Akif Çovdarov prokurorları təhqir etdi, "cadugər ovu"na çıxdı Kamil Zeynallı: "'Onların nəsillərində kişi yoxdur'' - VİDEO Rəşad Sadıqovdan nümunəvi addım Toy sahibi: "Nadir toyda anormal hərəkətlər edirdi" - FOTO
Aktrisanın açıq-saçıq toy geyimi qalmaqal yaratdı - FOTO Tanınmış müğənni: "2-ci sinifdə oxuyanda təcavüzə uğradım" - FOTO Mina: “İstəmirəm ki, hansısa deputat məni “saxlasın” - FOTO Elçinlə Ceyhun arasında QALMAQAL: "Düşünməliydi ki, kimə söz atır"
Dilqəm Əsgərovun atası iflic oldu - FOTO "Tramp əlimdən tutub, otaq nömrəmi istədi..." - FOTO "Hz.Aişəyə haram sayılmır, mənə haram oldu?" - Aparıcı hövsələdən çıxdı - VİDEO Bakıda "Trump Tower"in adı sökülür - FOTO



» » Türkiyə "zorlayıb evlənmək qanununu" qəbul edə bilər


Türkiyə "zorlayıb evlənmək qanununu" qəbul edə bilər

19-11-2016, 19:10
Oxunma sayı: 432
Türkiyə "zorlayıb evlənmək qanununu" qəbul edə bilər

Türkiyə Böyük Millət Məclisinin üzvləri yetkinlik yaşına çatmamış qızları zorlayandan sonra onlarla evlənən kişilərə bəraət verəcək qanunun qəbuluna ilkin razılıq veriblər.

Respublika.info azadliq.org-a istinadən bildirir ki, lakin qanun layihəsində bir "incə məqam" da mövcuddur. Bəraət yalnız o kişilərə şamil ediləcək ki, onlar qızlarla cinsi əlaqədə zor tətbiq etmədən olmuş olsunlar.

Qanunun tənqidçiləri deyirlər ki, bu, əslində zorlamanın və azyaşlılarla nikahın qanuniləşdirilməsi deməkdir.

Qərb mətbuatı yazır ki, Türkiyədə qadınlara qarşı zorakılıq son onillikdə xeyli artıb. Ölkədə qadınların 40 faizi cinsi və fiziki zorakılığa məruz qaldığını bildirib.

Habelə rəsmi statistika 2003 və 2010-cu illər arasında Türkiyədə qadınların qətl edilməsinin 1400 faiz artdığını göstərir.

Parlamentə hakim Ədalət və İnkişaf Partiyası - AKP tərfindən təqdim olunmuş layihə məclisdə ilkin razılıq qazanıb.

Qanun layihəsi noyabrın 22-də ikinci oxunuşdan sonra səsə qoyulacaq.

Qərb mediası bildirir ki, bu ziddiyyətli qanun Türkiyə cəmiyyətini dünyəvi və dindar olmaqla iki cəbhəyə bölüb.

Qanun layihəsinin müəllifləri isə deyirlər ki, məqsəd kişiləri düzgün yola dəvət etmək və 18 yaşdan aşağı qızların cəmiyyət tərəfindən qınanması və qısnanmasının qarşısını almaqdır.

Buna baxmayaraq artıq İstanbulun küçələrində bu qanuna etiraz aksiyaları keçirilib. Bir çoxları bildirirlər ki, qanun kişiləri zorlamalara şirnikləndirəcək.

Real praktikada isə bu qanun parlamentdən keçərsə, yetkinlik yaşına çatmamış qızlara qarşı cinsi təcavüzə görə məhkum edilmiş 3 minədək kişinin cinayət işinə xitam verə bilər.
Sosial şəbəkələrdə paylaş: