"Parisdə miqrantların qeyri-qanuni düşərgəsi söküləcək"29-10-2016, 17:06
Oxunma sayı: 433
![]() Parisin şimal-qərbində salınmış qeyri-qanuni miqrant düşərgələri söküləcək. Respublika.info xəbər verir ki,TASS-ın məlumatına görə bu barədə Fransa prezidenti Fransua Olland paytaxtın qərbində miqrantların qəbul mərkəzlərindən birinə baş çəkərkən deyib: "Biz Kaledəki qeyri-qanuni düşərgəni sökdük. İndi də analoji işləri Parisdə yerinə yetirəcəyik. Fransada belə düşərgələrə göz yuma bilmərik". Fransa prezidentinin sözlərinə görə, həmin düşərgələrdəki miqrantlar rəsmi mərkəzlərdə yerləşdiriləcək.//Trend |
Sosial şəbəkələrdə paylaş: