“Qafqazda Aztəminatlı Məcburi Köçkünlərin və Yerli Əhalinin İqtisadi və Sosial İnkişafı” (EPIC) layihəsiçərçivəsində Mingəçevir Dövlət Universitetində “Ətraf Mühit”mövzusunda seminar həyata keçirilib. Yunanıstanda "Odlar Yurdu-Azərbaycan" foto sərgisi adlı tədbir keçirilib - FOTOLAR Bakı Türk dünyasının gələcəyini müəyyənləşdirən mərkəzə çevrilir Azərbaycanlı gənclər Murmanskda bir araya gəldi
Bərdə şəhərində “Əl – ələ daha güclü” (“Stronger hand by hand”) layihəsi başa çatıb. Təhsildə İnkişaf və İnnovasiyalar üzrə III Qrant müsabiqəsi”nin qalibi olmuş “Atamla birgə öyrənirəm” layihəsinin fəaliyyəti sona çatdı. “Bugün Azərbaycan müstəqillik qazandıqdan bəri ən gözəl dövrünü yaşayır.” –Məhsəti Hüseynova Kikboksçularımız dünya kikboksinq arenasında öz sözlərini deyirlər
Ucar rayonunun 80 illiyinə həsr olunmuş Veloyürüş keçirilib. “RƏNGLİ DÜNYA YARADAQ” layihəsinə start verildi “Gənc İstedadların Maariflənmələrinə və İnkişafına Dəstək” ictimai birliyi yeni layihəyə start verdi “Vikipediya”da Gəncə haqqında məqalələr zənginləşdirilir



» » Braziliyanın tank əleyhinə yeni silahı Azərbaycan ordusunda - VİDEO


Braziliyanın tank əleyhinə yeni silahı Azərbaycan ordusunda - VİDEO

11-10-2016, 10:40
Oxunma sayı: 1102
Braziliyanın tank əleyhinə yeni silahı Azərbaycan ordusunda - VİDEO

Braziliyanın GESPİ müdafiə sənayesi şirkəti özünün yeni istehsal etdiyi orta mənzilli tank əleyhinə silah sistemini Azərbaycan da daxil olmaqla bir neçə ölkəyə satmaq üçün danışıqlar aparır.

Respublika.info virtualaz.org-a istinadən bildirir ki, bu barədə Britaniyanın hərbi-kəşfiyyat tematikası üzrə ixtisaslaşmış "Jane's Defence Weekly" nəşri şirkətin nümayəndəsinə istinadla qeyd edir.

84 millimetrlik ALAC (Arma Leve Anti-Carro) tank əleyhinə silahı daşınandır, çiyindən atılır və güclü zirehdəlmə qabiliyyətinə malikdir. Bu silah GESPİ şirkətinin Braziliya ordusunun texnoloji mərkəzi CTEx-lə birlikdə işlənib hazırlanıb.

Məlumata görə, GESPİ Defense Systems 1200 belə silah almaq istəyən Meksika ilə danışıqların yekun mərhələsindədir. İraq isə 2000 ədəd belə silah sifariş verib. Azərbaycan ilkin olaraq şirkətdən 50 ALAc sistemi sifariş verib, ancaq bu silahların daha sonra öz hərbi sənaye müəssisələrində birgə istehsalını planlaşdırır.

Xatırladaq ki, Azərbaycan ordusu tank əleyhinə dünyanın ən qabaqcıl silah sistemlərinə malikdir. Bunların arasında İsraildən alınan "Spike" tank əleyhinə raketləri də yer alır. Bu ilin aprelində Qarabağda gedən döyüşlərdə Azərbaycan ordusunun "Spike" raketləri azı 18 erməni tankını sıradan çıxarmışdı.



Videonu izləmək üçün linkə klikləyin:


http://daytube.az/az/videos/35733/
Sosial şəbəkələrdə paylaş: