Qayınatası gəlininə təcavüz etdi, onu başqa kişilərə satdı - FOTO Obama ailəsi ilə 5,3 milyonluq evə köçür - FOTO Baş məşqçi Kamran Ağayevin cəzasından danışdı Azərbaycanda qəndin içindən şurup çıxdı - FOTO
"Dedilər ki, 99% bu ölüb" - 6 güllə yarası alan adam - VİDEO Rus deputatın 15 yaşlı qızı intim reklama çəkildi - Pula görə - FOTO SON DƏQİQƏ : İŞİD Palmiranı MƏHV ETDİ Bakıda qumarxana aşkarlanıb, saxlanılanlar var
Həftəsonuna olan hava proqnozu Ronaldunu "Real"dan göndərirlər - Çinə "10 yaşıma qədər atamın şəhid olduğunu bilmədim" - VİDEO Amerikadakı soydaşımızın 20 Yanvar faciəsi barədə filmi - VİDEO



» » Dələduzluqda təqsirləndirilən keçmiş hakim azadlığa buraxıldı


Dələduzluqda təqsirləndirilən keçmiş hakim azadlığa buraxıldı

19-10-2016, 09:58
Oxunma sayı: 398
Dələduzluqda təqsirləndirilən keçmiş hakim azadlığa buraxıldı

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən keçmiş hakim Fəxrəddin Rzayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Respublika.info xəbər verir ki, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə F.Rzayevin barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti) maddə tətbiq olunaraq, ona şərti cəza verilib. O, məhkəmə zalından azadlığa buraxılıb.
Qeyd edək ki, F.Rzayev vətəndaş Eyvaz Abbasovun oğlunu Dövlət Yol Polisinə düzəltmək adı ilə ondan 20 min manat pulu dələduzluq yolu ilə əldə etməkdə təqsirli bilinib.
O, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham olunur.
F.Rzayev əvvəllər Yasamal Rayon Məhkəməsinin hakimi olub. Bir müddət isə Bakı Hərbi Məhkəməsinin icra şöbəsində çalışıb.


Report
Sosial şəbəkələrdə paylaş: