Bölgələrin sosial iqtisadi inkişafı ilə bağlı prezidentin imzaladığı dövlət proqramı rayonların inkişafına necə təsir göstərir? Zona yarışının ilk mərhələsi icrasına başlanmışdır. Bakıda ağır qəza:avtomobil iki yerə bölünüb “Qarabağ dünən və bugün” mövzusunda ictimai müzakirələr İordaniya səfirliyində davam etdi.
Fəlsəfə “bazarı”,cari Allahlar və iblis. QHT layihəyə uğurla yekun vurdu QHT yeni layihənin icrasına başlayıb. Təhsil Nazirliyinin “Təhsildə inkişaf və innovasiyalar” üzrə 2-ci qrant müsabiqəsi çərçivəsində“Məktəblilər üçün kimya cədvəl, sxem və şəkillərdə” layihəsinin bağlanış mərasimi keçirildi.
Yevlax rayonunun iki kəndi təbii qazla təmin olundu. “Qarabağ dünən və bugün” mövzusunda ictimai müzakirələr Polşa Səfirliyində davam etdi. “Paşinyan hay - küy salmaqla Ermənistanın Azərbaycanqarşısındakı zəifliyini ört-basdır etməyə çalışır “Nümunəvi hərəkətə başqa don geyindirmək xəyanətkarlıqdan başqa bir şey deyil”



» » Prokurorluq ən çox korrupsiyaya qurşanan sektoru AÇIQLADI


Prokurorluq ən çox korrupsiyaya qurşanan sektoru AÇIQLADI

14-10-2015, 17:05
Oxunma sayı: 392
Bu gün Baş prokuror Zakir Qaralovun sədrliyi ilə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində müşavirə keçirilib.Prokurorluq ən çox korrupsiyaya qurşanan sektoru AÇIQLADI

Müşavirədə Zakir Qaralov Bakı şəhəri, bütün rayon (şəhər) və ərazi hərbi prokurorlarına göstəriş verib.

Baş prokuror korrupsiyaya şərait yaradan halların aradan qaldırılması, sahibkarlıq fəaliyyətinə əsassız müdaxilələrin və digər dövlət qurumları tərəfindən belə hallara yol verilməsinin qarşısının qəti şəkildə alınması üçün kəsərli təsir tədbirlərinin görülməsi, sahibkarlara qarşı qanunsuz tələblərin irəli sürülməsi barədə daxil olmuş müraciətlərin dərhal Respublika Baş Prokurorluğunun rəhbərliyinə məruzə olunmasını bildirib. Habelə tabe prokurorların və bütün prokurorluq əməkdaşlarının fərdi məsuliyyət hissinin artırılması ilə əlaqədar rəsmi göstəriş verib.

Müşavirədə məruzə ilə çıxış edən Baş prokurorun müavini - Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev bu ilin 9 ayı ərzində Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin “Qaynar xətt” 5108 müraciət daxil olduğunu deyib. Həmin müraciətlərin əsasən nəqliyyat, tikinti və bank sektoru sahələrini əhatə etdiyini, həmçinin 224 şəxs barəsində 146 cinayət işinin istintaqının tamamlanaraq baxılması üçün aidiyyəti məhkəmələrə göndərildiyini bildirib. Həmin cinayət işlərindən 87 şəxs barəsində 58 iş mənimsəmə və israf etmə, 48 şəxs barəsində 37 iş dələduzluq, 33 şəxs barəsində 19 iş vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, 23 şəxs barəsində 9 iş rüşvət alma, 10 şəxs barəsində 6 iş isə rüşvət vermə, 9 şəxs barəsində 9 iş saxta sənədlərdən istifadə etmə, 7 şəxs barəsində 4 iş vəzifə saxtakarlığı və 6 şəxs barəsində 3 iş vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə faktı ilə əlaqədar olub.

Məhkəmələrə göndərilmiş cinayət işləri üzrə vurulmuş 98 milyon 571 min manat ziyandan istintaq müddətində 31 milyon 640 min manat və ya 32 %-i ödənilib, qalan ziyanın təqsirləndirilən şəxslərin əmlakları üzərinə həbs qoyulmaqla ödənilməsi üçün qanunla nəzərdə tutulmuş tədbirlər görülüb.

Müşavirədə dövlət başçısının göstərişlərinin icrası ilə əlaqədar Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin qarşısında konkret tapşırıqlar müəyyən edilib.
Publika.az
Sosial şəbəkələrdə paylaş: