“Qafqazda Aztəminatlı Məcburi Köçkünlərin və Yerli Əhalinin İqtisadi və Sosial İnkişafı” (EPIC) layihəsiçərçivəsində Mingəçevir Dövlət Universitetində “Ətraf Mühit”mövzusunda seminar həyata keçirilib. Yunanıstanda "Odlar Yurdu-Azərbaycan" foto sərgisi adlı tədbir keçirilib - FOTOLAR Bakı Türk dünyasının gələcəyini müəyyənləşdirən mərkəzə çevrilir Azərbaycanlı gənclər Murmanskda bir araya gəldi
Bərdə şəhərində “Əl – ələ daha güclü” (“Stronger hand by hand”) layihəsi başa çatıb. Təhsildə İnkişaf və İnnovasiyalar üzrə III Qrant müsabiqəsi”nin qalibi olmuş “Atamla birgə öyrənirəm” layihəsinin fəaliyyəti sona çatdı. “Bugün Azərbaycan müstəqillik qazandıqdan bəri ən gözəl dövrünü yaşayır.” –Məhsəti Hüseynova Kikboksçularımız dünya kikboksinq arenasında öz sözlərini deyirlər
Ucar rayonunun 80 illiyinə həsr olunmuş Veloyürüş keçirilib. “RƏNGLİ DÜNYA YARADAQ” layihəsinə start verildi “Gənc İstedadların Maariflənmələrinə və İnkişafına Dəstək” ictimai birliyi yeni layihəyə start verdi “Vikipediya”da Gəncə haqqında məqalələr zənginləşdirilir



» » Gələn həftədən Azərbaycanda dollar ucuzlaşa bilər – PROQNOZ


Gələn həftədən Azərbaycanda dollar ucuzlaşa bilər – PROQNOZ

3-12-2016, 19:46
Oxunma sayı: 340
Gələn həftədən Azərbaycanda dollar ucuzlaşa bilər – PROQNOZ
Azərbaycanda ABŞ dollarının rəsmi məzənnəsi gələn həftədən azala bilər.

Respublik.info-nun məlumatına görə, “Report” analitik qrupu bildirir ki, buna səbəb bu həftə keçirilən sonuncu valyuta hərracında məzənnənin artım tempinin zəifləyərək 0,0021 qəpiyə düşməsi ilə bağlıdır.

Bundan başqa, dolların məzənnəsinə bir neçə gün bundan əvvəl Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmovun açıqlamalarının da təsir edəcəyi gözlənilir. Belə ki,
E.Rüstəmov dolların məzənnəsindəki cari hərəkətin neftin 45-50 dollar/barel qiymətinə uyğunlaşdırıldığını bildirib. Son iki gündə isə Azərbaycan neftinin dünya bazarında qiyməti 55 dollar/barel səviyyəsini ötüb və bu tendensiyanın yaxın vaxtlarda davam etməsi gözlənilir. Analitik qrup neftin qiymətinin 3-6 ay ərzində 50 dollardan yuxarı həddə olacağını ehtimal edir.

“Dolların rəsmi məzənnəsinin ilin sonunadək 1,70 AZN/USD səviyyəsindən aşağı düşəcəyi istisna edilmir. Belə olarsa, nağd valyuta bazarında da dolların 1,70 AZN/USD-yəkimi geriləməsi mümkün görünür”, - deyə analitiklər əlavə ediblər.
Sosial şəbəkələrdə paylaş: