Ermənilər qiymət artımına etiraz edir Tarixi mirasımız: Azərbaycan Xalq Cümhuriyyəti “İnvestisiya fəaliyyəti haqqında” yeni qanun hazırlanacaq Soldakı “sağ”lar
Qəbul və buraxılış imtahanlarının vaxtı açıqlandı - Siyahı Jurnalistlər ADU-da imtahanın gedişini izlədi Bakı “Stalinin yaxtası”nı almaq istəyir – Rəsmi Kreml Ermənistana baş nazir və prezident təyin edir
Hər gün bir ərazidə qaz niyə kəsilir? - Açıqlama "Palmali"nin 14 gəmisi hazırda SOCAR-dadır - Rəsmi “Baksell”dən yeni xidmət - Metroda 4G İntiharlar niyə artır



» » Qubanın Küpçal kəndində multikulturalizmə həsr olunmuş tədbir keçirilib


Qubanın Küpçal kəndində multikulturalizmə həsr olunmuş tədbir keçirilib

22-11-2016, 17:20
Oxunma sayı: 423
Qubanın Küpçal kəndində multikulturalizmə həsr olunmuş tədbir keçirilib

22.11.2016-cı il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi və “Nurlu Sabah Uşaq – Gənclər Təşkilatı” İctimai Birliyinin təşkilatçılığı ilə “Multikuturalizm işığında azərbaycançılıq məfkurəsi kontekstində təbliği” adlı layihə çərçivəsində Quba rayonunun Küpçal kəndində seminar – treninq həyata keçirilib.
Respublika.info xəbər verir ki,tədbirdə ictimai birliyin sədri Ramin Xudayev, Quba rayonu Küpçal kənd ümumi orta məktəbinin direktoru Mömin Əliyev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba bölgəsi üzrə şöbəsinin əməkdaşı Samid Seyidov və 15 nəfər seminar – treninqə cəlb olunmuş gənclər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan “Nurlu Sabah Uşaq – Gənclər Təşkilatı” İctimai Birliyinin sədri Ramin Xudayev bildirib ki, icra olunan layihə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi və “Nurlu Sabah Uşaq – Gənclər Təşkilatı” İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilir. Layihə artıq rayonun iki kəndində təlimlər vasitəsilə icra olunub, təlimlərdə 30 nəfər gənc maariflənib.
Quba rayonu Küpçal kənd ümumi orta məktəbinin direktoru .Mömin Əliyev çıxışı zamanı bildirib ki, 2016-cı ilin ölkədə Multikulturalizm ili elan olunması bir daha bizim milli adət-ənənələrimizə dəyər verməyimiz və bu sahədə təbliğatın gücləndirilməsi üçün təkan rolunu oynadı.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba bölgəsi üzrə şöbəsinin əməkdaşı Samid Seyidov tədbirdə çıxış edərək Azərbaycanda mövcud dini konfesiyaların bir yerdə, qardaşlıq prinsipləri altında yaşadığını xüsusi vurğulayaraq, bildirib ki, əsrlər boyu Azərbaycan xalqı bütün dinlərin nümayəndələrinə eyni gözdə baxmış və onlarla yaxın münasibətlərdə olmuşlar.
Daha sonra seminar – treninqlər üzrə təlimçi Ramin Mahmudov iştirakçı gənclərə layihənin mövzuna uyğun olaraq təlim keçib, gəncləri maraqlandıran suallara cavablar verib.
Təlimin sonunda, çay süfrəsi arxasında gənclərlə müzakirələr aparılıb, iştirakçılar tərəfindən təlimin gedişatı qiymətlənidirilib.



Qubanın Küpçal kəndində multikulturalizmə həsr olunmuş tədbir keçirilib
Qubanın Küpçal kəndində multikulturalizmə həsr olunmuş tədbir keçirilib
Qubanın Küpçal kəndində multikulturalizmə həsr olunmuş tədbir keçirilib
Sosial şəbəkələrdə paylaş: