Daşqın Gülməmmədov: Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyevin Rusiya kəşfiyyatına işləməsi ehtimalı var Ucar rayonunda Respublika Gigiyena və Epidemiologiya Mərkəzi seminar-müşavirə keçirib Tovuzda gənc müəllimlər üçün yeni layihə həyata keçirildi 91 sayli seçki dairəsindən deputatlığa namizəd Məmmədov Kazım Eldar oğlu bəyanat yayıb.
Gürcüstan deputatı Savalan Mirzəyev Bakıda Azərbaycan dilində danışmaqdan imtina etdi Məhsəti Hüseynova: "VƏTƏNƏ, MİLLƏTƏ FAYDALI OLMAQ ÜÇÜN MİLLƏT VƏKİLİ OLMASANIZ DA, OLAR!" Ağcabədi-Füzuli seçki dairəsindən deputatlığa namizəd, DAVİB-prezidenti Nəsimi Qarabağlının seçkiqabağı təbliğat-təşviqat kompaniyasının 06 fevral tarixindən başa çatıb 83 saylı Ağcabədi-Füzuli seçki dairəsindən deputatlığa namizəd, DAVİB-prezidenti Nəsimi Qarabağlının (Həsənov Nəsimi Novruz oğlu) seçkiqabağı təbliğat-təşviqat kompaniyası artıq 06 fevral tarixindən başa çatmışdır.
91 Saylı seçki Dairəsindən Namizəd Kazim Məmmədovun görüşünə yüzlərlə seçici gəlib-FOTO Bəzi "məmurlar" anlamalıdırlar ki, xalqın gözü tərəzidir – Deputatlığa namizəd 91 Saylı seçki Dairəsindən Namizəd Kazim Məmmədov seçicilərlə növbəti görüşünü keçirib. Azərbaycan Vətəndaş Hərəkatının növbədənkənar parlament seçkiləri ilə bağlı BƏYANATI



» » Prezidentin köməkçisi gənclərə çağırış etdi


Prezidentin köməkçisi gənclərə çağırış etdi

20-10-2015, 10:24
Oxunma sayı: 508
Prezidentin köməkçisi gənclərə çağırış etdi
“Azərbaycan dövlətinin siyasətinin ən uğurlu istiqamətlərindən biri gənclər siyasətidir. Bunun əsasını ümummilli lider Heydər Əliyev qoyub. Gənclərlə bağlı iş dövlətin prioritet siyasətidir. Bu da öz effektini verir”.

RESPUBLİKA İNFO xəbər verir ki, bunu Azərbaycan Prezidentinin Administrasiyasının ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bu ilin noyabrın 1-də keçiriləcək parlament seçkilərində gənclərin fəallığı ilə bağlı təşkil olunan tədbirdə deyib.Onun sözlərinə görə, elə gənclər formalaşdırılmalıdır ki, onlar Azərbaycan dövlətinə, dəyərlərinə sahib çıxsınlar:

“Heydər Əliyevin istək və arzuları bu idi. Biz indi bunun effektini görürük. Bu il keçiriləcək parlament seçkilərində gənclər aktiv olmalıdır. İnanıram ki, gənclər təşkilatları yeni seçkiyə qatılacaq gənclər, ümumiyyətlə, gənclərin seçkilərdə iştirakı ilə bağlı iş aparacaqlar. Prezident İlham Əliyev də deyib ki, bizə məsuliyyətli gənclik lazımdır ”.

Ə. Həsənov deyib ki, I Avropa Oyunlarında gənclər üzərlərinə böyük məsuliyyət və yük götürüb. Avropa Oyunlarında formalaşan könüllülər avanqard kimi digər gəncləri arxasınca aparmağa qadirdir: “Biz çağırış edirik ki, bütün Azərbaycan gəncliyi seçkilərdə yaxından iştirak etsin. Bu gün sosial şəbəkələrdə, daxili və beynəlxalq mətbuatda Azərbaycandakı seçkilərlə bağlı müzakirələr gedir. O cümlədən seçkidən sonra seçkinin, "exit-poll"ların nəticələri ilə bağlı müzakirələr gedəcək. Azərbaycanda seçki reallığını təhrif etməyi qarşısına məqsəd qoymuş yerli və xarici qurumlara və şəxslərə müqavimət göstərin. Sadəcə, gördüklərinizi təbliğ edin, sizdən başqa heç nə istəmirik. Namizədlərlə görüşlərdə fəal olub, problemlərinizi nəzərə çatdırın ki, gənclərlə bağlı iş deputat seçildikdən sonra fəaliyyətlərində əsas istiqamətlərdən biri olsun. Arzu edirəm ki, hər biriniz vətəndaş məsuliyyəti dərk edərək seçkilərdə fəal iştirak edəsiniz”.

Ə. Həsənov qeyd edib ki, prezident İlham Əliyev Azərbaycanın milli maraqlarının, suverenliyinin qorunması üçün qətiyyətli mövqe nümayiş etdirir: “Bizim vəzifəmiz odur ki, Azərbaycan dövlətini qoruyaq. Hər bir dövlət vətəndaşlarının maraqlarını təmsil edir və beynəlxalq münasibətlərdə də bu marağa söykənərək siyasət yürüdür. Siz gənclər də Azərbaycan dövlətinin qorunmasında, seçkilərdə iştirakda fəal olmalısınız.

Azərbaycan gəncləri seçkilərlə bağlı mənfi rəy yaratmağa çalışanlara qarşı müqavimət göstərməlidir.Dünyada bizim xalqın maraqlarını müdafiə edən başqa dövlət yoxdur. Buna görə də Azərbaycan xalqının maraqlarını həm də gənclər qorumalıdır. Gənclər seçki prosesində seçki dairələri və məntəqələrində seçiclərlə, həmçinin namizədlərlə sıx təmasda olmalı və bu məsələdə dövlətə dəstək verməlidirlər”.
Sosial şəbəkələrdə paylaş: