Xalqın xilaskarı mövzusunda elmi-praktik konfrans keçirilib. Sağlam gələcək sağlam qidadan başlayır Ucar rayonunda “Dini radikalizmə və ekstremizmə qarşı mübarizə” mövzusunda konfrans keçirilib Rusiya Azərbaycanlıları İttifaqı: ”Soydaşlarımızı bu faciəvi gündə Azərbaycan dövlətçiliyi ətrafında daha da sıx birləşməyə çağırırıq”
Etna vulkanı yenidən püskürüb Fəaliyyətə başladılar 24media.az SON DƏQİQƏ Hərbi qulluqçumuz şəhid oldu Rusiyada 28 may Respublika Günü möhtəşəm qeyd edilib
Ufuk Aydın: ”Azərbaycan Xalq Cümhuriyyəti türk tarixinin şanlı səhifəsidir” Region gənclərinin dövlət qulluğuna maraq və imkanları artırılacaq "Siyasi fahişələr" - KÖŞƏ Sağlam Qida” Könüllülərinin 1-ci Respublika Forumuna qeydiyyat başladı



» » Gündə 1-2 diş sarımsaq yeyirsinizsə...


Gündə 1-2 diş sarımsaq yeyirsinizsə...

23-11-2016, 20:59
Oxunma sayı: 1185
Gündə 1-2 diş sarımsaq yeyirsinizsə...

Sarımsağın faydaları insanlara qədim zamanlardan məlumdur. İltihab, virus, mikrob və qurd əleyhinə xüsiyyətlərə malik olan bu təbii dərman dünyanın bütün mətbəxlərində istifadə olunur.

Respublika.info xəbər verir ki, Çin alimlərin sarımsağı xoşlamaq üçün növbəti səbəb aşkar ediblər. Araşdırmalar göstərib ki, hər gün 1-2 diş çiy sarımsaq yeyən insanda ağciyər xərçənginin riski 44% azalır.

Bu xüsusilə siqaret çəkən insanlar üçün vacibdir. Statistika göstərir ki, ağciyər xərçəngi 80-90% hallarda siqaret çəkən insanlarda inkişaf edir. Çin alimləri aşkar ediblər ki, siqaret çəkən və eyni zamanda tez-tez çiy sarımsaq yeyən insanlarda ağciyər xərçənginin riski 30% qədər azalır.

Alimlərin fikrinə görə, sarımsağın xərçəngəleyhinə təsirinin səbəbi tərkibində çoxlu miqdarda allisin maddəsinin olmasıdır. Sübut olunub ki, bu maddə güclü iltihab əleyhinə və antioksidant təsirlərə malikdir.

Alimlər ağciyər xərçənginin profilaktikası məqsədi ilə hər gün 1-2 diş çiy sarımsaq yeməyi tövsiyə edirlər.

Çin alimlərinin araşdırmalarının nəticələri Cancer Prevention Research jurnalında dərc olunub.
Sosial şəbəkələrdə paylaş: