Akif Çovdarov prokurorları təhqir etdi, "cadugər ovu"na çıxdı Kamil Zeynallı: "'Onların nəsillərində kişi yoxdur'' - VİDEO Rəşad Sadıqovdan nümunəvi addım Toy sahibi: "Nadir toyda anormal hərəkətlər edirdi" - FOTO
Aktrisanın açıq-saçıq toy geyimi qalmaqal yaratdı - FOTO Tanınmış müğənni: "2-ci sinifdə oxuyanda təcavüzə uğradım" - FOTO Mina: “İstəmirəm ki, hansısa deputat məni “saxlasın” - FOTO Elçinlə Ceyhun arasında QALMAQAL: "Düşünməliydi ki, kimə söz atır"
Dilqəm Əsgərovun atası iflic oldu - FOTO "Tramp əlimdən tutub, otaq nömrəmi istədi..." - FOTO "Hz.Aişəyə haram sayılmır, mənə haram oldu?" - Aparıcı hövsələdən çıxdı - VİDEO Bakıda "Trump Tower"in adı sökülür - FOTO



» » Obama İŞİD-in yaranma səbəbini açıqlayıb


Obama İŞİD-in yaranma səbəbini açıqlayıb

7-12-2016, 09:13
Oxunma sayı: 302
Obama İŞİD-in yaranma səbəbini açıqlayıb

ABŞ prezidenti Barak Obama hesab edir ki, İŞİD qruplaşması ilə mübarizədə ABŞ hakimiyyəti 2003-cü ildə İraqa hərbi müdaxilə zamanı yol verdiyi səhvləri təkrarlamayıb.

"İŞİD-in hərəkətlərinə cavab tədbirləri ilə bağlı qərar verilərkən biz 2003-cü ildə İraqa müdaxilə zamanı buraxdığımız bəzi səhvləri təkrarlamaqdan imtina etdik. Məhz həmin səhvlər sonradan İŞİD-ə çevrilən təşkilatın formalaşmasına kömək etdi", - deyə Obama Floridada terrorla mübarizə mövzusunda çıxışı zamanı bildirib.

Respublika.info APA-ya istinadən xəbər verir ki, o qeyd edib ki, 2014-cü ildən bu vaxtadək əsas üstünlük, ilk növbədə, İŞİD-lə mübarizə aparan İraqın milli birlik hökumətinə dəstəyə verilir: "Bundan başqa, ABŞ, İraqın qonşuları da daxil olmaqla, 60 ölkənin qoşulduğu koalisiya yaradıb".

"Bundan sonra biz, ABŞ batalyonları ilə yox, yerli birləşmələrin vasitəsilə Suriya və İraqda terrorçularla mübarizəyə başladıq. Biz onlara avadanlıqlar, müşavirlər və xüsusi təyinatlılarla yardım edirik", - deyə Obama qeyd edib.

Onun sözlərinə görə, koalisiya terrorçulara artıq 16 mindən çox zərbə endirib, on minlərlə yerli döyüşçüyə yardım göstərilib, İŞİD-in nəzarətində olan ərazilərin yarıdan çoxu azad edilib.
Sosial şəbəkələrdə paylaş: