"Nazimi Rafael ulduz edib" - Brilliant Cəbhədə hər iki ayağını itirən Sərxanın toyudur - FOTO Ermənilərin gəlini erotik sessiyaya çəkildi - FOTO Leylanın 20 yaşı olduğunu kimə desən, inanmaz - VİDEO
Bürclərə inanmaq lazımdır? Dünyanın ən qəribə 7 “dəlixana”sı - İşgəncələr, ölüm... - FOTO Köləlikdən məktəbə: 25 yaşında 1-ci sinfə getdi - FOTO Rusiya dünyaya "kompromat" ixrac edir
Qışda bu çayları için - RESEPTLƏR Məşhur avtoritetin qardaşları Masallıda necə qətlə yetirildilər? - FOTO Məşhur xanım küçədə yarıçılpaq gəzdi - FOTO Anar Məmmədov Trampın andiçməsində iştirak etməyib



» » Gəlin-qaynana münasibətləri


Gəlin-qaynana münasibətləri

14-12-2016, 23:04
Oxunma sayı: 622
Gəlin-qaynana münasibətləri

Hal-hazırda cəmiyyətimizin böyük problemlərindən biri gəlin-qaynana problemidir.Bunun səbəbi isə dədə-babalarimizdan bizə miras qalan qeybətcil fikirlərdir.Gözünü açan yeni qız övladının yanında həmişə qaynananın problemli biri olduğu, onunla yola getməyin çətin olduğu, həmişə ailə arasında münaqişə saldığını deyirlər.
Qohum -əqrabada , tanışlıqda,cəmiyyətdə həmişə qaynananın mənfi keyfiyyətlərlə göstərilməsi qaynana sözünü belə, mənfi obraz nümunəsi kimi göstərir. Bu söhbətlərin içərisində böyüyən kiçik qiz uşağı, hələ qaynanasını tanımadan ona nifrət hissi daşıyır.Artıq mənfi söhbətlərlə, səhv nümunələrlə qarşılaşan qızlar qaynana sözünü belə eşitmək istəmirlər.
Bu eyni ilə gəlinlər üçün də keçərlidir.Təzə oğlan övladı olan gündən bəri sosial çevrədəki tanışlar, qohumlar və s. hamı ananı “bir gün gələcək oğlunu el qızı əlindən alacaq “-deyə gələcək gəlininə qarşı nifrət hissi ilə doldururlar.Hələ gəlinini tanımayan ana indidən onu rəqib kimi görür. Bir gün oğlunu onun əlindən alacaq deyə qorxu içində yaşayır. Və vaxt gəldikdə gəlininə qarşı qəddar fikirlər belə fikirləşir.
Eyni qorxunu keçirən , neçə illərdir ki altşüuru cəmiyyət, qohum-əqraba tərəfindən mənfi fikirlərlə doldurulan iki insan nəhayət ki tanış olur.Və çox normal bir haldır ki, onlar heç də ilk görüşdən bir-birilərini sevmirlər.Artıq onlar nə qədər çalışsalar da mehriban bir gəlin –qaynana ola bilməyəcəklər. Çünki onların altşüurunda heç də bir-birilərinə qarşı müsbət fikirlər yoxdur.
Gəlin və qaynanın uzun illərdir ki bir-biri ilə münasibət qura bilməməsinin ən başlıca səbəbi budur.Onsuz da oğlunu gəlinindən qısqanan ana, həyat yoldaşını başqalarından qısqanan gəlin bu fikirləri əvvəlcədədən eşitməsə belə, yenə də onlar qısqanclıqlarına görə problem yaşayacaqdilar.Və üzərinə belə mənfi tərbiyə də gəldiyi zaman bu problemləri çıxılmaz vəziyyətdə qoyur.
Əvvəl başqa mühitdə, başqa tərbiyədə böyüyən gəlin indi tamamilə ayri mühitə düşür.Evin dekorundan tutmuş,müəyyyən davranış qaydalarına kimi dəyişik fikirlərlə rastlaşan gəlin adaptasiya problemi yaşayır.Evin qayda-qanunları , yeni mühit bəzən onu sıxır.Öz evinin qaydalarını ər evində tədbiq etməyə başlayır.Bu da zatən əvvəldən qaydası olan ev sakinlərini yeni gələn gəlinin bu hərərkəti əsəbləşdirir .Artıq evdəki hər kəsin əvvəlcədən danışılıb mənfi fikirlərlə doldurulan altşüuru işə düşür.Gəlin və qaynana problemləri. “ onsuz da bilirdik ki gəlin belədir , gəlin yad insandır, ər evini sevmir. Qaynana gəlini hec vaxt sevmir, dədə-babadan bu belədir ,onsuz artıq mən ümüdümü üzmüşdüm .” kimi mənfi fikirlər formalaşır və yeni münasibətlər yaranmağının qarşısını alır.
Artıq gəlin öz ata ocağı üçün darıxır.Qaynana isə gəlinsiz oğlu ilə keçirdiyi xoş günləri üçün darıxır.Ailədə gəlin və qaynana həmişə bir nəfəri paylaşa bilmir.
Nümunə:
Pasient:Evlənməyimizdən 5 il keçib.Biz artiq yoldaşımla ayrı evə də çıxmışıq.Ancaq yenə də harasa bir yerə getdiyimiz zaman yoldaşım anasına zeng edib ondan icazə alır.Əgər anası icazə verməsə heç yerə getmirik.Bir dəfə restorana yemək yeməyə gedəcəkdik. Əynimi də geyinmişdim.Yoldaşım anasına zeng etdi icazə almaq üçün ,amma anası dedi ki ,yox getməyin!Yoldaşım mənə dedi ki ,-get əynini dəyiş heç yerə getmirik.Artıq mən əsəb keçirirəm.
Psixoloq: Qaynananızla yoldaşınız arasında böyük bağ var demək ki, qaynananız və yoldaşınız bir-birləri ilə bu qədər yaxın olduğuna görə yəqin ki,qaynananızın başqa övladı yoxdur.
Pasient: Bir oğlu daha var. Mənim yoldaşımdan balacadır.
Psixoloq:Bəs yoldaşınızın atası necə?
Pasient: O 15 ildir ki yoxdur.Bunları atib gedib Rusiyaya .Orda da aile qurub. Qaynanam uşaqlarını tək böyüdüb.Heç Rusiyadan pul da gəlməyib.Yoldaşım və qaynım atalarının üzünü belə xatırlamırlar.
Psixoloq: Deməli sənin qaynanan böyük oğlunu evin ata obrazına qoyub və dərdlərini onunla bölüşüb.Nəinki oğlu kimi ,həm də yoldaşı kimi görüb onu.Belə münasibəti görən oğul isə anasına birə-on bağlanıb.İndi sən onların bu möhkəm bağını kəsə bilməzsən.Qaynanan yəqin fikirləşir ki, sən onun övladını , həm də həyat yoldaşını əlindən alacaqsan.Buna görə sənə bu qədər aqressiyası var.İndi sən sübut etməlisən ki, onun oğlunu əlindən almayacaqsan.Bir gün harasa gedəndə telefonu götür və icazəni elə sən özün al.Qaynanani tez-tez qonaq dəvət elə. Ona inandır ki, sən onun gəlini deyil,qızısan. Bu hərərkətlərindən sonra o sənə bağlanacaq.

Kəmalə Rəsulova (Psixoloq)



Respublika.info
Sosial şəbəkələrdə paylaş: