Azərbaycandan Trampa özəl hədiyyə Ağ Evə göndərildi - VİDEO Xərçənglə mübarizədə NÖVBƏTİ İNQİLAB Dinozavrlar qayıdır? Sərdarın model xanımının sirri açıldı
"Bozbaş"ın "ağsaqqal"ı evlənir Hansı qan qrupu XƏRÇƏNGƏ TUTULMUR? Rusiyanın energetika nazirindən neftin qiymətinə dair PROQNOZ Türkiyənin məşhur aparıcısı Azərbaycana köçür - FOTO
Azərbaycanlı milyarderin oğlu model sevgilisi ilə - FOTO Donald Trampdan etirazlara MÜNASİBƏT Müğənni oğlunun dayəsinə hər ay 15 min pul verəcək Milyarderə edam ediləcəyini bildirdilər



» » Bunları çaya əlavə etməyin - TƏƏCCÜBLƏNƏCƏKSİNİZ!


Bunları çaya əlavə etməyin - TƏƏCCÜBLƏNƏCƏKSİNİZ!

30-11-2016, 20:53
Oxunma sayı: 402
Bunları çaya əlavə etməyin - TƏƏCCÜBLƏNƏCƏKSİNİZ!

Çayın faydaları haqqında çoxlu sayda araşdırmalar var.

Respublika.info xəbər verir ki, çay orqanizmi tonuslaşdırır, qocalma proseslərini ləngidir, damarlarda trombların əmələ gəlməsinin qarşısını alır, immun sistemi üçün faydalıdır, xərçəngəleyhinə təsirə malikdir.

Adətən, çayın dadını yaxşılaşdırmaq və ya onu daha da faydalı etmək üçün biz çaya şəkər tozu, bal, limon və s. əlavə edirik. Lakin mütəxəssislər bunu mənasız və bəzən hətta ziyanlı hesab edir.

Mütəxəssislərin fikrinə görə, yaxşı çayın dadından zövq almaq və çayın faydalı xüsusiyyətlərindən faydalanmaq üçün onu təzə halda və heç nə əlavə etmədən içmək lazımdır.

Çay və şəkər tozu

Mütəxəssislərin fikirinə görə bu çayın dadını pisləşdirir və həmçinin faydalı xüsusiyyətlərini azaldır. Belə ki, araşdırmalar göstərib ki, şəkər tozu çayın xərçəngəleyhinə təsirini azaldır.

Çay və bal

Bal çox faydalı və müalicəvi məhsuldur. Lakin isti çayda həll olunmuş bal orqanizmə nəinki xeyir gətirməz, hətta mütəxəssislərin fikrinə görə, ziyan vura bilər. Balın tərkibində olan bir çox xeyirli maddələr (fitonsidlər, flavonoidlər, vitaminlər və s.) isti çayda parçalanır.

Bu səbəbdən baldan fayda almaq üçün onu ilıq suda həll edin.

Çay və limon

İnsanların əksəriyyəti belə fikirləşir ki, limonu çaya əlavə eməklə çayın faydası artır. Lakin bu belə deyil.

Limonun əsas faydası ondan ibarətdir ki, limon C vitamini ilə zəngindir. Lakin, C vitamini yüksək temperaturun təsirindən dağılır.
//Saglamolun.az
Sosial şəbəkələrdə paylaş: