“Yerli insanların dəstəyi Qafqaz İslam Ordusuna böyük ruh verirdi” Ucarda Yeni subsidiya qaydaları və Aqrar sektora Alternativ Maliyyələşmə mənbələrinin cəlbi mövzusunda təlim keçirilib. “Açıq hökümət” təşəbbüslərinin təşviqi üçün onlayn -TV yaradılacaq Toy, nişan, nigah və ad günü tədbirlərinizi "Baku Wedding and Events Blog”a əmanət edin-FOTO
"Natelaşvili sərsəm bəyanatları ilə gündəmi dəyişmək istəyir" - Gənc politoloq Murad Muradov “Murmansk Payızı” sənət festivalı keçirilib – FOTOLAR Rusiya Azərbaycanlıları İttifaqının ikinci forumu keçiriləcək Göyçayda Aqrar sektora Alternativ Maliyyələşmə mənbələrinin cəlbi mövzusunda növbəti təlim keçirilib
Saçlarınızın erkən yaşda ağarmasını istəmirsinizsə bu qidalardan uzaq durun! Azərbaycanlı çempiondan Qarabağla bağlı örnək addım Murmanskda "Rusiya bayrağı günü" tədbiri keçirilib - Fotolar Zərdabda Aqrar sektora Alternativ Maliyyələşmə mənbələrinin cəlbi mövzusunda təlim keçirilib.



» » DAA-nın müstəqillik günü ilə bağlı növbəti tədbiri-FOTO


DAA-nın müstəqillik günü ilə bağlı növbəti tədbiri-FOTO

20-10-2016, 09:12
Oxunma sayı: 499
DAA-nın müstəqillik günü ilə bağlı növbəti tədbiri-FOTO


Dünya Azərbaycanlıları Assambleyasının müstəqilliyimizin 25 illiyinə həsr olunmuş növbəti möhtəşəm tədbiri baş tutub.
Respublika.info xəbər verir ki,Oktyabrın 19-da Dünya Azərbaycanlıları Assambleyasının Azərbaycan nümayəndəliyinin təşkilatçılığ ilə Beynəlxalq Mətbuat Mərkəzinin dəyirmi zalında “müstəqilliyimizin bərpasında və qorunmasında dünya azərbaycanlılarının rolu” mövzusunda dəyirmi masa keçirilib. Tədbir dövlət himinin səsləndirilməsi ilə başlayıb. DAA-nın Azərbaycan nümayəndəliyinin rəhbəri Könül Məmmədzadə müstəqillik gününün tarixi və mahiyyətindən söz açıb.
Tədbirdə çıxış edən Dünya Azərbaycanlıları Assambleyasının diaspora və lobbiçilik üzrə vitre-prezidenti Sərraf Kərimov xaricdə yaşayan həmvətənlilərimizin və diaspora təşkilatlarımızın fəaliyyətindən söhbət açıb:
“Yaddan çıxartmaq lazım deyil ki, dövlət müstəqilliyimizin qorunub saxlanılmsında xaricdə yaşayn həmvətənlilərimizin və diaspora təşkilatlarımızın böyük rolu vardır.”
Daha sonra söz millət vəkili Adil Əliyevə verilib. Millət vəkili çıxışında aprel döyüşlərinə geniş yer ayırıb. Tədbirdə eyni zamanda Qarabağ döyüşlərinin qazisi Kamil Musəvi də iştirak edirdi. O çıxışında Qarabağdakı döyüş əzmindən danışıb. Gəncləri də vətənpərvərlik hissləriylə yaşamağa səsləyib. Qarabağ qazisinin çıxışı tədbir iştirakçıları tərəfindən ayaq üstə alqışlanıb.
Tədbirdə eyni zamanda QHT rəhbərləri, ziyalılar və KİV-lər iştirak edirdi.
Sonda Dünya Azərbaycanlıları Assambleyasının Azərbaycan nümayəndəliyi tərəfindən müstəqilliyimizin 25 illiyinə həsr olunmuş sujet nümayiş etdirilib.


DAA-nın müstəqillik günü ilə bağlı növbəti tədbiri-FOTO
DAA-nın müstəqillik günü ilə bağlı növbəti tədbiri-FOTO
DAA-nın müstəqillik günü ilə bağlı növbəti tədbiri-FOTO
DAA-nın müstəqillik günü ilə bağlı növbəti tədbiri-FOTO
Sosial şəbəkələrdə paylaş: