2 ayda 1700 kubmetrlik limit bitdi Cəbhədə gərginlik qalır: Ermənistan ancaq öz işini çətinə salır Xocalı günü anadan olan aprel şəhidi - VİDEO Minsk Qrupu həmsədrlərindən cəbhədəki son hadisələrlə bağlı BƏYANAT
Trampdan daha bir qıcıqlandırıcı qərar Cəbhədən SON XƏBƏR - Cavablarını veririk Bilməyərək evinizdən atdığınız qiymətli şeylər Limonotunun faydaları
Ağız qoxusu ilə əlaqədar nələri bilməliyik? Maksimum sürəti 120 olan maşın 129-la radara düşüb? Azərbaycanlı idmançı ilə döyüşdə erməni QOVULDU "Evimizdən heç yana gedən deyilik" - CƏBHƏ KƏNDİNDƏN REPORTAJ - VİDEO



» » Əl və ayaqlarınız çox üşüyürsə... - MÜTLƏQ OXUYUN!


Əl və ayaqlarınız çox üşüyürsə... - MÜTLƏQ OXUYUN!

28-09-2016, 22:18
Oxunma sayı: 1498
Əl və ayaqlarınız çox üşüyürsə... - MÜTLƏQ OXUYUN!

Əl və ayaqlarda dəri rənginin müxtəlif olması, qan damarlarında daralmadan irəli gəlir. Siqaret, stress və soyuq havanın təsiri nəticəsində bu xəstəlik şiddətlənə, hətta revmatizmin yaranmasına gətirib çıxara bilər.

Respublika.info publika.az-a istinadən bildirir ki, damar daralması "Raynaud Fenomeni" adlanan damar xəstəliyi olaraq qəbul olunur. Bu xəstəlik əksər hallarda revmatizmin ilkin əlamətlərinə aid edilir. Daha çox əl və ayaqlarda qan dövranın azalması və ya ləngiməsi səbəbilə bu orqanlarda üşümə, ağrı, göyərmə, həssaslıq, soyuqluq kimi hallar müşahidə olunur. Qan damarları soyuq havalarda orqanizmin öz istiliyini saxlaması üçün daralır, amma bu proses bəzi insanlarda xəstəliyə daha çox uzanır.

Ağır stress qan dövranını zəiflədir

Siqaret, ağır emosional stress və soyuq hava xəstəliyi şiddətləndirən səbəblərdir. Bununla yanaşı, uzun müddət istifadə edilən müxtəlif dərmanların əks təsiri də bu xəstəliyə səbəb ola bilər. Xüsusilə bəzi miqren, baş ağrısı dərmanları və bəzi ürək dərmanlarından istifadə xəstəliyin inkişafına gətirib çıxara bilər.

Adətən bu şikayətləri olan xəstələr gənc yaşında olur. Çətin imtahan və iş stressi yaşayan gənclər, hətta bəzən uşaqlarda da görülə bilər. Qan damarlarının daralması xəstəliyindən adətən soyuq bölgələrdə yaşayan, soyuq mühitlərdə işləyən insanlar daha çox əziyyət çəkir.

Damar xəstəliyini həm cərrahi, həm müalicə yolu ilə, həm də bəzi qabaqlayıcı tədbirlərlə sağaltmaq mümkündür. Tədbirlərə baxmayaraq, şikayətiniz davam edirsə, ən qısa zamanda ürək-damar həkiminə gedib müayinə olunun.
Məsləhətlər

1. Vərdişləri dəyişdirin: Siqaret və tütün məhsullarının istifadəsindən imtina edin, dumanlı mühitlərdən mümkün qədər uzaq durun.
2. Həyat tərzinizi dəyişin: Soyuqdan və soyuq mühitlərdən mümkün qədər uzaqlaşın. Soyuğa çıxmazdan əvvəl əlcək və qalın corab geyin, soyuq su ilə təması azaldın, soyuqdan qoruyucu yağ əsaslı kremlər istifadə edin. Paltarları əllə yumayın, əgər paltaryuyan maşın yoxdursa, mütləq əlcək taxın. Əgər yaşadığınız rayon çox soyuqdursa, daha mülayim iqlimli əraziyə köçün.
3. Psixoloji vəziyyəti bərpa edin: İnsanın özünü hədsiz kədərli, həyəcanlı və qorxaq hiss etməsi stress yaradır. Stress isə birbaşa bu xəstəliyə təsir göstərir. Yüksək əhval-ruhiyyəni qorumağa çalışın. Bunun ən yaxşı yolu idmandır. Ancaq stresslə təkbaşına mübarizə apara bilmirsinizsə, psixoloqla məsləhətləşin.
4. Həkimə gedin: Şikayətlərinin əsl mənbəyinin damar daralması olduğunu, yaxud müşayiət revmatizm xəstəliyi olduğunu öyrənmək üçün həkim müayinəsindən keçin.
Sosial şəbəkələrdə paylaş: