnısını oxuyub.
İsveçdə tərcüməçi işləyən, Əli bəy isveçlilər və tədbir iştirakçılarına Qarabağ haqqında geniş məlumat verib. O, Ermənistanın işğalçılıq siyasətindən danışaraq qonaqlara bu münaqişə ilə bağlı geniş məlumatlar verib.
Sonra Danimrka Azərbaycan Dostluq cəmiyyətinin sədri, Kəmalə Maisqızının ifasında Azərbaycan rəqs musiqisi sədaları altında milli rəqsimiz nümayiş olunub.
Tədbirdə iştirak edən qonaqlar, Azərbaycan barədə bu qədər gözəl məlumatlar aldıqlarından şad olduqlarını deyiblər və tədbirin təşkil edilməsində göstərdikləri dəstəyə görə Cecile Jönssona təşəkkür edilib.
Sonda qonaqlara Azərbaycanın milli şirniyyatları - paxlava, şəkərbura təqdim olunub.
Qeyd edək ki, Dünya Azərbaycanlıları Assambleyası 6 sentyabr, 2016-cı il tarixində Almaniya Federativ Respublikasının məhkəmə və ədliyyə orqanları tərəfindən beynəlxalq təşkilat olaraq qeydiyyata alınıb. Təşkilatın mərkəzi Almaniyanın Köln şəhərində yerləşir.



DAA İsveçdə tədbir keçirdi-"Azərbaycanı dünyaya tanıdaq"-FOTO
Sosial şəbəkələrdə paylaş: