Toy sahibi: "Nadir toyda anormal hərəkətlər edirdi" - FOTO Aktrisanın açıq-saçıq toy geyimi qalmaqal yaratdı - FOTO Tanınmış müğənni: "2-ci sinifdə oxuyanda təcavüzə uğradım" - FOTO Mina: “İstəmirəm ki, hansısa deputat məni “saxlasın” - FOTO
Elçinlə Ceyhun arasında QALMAQAL: "Düşünməliydi ki, kimə söz atır" Dilqəm Əsgərovun atası iflic oldu - FOTO "Tramp əlimdən tutub, otaq nömrəmi istədi..." - FOTO "Hz.Aişəyə haram sayılmır, mənə haram oldu?" - Aparıcı hövsələdən çıxdı - VİDEO
Bakıda "Trump Tower"in adı sökülür - FOTO Fidan 17 il əvvəl - FOTO Tramp NATO-nu "qoca təşkilat", Merkeli "faciəvi səhv edən" adlandırdı - FOTO Gənclər Fondunun dəstəyi ilə İKT Könüllüləri Layihəsi Davam edir



» » İtkin düsmüş neftçilərin axtarışı ilə bağlı FHN MƏLUMAT yaydı


İtkin düsmüş neftçilərin axtarışı ilə bağlı FHN MƏLUMAT yaydı

17-12-2016, 13:34
Oxunma sayı: 516
İtkin düsmüş neftçilərin axtarışı ilə bağlı FHN MƏLUMAT yaydı

Fövqəladə Hallar Nazirliyi (FHN) Xəzər dənizində baş verən faciə ilə bağlı növbəti açıqlamanı yayıb.

Nazirliyin mətbuat xidmətindən Respublika.info-ya verilən məlumata görə, "Azneft" İB-nin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsində yerləşən estakadanın dənizə uçması nəticəsində itkin düsmüş neftçilərin axtarışı davam etdirilir.

Dekabrın 17-də Xəzər dənizində aparılan axtarış işlərində Fövqəladə Hallar Nazirliyi Aviasiya dəstəsinin iki helikopteri, "Vixr-5", "Vixr-8" və "Svetlomor-2" gəmiləri iştirak edir.

Bununla yanaşı, FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin, Xüsusi Riskli Xilasetmə Xidmətinin və Mülki müdafiə qoşunlarının şəxsi heyəti sahilboyu ərazilərdə axtarış işlərinə cəlb olunub.

Qeyd edək, dekabrın 15-də səhər saat 05:00 radələrində Xəzər dənizində 41 metr/saniyə sürəti ilə əsən güclü külək "Azneft" İB-nin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsinin sağ və sol hissəsində yerləşən estakadanın uzunluğu təqribən 150 metr olan hissəsini dənizə uçurub. Estakadanın həmin hissəsi özü ilə birlikdə ona bitişik olan meydançanı və üzərindəki yaşayış budkasını da uçurub.

Hadisə nəticəsində 10 nəfər itkin düşüb, daha sonra onlardan birinin meyiti tapılıb.

Hadisənin araşdırılması məqsədi ilə birgə xüsusi komissiya yaradılıb.

Faktla bağlı cinayət işi başlanıb.
Sosial şəbəkələrdə paylaş: