Azərbaycandan Trampa özəl hədiyyə Ağ Evə göndərildi - VİDEO Xərçənglə mübarizədə NÖVBƏTİ İNQİLAB Dinozavrlar qayıdır? Sərdarın model xanımının sirri açıldı
"Bozbaş"ın "ağsaqqal"ı evlənir Hansı qan qrupu XƏRÇƏNGƏ TUTULMUR? Rusiyanın energetika nazirindən neftin qiymətinə dair PROQNOZ Türkiyənin məşhur aparıcısı Azərbaycana köçür - FOTO
Azərbaycanlı milyarderin oğlu model sevgilisi ilə - FOTO Donald Trampdan etirazlara MÜNASİBƏT Müğənni oğlunun dayəsinə hər ay 15 min pul verəcək Milyarderə edam ediləcəyini bildirdilər



» » Şeyx turistlərin Bakıya gəlişindən niyə narahatdır? - Mübariz Qurbanlıdan açıqlama


Şeyx turistlərin Bakıya gəlişindən niyə narahatdır? - Mübariz Qurbanlıdan açıqlama

30-09-2016, 21:02
Oxunma sayı: 596
Şeyx turistlərin Bakıya gəlişindən niyə narahatdır? - Mübariz Qurbanlıdan açıqlama

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri şeyxülislam Allahşükür Paşazadənin "Azərbaycana turist kimi gələn, amma dini məsələlərə qarışan qonaqlar diqqətdə saxlanılmalıdır, o sərmayə gəlib burda dini qarşıdurma yaradacaqsa, lazım deyil" fikrinə münasibətini açıqlayıb.

Respublika.info xəbər verir ki, Mübariz Qurbanlı A.Paşazadənin belə fikirləri ilə tanış olmadığını deyib: "Şeyxülislamın belə açıqlamasını eşitməmişəm. Ümumiyyətlə, heç vaxt eşitməmişəm, kimsə desin ki, turistlərin gəlişi bizdə dini məsələlərə hansısa formada təsir göstərə bilər. Dünyada elə ölkə var ki, oraya əhalisinin sayı qədər turist gəlir. İspaniyaya gələn turistlərin sayı az qala bu ölkənin əhalisi qədər olur. Heç kim turizmin inkişafını bu məsələlərlə ləngitməməlidir".

Turizmin dünyada geniş yer alan sahə olduğunu deyən M.Qurbanlı əlavə edib ki, Azərbaycan turizmin imkanlarından geniş şəkildə istifadə edir: "Prezidentimizin bununla bağlı müvafiq tapşırıq və sərəncamı da var. Mən ayrı-ayrı ölkələrdən Azərbaycana turistlərin kütləvi şəkildə axını ilə dini radikalizmin və ya dinlə bağlı digər problemlərin yaranacağını təsəvvür etmirəm və belə düşüncənin də tərəfdarı deyiləm. Hesab edirəm ki, turizm inkişaf etməlidir və burada heç bir qorxu yoxdur".

Qeyd edək ki, Allahşükür Paşazadə bu gün yenidən sözügedən məsələyə toxunub və fikirlərinə aydınlıq gətirib: "Görürəm, bəziləri narahat olur, mənə bəzi ölkələrdən gələn turistlərlə bağlı sual verirlər. Mən turist axınının əleyhinə deyiləm, ümumi inkişafın tərəfdarıyam. Amma gələn adamlar bizim daxili işimizə, dini məsələlərimizə qarışırlarsa, bəzi fikirləri söyləyirlərsə ki, hansısa məsələlər düzgün deyil, bu, bizə gələcəkdə böyük çətinliklər yarada bilər. Ola bilsin ki, bu gün biz onu görməyək. Amma 5-10 ildən sonra bu, cavanlarımıza öz təsirini göstərə bilər. Bunun qarşısını almaq lazımdır . Buna qarşı dövlətin tədbiri olmalıdır".


teleqraf.com
Sosial şəbəkələrdə paylaş: