“Qafqazda Aztəminatlı Məcburi Köçkünlərin və Yerli Əhalinin İqtisadi və Sosial İnkişafı” (EPIC) layihəsiçərçivəsində Mingəçevir Dövlət Universitetində “Ətraf Mühit”mövzusunda seminar həyata keçirilib. Yunanıstanda "Odlar Yurdu-Azərbaycan" foto sərgisi adlı tədbir keçirilib - FOTOLAR Bakı Türk dünyasının gələcəyini müəyyənləşdirən mərkəzə çevrilir Azərbaycanlı gənclər Murmanskda bir araya gəldi
Bərdə şəhərində “Əl – ələ daha güclü” (“Stronger hand by hand”) layihəsi başa çatıb. Təhsildə İnkişaf və İnnovasiyalar üzrə III Qrant müsabiqəsi”nin qalibi olmuş “Atamla birgə öyrənirəm” layihəsinin fəaliyyəti sona çatdı. “Bugün Azərbaycan müstəqillik qazandıqdan bəri ən gözəl dövrünü yaşayır.” –Məhsəti Hüseynova Kikboksçularımız dünya kikboksinq arenasında öz sözlərini deyirlər
Ucar rayonunun 80 illiyinə həsr olunmuş Veloyürüş keçirilib. “RƏNGLİ DÜNYA YARADAQ” layihəsinə start verildi “Gənc İstedadların Maariflənmələrinə və İnkişafına Dəstək” ictimai birliyi yeni layihəyə start verdi “Vikipediya”da Gəncə haqqında məqalələr zənginləşdirilir



» » Proqnozların əksinə olaraq dollar bahalaşıb


Proqnozların əksinə olaraq dollar bahalaşıb

11-11-2016, 11:10
Oxunma sayı: 629
Proqnozların əksinə olaraq dollar bahalaşıb

Donald Trampın ABŞ prezidenti seçilməsindən sonra hər kəs təhlükəsiz aktiv sayılan Yaponiya yeninin bahalaşacağını gözlədiyi bir vaxtda, dolların Asiya ölkəsinin valyutasına qarşı məzənnəsi həftəlik 3,3%-lik artım nümayiş etdirməyə hazırlaşır.

Respublika.info xəbər verir ki, dolları bahalaşdıran əsas amillər ABŞ iqtisadiyyatında artım tempinin sürətlənməsi və D. Trampın prezidentliyi dövründə uçot dərəcəsinin artırılması ehtimallarının yüksək olmasıdır.

Dollar hazırda 106,93 yenə bərabərdir. Halbuki, ticarət sessiyası zamanı 106,95 səviyyəsinədək qalxmağı bacarıb ki, bu da iyul ayının 21-dən etibarən ən yüksək göstərici idi.

Avro 1,0906 dollar səviyyəsində ticarət olunur. Ötən gecə 1% zəifləyən avro həftəlik 2,3%-lik ucuzlaşma nümayiş etdirməyə hazırlaşır.

Meksika pesosunun dollara qarşı məzənnəsi 20,55 ətrafındadır. Bu isə çərşənbə günü qeydə alınan antirekorda yaxındır.

Dolların İsveçrə frankına qarşı məzənnəsi praktiki olaraq dəyişməyib və 0,9860 səviyyəsindədir.

Funt-sterlinq dollara qarşı mövqeyini qoruyaraq aylıq maksimum olan 1,2585 dollar səviyyəsindədir.
//APA
Sosial şəbəkələrdə paylaş: