"Nazimi Rafael ulduz edib" - Brilliant Cəbhədə hər iki ayağını itirən Sərxanın toyudur - FOTO Ermənilərin gəlini erotik sessiyaya çəkildi - FOTO Leylanın 20 yaşı olduğunu kimə desən, inanmaz - VİDEO
Bürclərə inanmaq lazımdır? Dünyanın ən qəribə 7 “dəlixana”sı - İşgəncələr, ölüm... - FOTO Köləlikdən məktəbə: 25 yaşında 1-ci sinfə getdi - FOTO Rusiya dünyaya "kompromat" ixrac edir
Qışda bu çayları için - RESEPTLƏR Məşhur avtoritetin qardaşları Masallıda necə qətlə yetirildilər? - FOTO Məşhur xanım küçədə yarıçılpaq gəzdi - FOTO Anar Məmmədov Trampın andiçməsində iştirak etməyib



» » Qış depressiyası


Qış depressiyası

13-12-2016, 19:57
Oxunma sayı: 401
Qış depressiyası

Depressiya yüksək halsızlıq, gərəksizlik hissi, əhval-ruhiyənin enməsi,iştah və yuxu rejimində ciddi dəyişikliklər,intihara dair fikirlər və s.müxtəlif şikayətlərlə səciyyələnən psixoloji narahatçılıqdır..Nəyə görə “Qış depressiyası?” .Depressiyanın bir növü olan mövsümi depressiya qış depresiyası da adlandırılır. Çünki, havalar soyuqlaşmağa başladıqca, günəş enerjisinin daha az olması səbəbilə bir çox insanlar enerji qıtlığı, gördükləri işlərdən,həyatdan zövq almamaq kimi problemlərlə qarşılaşır və eyni zamanda daha çox payız-qış aylarında insanlarda ruh düşkünlüyü, iş qabiliyyətinin aşağı düşməsi, əhval-ruhiyyənin enməsi kimi halları müşahidə olunur.Bəzən insanlar bir-iki gün əhval- ruhiyyə aşağı olduqda, halsızlıq, yorğunluq hiss etdikdə depressiyada olduqlarını düşünürlər.Lakin bu belə deyil, depressiya diaqnozu qoymaq üçün ən azı əlamətlər 2 həftə ərzində müşahidə edilməlidir.Araşdırmalara görə qış depressiyası əsasən də qadınları öz təsiri altına alır və günlük fəaliyyətləri onlar üçün çətinləşdirir.Əsasən də çətinliklə yuxudan oyanmaq, heçkəslə ünsiyyətdə olmaq istəməmək, günboyu halsız hiss etmək və s. kimi şikayətlərini qış aylarında daha çox eşidirik.Qış depressiyası digər mövsümlərdə də ortaya çıxa bilər. Və qışın özü ilə gətirdiyi yalnız depressiya deyil digər psixoloji emisional narahatçılıqlar hansı ki, qışın yüklədiyi məsuliyyət , havanın insana ötürdüyü mənfi enerji, mənəvi yorğunluq insanın günlük işlərini yerinə yetirməsinin qarşısını alır. Beyində hər zaman nəsə düşüncələr olur, təkrar-təkrar eyni şeyləri düşünürlər və buna görə də hər hansısa bir işi sona qədər tamamlaya bilmirlər.Ümumiyyətlə qış fəslində insanlar fiziki və ruh sağlamlığı baxımından daha çox stress yaşayırlar. Qış depressiyası yaşayan insanların ən çox rast gəlinən xüsusiyyəti də odur ki, qış fəsli yaxınlaşdıqca gözlənilən depressiv hala qarşı ümidsizlik, xoş olan məşğuliyyətlərdən zövq almamaq, enerji tükənməsi və s.kimi problemlər yaşamalıdırlar.Depressiya istənilən yaş dövründə başlaya bilər zaman olaraq əsasən sentyabr-yanvar-fevral aylarında başlayıb yaza qədər davam edir.Ən sıx rast gəlinən əlamatləri çəkinin artması,şiriniyyat məhsullara qarşı xüsüsi marağın artması tərkibində əhvalın yükəlməsinə səbəb olan serotonin olduğu üçün,ümidsizliyə qapılmaq, motivasiya və işləmək həvəsinin aşağı olması,qərarsızlıq, dəyərsiz hiss etmək və s.
Qış depressiyasının dəqiq səbəbi yoxdur bu, genetik faktorlar, stress , günəş işığından lazımi qədər istifadə etməməyimiz ola bilər. Bu növ depressiyadan qorunmaq üçün açıq havada gəzinti və bol günəş enerjisi qəbul etmək,yuxu və yemək rejiminə diqət etmək, evinizi və ya otağınızı aydın görünəcək şəkildə dizayn edin, ailəniz və sevdiklərinizlə vaxt keçirin. Depressiv hiss etdiyimiz zaman bunları yerinə yetirmək çətin gələ bilər , ancaq unutmayaq ki,beynimiz davranışı ciddiyə ala bilər.Bu zaman mütəxəssisə müraciət etməkdən çəkinməyin.
Hər insan özünün psixoloqu olub özünü qış depressiyasından xilas edə və ya qarşısını ala bilər.Lakin bu depressiya ciddi problemə çevrilə bilər bu zaman mütəxəssisə müraciət etməkdən çəkinməyin.


Gülnarə Muxtarova
Respublika.info
Sosial şəbəkələrdə paylaş: