Zakir Həsənov: "Azərbaycan Ordusu döyüşə tam hazırdır" Azərbaycanda yüksək vəzifəli məmur işindən azad olundu - FOTO Bakıda QƏZA: "Porsche" "London Taxi" ilə toqquşdu - FOTO Ölümlə bağlı amerikalı alimdən ŞOK AÇIQLAMA: Ürək dayanandan bir neçə saat sonra...
DİQQƏT! Həyat tərzini dəyişdirmədən, pəhriz və idman olmadan çəki itirmək mümkün oldu!!! Kiprik, qaş sə saçların uzanmasında effektiv üsul! KİŞİLƏRİN NƏZƏRİNƏ!!! Cinsi istəyi artırmağın TƏZƏ YOLU! Fransa prezidenti yeniyetməyə acıqlandı
Maştağada yol polisini bıçaqladılar - ÖZƏL Ərdoğan açıqladı: Bu futbolçunun heyranıyam Azərbaycanda yüksək vəzifəli şəxsin qohumu faciəvi şəkildə dünyasını dəyişdi - FOTO 20 il öncəki Nərgiz Cəlilova - Foto



» » Tbilisidə İpək Yolu Beynəlxalq Forumu işə başladı


Tbilisidə İpək Yolu Beynəlxalq Forumu işə başladı

16-10-2015, 11:48
Oxunma sayı: 304
Nəqliyyat Nazirliyi məlumat yaydı.

Tbilisidə İpək Yolu Beynəlxalq Forumu işə başladıAzərbaycanın Baş nazirinin müavini Abid Şərifovun rəhbərliyi ilə geniş nümayəndə heyətinin iştirak etdiyi forumda Nəqliyyat Nazirliyini nazir müavini Musa Pənahov təmsil edir.

Bu barədə Nəqliyyat Nazirliyindən bildirilib.

“Gürcüstan hökumətinin təşəbbüsü, Çin hökuməti və Asiya İnkişaf Bankının maliyyə dəstəyi ilə oktyabrın 15-də öz işinə başlayan forumda 30 ölkənin, eləcə də 20 beynəlxalq maliyyə və donor təşkilatının yüksək vəzifəli şəxsləri də daxil olmaqla 1000-ə yaxın qonaq iştirak edir.

İştirakçılar tədbiri yüksək qiymətləndirərək, İpək Yolunun bərpasının təkcə Cənubi Qafqaz regionunun deyil, bütövlükdə Avropa ilə Asiyanın inkişafında mühüm rol oynayacağını vurğulayıblar.

Forumda Azərbaycan və digər ölkələrin rəsmi şəxsləri və nüfuzlu beynəlxalq maliyyə qurumlarının rəhbərləri çıxış ediblər” - deyə, nazirlikdən bildirilib.

Bundan başqa, nazirlikdən qeyd edilib ki, oktyabrın 16-da davam edəcək Forum çərçivəsində keçiriləcək panel iclaslarda “Ölkələr arasında iqtisadi-ticarət əlaqələrinin və əməkdaşlığın inkişaf etdirilməsində İpək Yolunun yeni imkanları”, “Nəqliyyat və infrastruktur: ölkələr arasındakı ticarət dövriyyəsinə dair yeni tələblər”, “İpək Yolu boyunca ticarət dövriyyəsini gücləndirmək məqsədilə mövcud problemlərin həllində birgə əməkdaşlıq”, “İpək Yolu və energetika: kəmərlər və sərhədsiz elektrik enerjisinin ticarəti” və “Gürcüstanın investisiya imkanları” mövzularında diskussiyalar aparılacaq.
Sosial şəbəkələrdə paylaş: