İsrail Türkiyəyə qarşı “erməni həmləsi” hazırlayır HƏMAS lideri saxlanıldı İtaliyada həkimlər tətil edir Ramin Əhmədov: “Ulu öndər Azərbaycan gəncliyinin, onun qurub yaratdığı partiyanın davamçılarının qəlbində əbədi yurd salıb“
Qafqaz Tufandag yay qış isdrahət mərkəzində möhtəşəm açılış “Fəxr edirəm ki,Heydər Əliyevin siyasi kursunun fəal təbliğatçısıyam” - Aqil Acalov Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatından 14 il keçir. Növbə mədəniyyəti
Arifov Arif Polad oğlu Şəhid Cumanov Bayram Sahib oğlu Mustafa Əhmədcan oğlu Coşqunov Elnur Məhiyəddin oğlu İbrahimov



» » Qubanın Ağbil kəndində multikulturalizmə həsr olunmuş tədbir keçirilib


Qubanın Ağbil kəndində multikulturalizmə həsr olunmuş tədbir keçirilib

16-11-2016, 19:04
Oxunma sayı: 391
Qubanın Ağbil kəndində multikulturalizmə həsr olunmuş tədbir keçirilib
16.11.2016-cı il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi və “Nurlu Sabah Uşaq – Gənclər Təşkilatı” İctimai Birliyinin təşkilatçılığı ilə “Multikuturalizm işığında azərbaycançılıq məfkurəsi kontekstində təbliği” adlı layihə çərçivəsində Quba rayonunun Ağbil kəndində seminar – treninq həyata keçirilib.
Respublika.info xəbər verir ki,tədbirdə ictimai birliyin sədri Ramin Xudayev, Quba Rayon İcra Hakimiyyəti başçısının Vladimirovka kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi İslam Abayev, Quba rayonu Ağbil kənd orta məktəbinin direktoru Firiddin Musayev, seminarın təlimçisi – Quba Rayon Gənclər və İdman İdarəsinin əməkdaşı Ramin Mahmudov və 15 nəfər seminar – treninqə cəlb olunmuş gənclər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Quba Rayon İcra Hakimiyyəti başçısının Vladimirovka kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi İslam Abayev Azərbaycanda 2016-cı ilin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən multikulturalizm ili elan etməsini və bu qəbil tədbirlərin də həyata keçirilməsini müsbət dəyərləndirərək, təlimin uğurla keçməsini arzulamışdır.
Quba rayonu Ağbil kənd orta məktəbinin direktoru Firiddin Musayev çıxışında qeyd edib ki, Azərbaycanda kifayət qədər azsaylı xalqlar və etniklər yaşadığından burada həqiqi multikultural mühit mövcuddur.
“Nurlu Sabah Uşaq – Gənclər Təşkilatı” İctimai Birliyinin sədri Ramin Xudayev çıxış edərək bu layihənin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə hayata keçirildiyini və prioritet mövzu olduğunu dilə gətirib və layihənin əsas məqsədinin Quba rayonunun kəndlərində gənclər arasında seminar – treninqlər həyata keçirməklə onların bu sahədə biliklərini daha da möhkəmləndirməkdən ibarət olduğunu deyib.
Daha sonra seminar – treninqlər üzrə təlimçi Ramin Mahmudov iştirakçı gənclərə layihənin mövzuna uyğun olaraq təlim keçib, gəncləri maraqlandıran suallara cavablar verib.
Təlimin sonunda, çay süfrəsi arxasında gənclərlə müzakirələr aparılıb, iştirakçılar tərəfindən təlimin gedişatı qiymətlənidirilib və sertifikatlar təqdim olunub.


Qubanın Ağbil kəndində multikulturalizmə həsr olunmuş tədbir keçirilib
Qubanın Ağbil kəndində multikulturalizmə həsr olunmuş tədbir keçirilib
Qubanın Ağbil kəndində multikulturalizmə həsr olunmuş tədbir keçirilib
Sosial şəbəkələrdə paylaş: