Teymur Alıyev-“20 yanvar faciə deyil Qəhramanlıq Salnaməsidir” Azərbaycandan bir məmur gəlib mənə deyir ki, ölkədəki rüşvəti, yalanı görmə, eşitmə, danışma AVROPA PARLAMENTİ AZƏRBAYCAN ƏLEYHİNƏ SƏRT QƏTNAMƏ QƏBUL ETDİ “Təbiətin sirləri” kitabının 2-ci hissəsi işıq üzü görüb
Azərbaycanda "Wonderful" nar sortu var - Ona tələbat niyə çoxdur? Yanvarda Bakıya qar yağacaq? - Sinoptiklərin AÇIQLAMASI “Sətir-sətir oxu məni” adlı şeirlər kitabı işıq üzü görüb “Tarxin izində ” başlıqlı təlimin yekun tədbiri keçirilib
QHT-lər Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə müraciət ünvanlayıblar Ümummilli lider Heydər Əliyevin mənəvi dəyərlərə baxışı AZƏRBAYCANIN ƏN “ƏZƏLƏLİ QIZLARI”: “BİZİM KİŞİLƏR ÇILPAQ BƏDƏN GÖRƏNDƏ…” – VİDEO- MÜSAHİBƏ Bakıda məşhur “avtoş”u kim öldürdü? - DƏHŞƏTLİ QƏTLİN TƏFƏRRÜATI - FOTO



» » Bakıda klinikada faciə - uşaq əməliyyat stolunda ölüb - VİDEO


Bakıda klinikada faciə - uşaq əməliyyat stolunda ölüb - VİDEO

3-10-2016, 22:05
Oxunma sayı: 780
Bakıda klinikada faciə - uşaq əməliyyat stolunda ölüb - VİDEO

9 ay əvvəl 6 yaşlı oğlunu əlindən tutub "Briz-L" klinikasına əməliyyat üçün aparan Firuz İbrahimov indi ah-nalə çəkir.

Respublika.info xəbər verir ki,2016-cı ilin yanvar ayının 19-da 6 yaşlı Yusif İbrahimov əməliyyat olunması üçün Bakının Nərimanov rayonunda yerləşən "Briz- L" klinikasına gətirilib. "Hər iki gözün daxili düz əzələsinin 5 mm resessiyası" diaqnozu əsasında əməliyyat olunan uşaq, elə əməliyyat əsnasında dünyasını dəyişib. "Briz- L" klinikasının rəhbərliyi öz nüfuzunu qorumaq üçün uşağın öldüyünü saatlarla ailəsindən gizlədib.

İbrahimovlar ailəsi, axşam saat 6-da əməliyyat masasına uzanan oğullarının gecə saat 3-də meyitini görüblər.

Məlum olub ki, Yusif İbrahimovun əməliyyatında cərrah-oftolmoloq Azər Kərimov və anestezioloq Elnur Abbasov iştirak ediblər. Ata Firuz İbrahimovun sözlərinə görə, həkimlər onlara uşağa həddindən artıq narkoz verdiklərini etiraf ediblər.

"Briz-L" xəstəxanası ilə əlaqə saxladıqda məlum oldu ki, artıq həmin həkimlər burada işləmirlər.

Maraqlıdır, hadisə baş verdiyi gündən bunun həkim səhlənkarlığı olmadığını iddia edən xəstəxana rəhbərliyi görəsən bu həkimlərin hər ikisini niyə işdən çıxarıb? Yoxsa həkimləri işdən uzaqlaşdırmaqla öz nüfuzunu qoruyacağını düşünür? Bu həkimlərin fəaliyyətlərini başqa bir xəstəxanada davam etdirmələri digər Yusiflərin həyatı üçün də təhlükə demək deyilmi? Bir xəstəxanaın nüfuzu bütün uşaqların həyatından dahamı dəyərlidir ?

Bu arada Yusifin ailəsi onun nəşini ekspertizaya göndərməkdən imtina edib. Görünür "Briz-L" xəstəxanasının rəhbərliyi maddi yardım baxımından müxtəlif vədlər verərək onun ailəsini nəyəsə inandırmağı bacarıb. Firuz İbrahimovun sözlərinə görə, xəstəxana indi uşağın baş daşı üçün çəkilən xərci ödəməkdən bələ imtina edir.

Mütəxəssislər qanuna görə, belə hadisələr zamanı ailənin rəyinin əsas götürülmədiyini, meyitin tibbi ekspertizadan keçirilməsinin zəruri olduğunu deyirlər. Buna baxmayaraq, ailənin müraciəti əsasında işin yenidən araşdırıla biləcəyini deyirlər.

Məhkəmə qərarı əsasında həkimlər məsuliyyətə cəlb oluna, xəstəxanaya qarşı isə küllü miqdarda təzminat davası açıla bilər.



Videonu izləmək üçün linkə klikləyin:


http://daytube.az/az/videos/35202/

Xəzər Xəbər
Sosial şəbəkələrdə paylaş: