Xərçəngin qarşısını alan MÖHTƏŞƏM RESEPT Bəzi tələbələr təhsil haqqından azad olunacaqlar - YENİLİK Bakıda süd alarkən diqqətli olun - VİDEO Dizellə işləyən avtomobillərin sayı sürətlə artır - SƏBƏB
İnfarkt və insultun qarşısını alan qidalar Rus gözəl Neymarın fanatıdır - FOTO Azərbaycanın ilk milyarderi Yelmar Məmmədov Azərbaycanda kreditlər ucuzlaşdı
Körpə qız qaynar süd qazanına düşdü Tolik: "Məni qaranlığa aparıb soyundurdu" - VİDEO Məktəb müəllimi əvvəllər fahişəlik edibmiş, sirri açıldı, işdən qovuldu - FOTO Xaçmazda iş adamının ciblərindən 88 min dollar çıxardılar



» » Boğaz ağrısından qurtulmaq üçün 8 TƏBİİ ÜSUL


Boğaz ağrısından qurtulmaq üçün 8 TƏBİİ ÜSUL

3-10-2016, 19:48
Oxunma sayı: 765
Boğaz ağrısından qurtulmaq üçün 8 TƏBİİ ÜSUL

Havalar bir azca soyuyan kimi çoxumuz boğaz ağrısından şikayətlənirik. Əksəriyyətimiz də dərmandan istifadə etmədən bu problemdən qurtulmaq istəyirik. Əlbəttə ki, antibiotik istifadə olunmadığı müddətdə bitki mənşəli müalicələrdən yararlanmaq lazımdır. Evdə təbii üsullardan faydalanaraq boğaz ağrısının yaratdığı narahatlığı aradan qaldırmaq olar. Respublika.info Aile.lent.az-a istinadən ev şəraitində istifadə edə biləcəyiniz təbii müalicə üsullarından bir neçəsi ilə sizi tanış edir.

- Sarımsaq bu müddətdə köməyə çatan ən faydalı tərəvəzdir.

- Boğaz ağrısı ilə mübarizədə gündəlik qidalanmada yer tutan meyvə suları da daxil olmaqla, şəkəri və süd məhsullarını menyudan çıxarın.

- Boğazdakı şişi və narahatlığı azaltmaq üçün saatda bir və ya daha tez-tez duzlu ilıq suyla qarqara edin. 1 stəkan ilıq suya yarım qaşıq duz əlavə edin. Duzlu su qarqarası balaca uşaq üçün də çox faydalıdır, hətta udsalar belə.

- Suyu əskik etməyin. Çay və ya şorba kimi ilıq içkilər boğazdakı narahatlığı azaltmağa köməkçi olur. Əgər uşaq boğaz ağrısı səbəbindən içməkdə çətinlik çəkərsə, şprisdən istifadə edə bilərsiniz.

- Limon suyu da müalicəedici xüsusiyyətə malikdir, unutmayın.

- Ən klassik və etibarlı müalicə üsullarından biri olan sarımsaq limonadı xilaskarınız olacaq. Bunun üçün nazik doğranmış 2 diş sarımsağı bir qaba qoyun. Üzərinə 250 ml qaynar su əlavə edin və qapağını bağlayıb 30 dəqiqə saxlayın. Sarımsağı süzərək ayırın. İçinə bütöv bir limonu sıxıb suyunu əlavə edin, balla dadlandırın. İsti və ya ilıq halda içə bilərsiniz.

- Ekinezya və propolis tərkibli spreylər boğaz ağrıları, streptokok və virusa bağlı infeksiyalarda olduqca təsirlidir.

- Biyan kökü boğaz ağrılarına qarşı faydalıdır. Çaya qataraq için. Bu da klassik bir müalicə üsuludur.


Qeyd: ekinezya kökü, propolis, adaçayı yarpağı kimi bitki mənşəli boğaz spreyi vasitələrini hamiləlikdə istifadə etməyin.
Sosial şəbəkələrdə paylaş: