"Nazimi Rafael ulduz edib" - Brilliant Cəbhədə hər iki ayağını itirən Sərxanın toyudur - FOTO Ermənilərin gəlini erotik sessiyaya çəkildi - FOTO Leylanın 20 yaşı olduğunu kimə desən, inanmaz - VİDEO
Bürclərə inanmaq lazımdır? Dünyanın ən qəribə 7 “dəlixana”sı - İşgəncələr, ölüm... - FOTO Köləlikdən məktəbə: 25 yaşında 1-ci sinfə getdi - FOTO Rusiya dünyaya "kompromat" ixrac edir
Qışda bu çayları için - RESEPTLƏR Məşhur avtoritetin qardaşları Masallıda necə qətlə yetirildilər? - FOTO Məşhur xanım küçədə yarıçılpaq gəzdi - FOTO Anar Məmmədov Trampın andiçməsində iştirak etməyib



» » Dünyanın ən dəhşətli xəstəlikləri - Tibb elmi çarəsiz - VİDEO


Dünyanın ən dəhşətli xəstəlikləri - Tibb elmi çarəsiz - VİDEO

12-11-2016, 17:42
Oxunma sayı: 471
Dünyanın ən dəhşətli xəstəlikləri - Tibb elmi çarəsiz - VİDEO


Ağcaqanad dişləyən qadının həyatı alt-üst oldu.

Respublika.info xəbər verir ki,ARB TV-nin "Pəncərə" verilişində maraqlı sujet yayımlanıb.

Sağlam olmaq bəşər övladının ən birinci arzusudur. Amma bu arzu heç də hər zaman üzümüzə gülmür. Bəzən qısa zaman, bəzən isə uzun illərlə hansısa xəstəliyin əsirinə çevrilirik. Bütün hallarda isə ən son ümidimiz həkimlərdir. Sağlam həyatın açarı bir çox hallarda məhz ağ-yaşıl-göy xalatlı xilaskarların beynindədir.

Amma bəzən insan övladı elə xəstəlikdən əziyyət çəkir ki, xilaskarlar da mat-məəttəl qalır. İndiyə qədər dünya tibb elmini dəhşətə gətirən, çıxılmaz vəziyyətə salan 6-7 min arası nadir xəstəlik aşkar edilib. Nadir xəstəliklərin böyük əksəriyyəti genetik səbəblərdən üzə çıxsa da, əsl səbəblər dəqiq bilinmir və çarəsi də tapılmır. Onlardan bəziləri ilə tanış olaq.

Morgellons xəstəliyi. Dünyada təxminən 14 min insanda rast gəlinib. Dəridə ağrı-qaşıntı yaradır. Adamda dəri altında həşəratlar gəzirmiş kimi bir hiss oyadır. Bu xəstəliyin səbəbinin parazitlərlə bağlı olduğu güman edilsə də, hələ ki, müalicəsi tapılmayıb.

Digər bəla - Proqeria adlanır. Bu xəstəliyə "80 yaşlı uşaq" sindromu da deyirlər. Genetik şifrədəki çox sadə bir qüsur hər şeyi alt-üst edir, insanın həyatı dəyişir. Orqanların və dərinin sürətlə qocalması müşahidə olunur. Xəstələrin çoxu uzağı 15 yaşına qədər yaşaya bilir. 5 milyonda bir görülən Progeriadan dünyada təxminən 50-yə yaxın adam əziyyət çəkir. Baxırsan ki, siması 70-80 yaşlı qocanın qırışlarıyla örtülüb, amma cəmi 10-12 yaşı var. Dəhşətlidir.

Bu qadının adı Esterdir. Onu 12 il əvvəl bir ağcaqanad dişləyib. Bud nahiyəsini bir xeyli qaşıyan qadın tezliklə həmin ağcaqanadın ağcasına da, qanadına da qarğış yağdırmaya başlayıb. Çünki dişlənən yerin şişkinliyi bütün ayaq nahiyəsinə yayılıb. Getdikcə isə bu elefantiyazis adlanan fil xəstəliyinə çevrilib. Dünyada bu xəstəlikdən 120 milyon insan əziyyət çəkir. İnsanın şişmiş bədən üzvləri fillərdə olduğu kimi nəhəng görünsə də, əslində, bu, bir parazit xəstəliyidir. Tropik ölkələrdə dişi ağcaqanadlar vasitəsilə yayılır. Biz sözgəlişi qarışqadan fil düzəltmək deyirdik. Sən demə, ən qorxulu fil qarışqadan yox, ağcaqanaddan düzəlirmiş.

Bizdə bir söz də var. Deyirik ki, daşdan yumşaq nə olursa yeyirik. Amma bunu deyərkən yeməkləri nəzərdə tuturuq. Daha demədik ki, torpaq, yapışqan maddə, kağız, parça və s.-ni də yemək olar. Amma yeyənlər var. Onlar da pika xəstəliyindən əziyyət çəkirlər. Ehtimal olunur ki, bədəndə mineral çatışmazlığı insanı əlinə keçən hər şeyi yeməyə vadar edir. Amma bunun da dəqiq səbəbi və çarəsi aşkar edilməyib.

Abul Bajandardırı dünya tanıyır. Amma hansısa bacarığına, istedadına görə deyil, xəstəliyinə görə. O, dünyada nadir rast gəlinən bir xəstəlikdən əziyyət çəkir.

Tibb elmində Epidermodisplasia Verruciformis adlanan bu xəstəlik əl və ayaqlarda çıxan ziyillərin şişə çevrilərək böyüməsi nəticəsində yaranır və inkişaf edir. Böyüdükcə də ağac kökünə yaxud gövdəsinə bənzədiyinə görə bu xəstələrin daşıyıcılarına "ağac-adam" deyirlər. Banqladeş sakini olan Bajandar 10 ildir sözün həqiqi mənasında ağac olub qalıb, günü güzəranı yoxdur. Dərdinə çarə bilən də yox idi. Ta keçən il gələn xəbərə qədər. Düz bir il öncə Bajandar qardaşa əməliyyat oluna biləcəyi haqda məlumat verirlər. Silsilə əməliyyatlara girən Abul, nəhayət, 10 ildən sonra ilk dəfə olaraq əliylə yemək yeyə bilib. Həkimlər bu ağacın budağından 5 kiloya yaxın lazımsız məhsulu əməliyyatla götürə biliblər. Bajandar isə ümid edir ki, həkimlər tezliklə bu bəla ağacının kökünü baltalayıb onu birdəfəlik xilas edəcəklər.



Videonu izləmək üçün linkə klikləyin:


http://daytube.az/az/videos/37996/
Sosial şəbəkələrdə paylaş: