"Nazimi Rafael ulduz edib" - Brilliant Cəbhədə hər iki ayağını itirən Sərxanın toyudur - FOTO Ermənilərin gəlini erotik sessiyaya çəkildi - FOTO Leylanın 20 yaşı olduğunu kimə desən, inanmaz - VİDEO
Bürclərə inanmaq lazımdır? Dünyanın ən qəribə 7 “dəlixana”sı - İşgəncələr, ölüm... - FOTO Köləlikdən məktəbə: 25 yaşında 1-ci sinfə getdi - FOTO Rusiya dünyaya "kompromat" ixrac edir
Qışda bu çayları için - RESEPTLƏR Məşhur avtoritetin qardaşları Masallıda necə qətlə yetirildilər? - FOTO Məşhur xanım küçədə yarıçılpaq gəzdi - FOTO Anar Məmmədov Trampın andiçməsində iştirak etməyib



» » Tarix yaradan şəxsiyyət


Tarix yaradan şəxsiyyət

7-12-2016, 20:30
Oxunma sayı: 504
Tarix yaradan şəxsiyyət


Murad Cənnətov: “Heydər Əliyev siyasətinin böyüklüyü Azərbaycan sərhədlərinə sığmırdı”

Məhz buna görə də əminliklə demək olar ki, Heydər Əliyev kimi dahi şəxsiyyətin ölkəmizin prezidenti olması özü böyük bir xoşbəxtlikdir. Ulu Öndərin səyi nəticəsində Azərbaycan dönməz müstəqilliyə, inkişafa, tərəqqiyə qədəm qoydu. O, bütün həyatını doğma xalqına sərf edən, milli dövlətçilik ənənələrinin əsasını qoyan dahi lider idi.
Ümummilli Lider Heydər Əliyevin ilk hakimiyyəti illəri (1969-1981) əbədi olaraq Azərbaycan Respublikasının tarixinə həkk olunub. Məhz həmin dövr müstəmləkə altında olmasına baxmayaraq Azərbaycanın çiçəklənməsinə zəmin yaratdı. İllər boyunca yumruq altında qalmış xalqımızın rifah halının yüksəldilməsinə Heydər Əliyev dühası nail oldu. Sovet hakimiyyəti zamanı bu cür böyük nəaiyyətlərin qazanılmasını çox çətin, hətta inandırıcı deyildi. Lakin Heydər Əliyev siyasəti bu ağlasığmaz düşüncəni xəyal kimi saxlamadan reallığa çevirdi və ölkə ərazisində onlarla yeni iş yerləri, zavod, fabriklər, istehsalat birlikləri yaradıldı. O dövr üçün bu çox mürəkkəb və olduqca çətin iş idi.
Keçən əsrin sonlarından etibarən başlanan bir-birinin ardınca baş verən ağır siyasi proseslər, millətçi separatçılıq, Azərbaycanın dövlətçiliyini sarsıtmış, onun müstəqilliyini və azadlığını təhlükə altına almışdı. Belə çıxılmaz siyasi vəziyyətdə bütün bu çətinlikləri yaşadıqdan sonra millət birmənalı şəkildə dərk etdi ki, hər yetəndən “lider” ola bilməz. Liderlik siyasəti isə məhz Heydər Əliyev siyasətinin məğzini təşkil edirdi.
Müdrik siyasi xadim Heydər Əliyevin ikinci dəfə (1993-2003) ölkə rəhbəri kimi fəaliyyəti artıq ölkəmizin bugünki kimi inkişafının əsl təməlini qoymuş oldu. Xalqın təkidi ilə dahi liderin hakimiyyətə qayıdışı olmasa idi, hazırda yer kürəsinin siyasi xəritəsində Azərbaycan Respublikası adlı dövlətin mövcudluğundan danışmaq olmazdı.
Bütün dünyada layiqli hörmət və böyük nüfuz qazanmış görkəmli dövlət xadimi Heydər Əliyev Azərbaycanın yer üzündən silinməsinin qarşısını aldı və ölkə acınacaqlı vəziyyətdən qurtula bildi. Dağılmaqda olan Azərbaycanın xilaskarı Ulu Öndər sonralar öz çıxışında “Eşidəndə ki, mənim doğma vətənim, mənim doğma torpağım dağılır, uzun müddət bu vətənin, ölkənin inkişafına xidmət etmiş bir adam kimi mən bilirəm ki, biz burada nələr etmişik və şübhəsiz ki, özümü qurban verməli oldum və gəldim, məsuliyyəti öz üzərimə götürdüm” fikrini söyləmiş və Vətən sevgisinin ürəyində sonsuz olmasını bir daha cəmiyyətə isbatlamışdır. Təbii ki, bütün bu qurtuluşlar heç də asan başa gəlməyib. Çox çətinlik bahasına, dahi şəxsiyyətin zehninin, düşüncəsinin nəticəsidir ki, Azərbaycan bir xalq, dövlət olaraq ayağa qalxmağı bacardı və günü-gündən inkişaf edərək hazırki səviyyəsinə gəlib, çatdı. Çox böyük çətinliklərə baxmayaraq, müdrik və uzaqgörən rəhbər xalqını müstəqilliyin çətin, mürəkkəb və keçməkeşli yolları ilə inamla irəliyə apardı.
Ulu Öndər Heydər Əliyevin prezidentliyə başladığı ilk gündən etibarən Azərbaycanda müstəqillik, iqtisadi yüksəliş, azadlıq, elmi tərəqqi, milli dövlətçilik ənənələrinin bərpası, ordumuzun təsis olunması, mədəniyyətimizin, idmanımızın və təhsilimizin yenidən bərqərar olması dövrü başladı. Heydər Əliyev Respublikaya rəhbərlik etdiyi illərdə minlərlə tədris ocağı, gənclik mərkəzləri açıldı, Azərbaycanlı gənclər SSRİ-nin nüfuzlu, ali məktəblərinə göndərildi.
Zamanla artıq republikamız öz sözünü beynəlxalq arenda da deməyə başladı. Bayrağımız müxtəlif ölkələrin iştirak etdiyi sammitlərdə dalğalandı və ölkəmizin region dövlətlər içində söz sahibinə çevrilməsi prosesinə start verildi. Bütün bu uğurlu siyasətin bazasını, təbii ki, Xalqımızın lider oğlu – Heydər Əliyev təşkil edirdi.
Bu kimi uğurlara nail olmaq bir günün məsələsi deyil. İllərdir dərin düşüncənin, mükəmməl zehnin bəhrəsi oldu və Azərbaycan bugünki inkişafına nail oldu. Misilsiz xidmətləri ilə seçilən Ulu Öndər Heydər Əliyev Azərbaycan Respublikasının var olmasını, əbədi günəş tək saçmasını təmin etdi. Müstəqilliyimizin daimi olmasını, sağlam iqtisadi rəqabətin var olmasını tənzimlədi. Təhsil və səhiyyəmizin sıfırdan qurulmasına nail oldu. Şəxsi göstərişləri hesabına kənd təsərrüfatında da canlanma yaratmağa nail oldu. Liderlik xüsusiyyətindən, istedadından istifadə edən müdrik siyasi xadim ölkədə möhkəm qanunvericilik sistemi yaratdı və idarəçiliyi daha da təkminləşdirdi. Ən əsası, büdcənin formalaşmasında və sağlamlaşdırılmasında mühüm qərarlar qəbul etdi. Qısa zaman ərzində daxili siyasətdə çox böyük nəaliyyətlərə imza atdı. Xarici siyasətdə də yüksək irəliləyişə səbəb olan dövlətimiz az zaman çərçivəsində müxtəlif beynəlxalq təşkilatlara üzv seçildi və bununla da dünya ölkələri arasında tanınmağa başladı.
Sonuz sayda uğurların adı Heydər Əliyev adı ilə bağlıdır. Fenomen şəxsiyyətin xalqımız üçün etdiklərini saymaqla bitirmək olmaz. Ruhu daim qəlblərdə olan və ehtiramla yad edilən Ulu Öndər Heydər Əliyev biz vətəndaşlara Azərbaycan kimi dövləti miras qoyub, getdi. Bu il Ulu Öndərin vəfatının 13-cü il dönümüdür. Son anına kimi öz xalqının yaxşı yaşaması üçün hər cür şərait yaradan əbədiyaşar lider Heydər Əliyev bu gün körpədən böyüyə hər kəs tərəfindən Azərbaycan xalqının qəhrəmanı kimi xatırlanır.
Mən Heydər Əliyev müasiri olaraq əminliklə, bildirmək istəyirəm ki, Heydər Əliyevin simasında Azərbaycan Respublikası uzun illər ərzində ölkənin bütün həyatına dərindən nüfuz etmiş və Azərbaycanın tarixində əbədi yer tutmuş böyük dövlət xadimi kimi hər zaman yaddaşlarda həkk olunacaqdır. Dahi şəxsiyyətin adı Vətənimiz ilə sarsılmaz şəkildə bağlıdır.

Murad Cənnətov(Sabunçu rayon gənci)


Respublika.info
Sosial şəbəkələrdə paylaş: