Xərçəngin qarşısını alan MÖHTƏŞƏM RESEPT Bəzi tələbələr təhsil haqqından azad olunacaqlar - YENİLİK Bakıda süd alarkən diqqətli olun - VİDEO Dizellə işləyən avtomobillərin sayı sürətlə artır - SƏBƏB
İnfarkt və insultun qarşısını alan qidalar Rus gözəl Neymarın fanatıdır - FOTO Azərbaycanın ilk milyarderi Yelmar Məmmədov Azərbaycanda kreditlər ucuzlaşdı
Körpə qız qaynar süd qazanına düşdü Tolik: "Məni qaranlığa aparıb soyundurdu" - VİDEO Məktəb müəllimi əvvəllər fahişəlik edibmiş, sirri açıldı, işdən qovuldu - FOTO Xaçmazda iş adamının ciblərindən 88 min dollar çıxardılar



» » 15 yaşlı nişanlı oğlanın ailəsini tapdıq - VİDEO


15 yaşlı nişanlı oğlanın ailəsini tapdıq - VİDEO

27-09-2016, 20:47
Oxunma sayı: 1213
15 yaşlı nişanlı oğlanın ailəsini tapdıq - VİDEO

Dünən sizə 15 yaşlı yeniyetmənin nişanlanması ilə bağlı bir xəbər təqdim etmişdik. Xəbərdə Kürdəmirin bir kəndində valideynləri tərəfindən zorla nişanlanan oğlandan danışmışdıq. Bu gün əməkdaşlarımız həmin kənddə - Kürdəmirin Çölərəbqubalı kəndində olublar. Məlum olub ki, uşaq belə demək mümkünsə, adət-ənənələrin qurbanı olub.

XXI əsrdə göbəkkəsdi adətləri...

Dədə-babadan qalma ənənələrə riayət etməklə övladının gələcəyi ilə oynayan valideynlər. Son vaxtlar sosial şəbəkələrdə Kürdəmirdə 15 yaşlı oğlanın ailəsi tərəfindən zorla nişanlanması xəbəri əsas müzakirə mövzusuna çevrilib.

Respublika.info xəbər verir ki, həmin hadisə Kürdəmirin Çölərəbqubalı kəndində olub. "XəzərXəbər" həmin ailə ilə əlaqə saxlasa da, 15 yaşında zorla nişanlanmış Vasif adlı oğlanın anası Natəvan xanım çəkilişə icazə vermədi. Sadəcə "bu, bizdə el adətidir" deməklə kifayətləndi.

Məlum olub ki, valideynlər hələ uşaq ikən övladlarını göbəkkəsdi ediblər və bu adət əsasında 15 yaşlı Vasif özündən 2 yaş böyük qızla nişanlanıb.

Kənd sakinləri də bu adətin doğru olmadığını deyirlər.

İstər yaşlısı, istərsə də cavanı erkən nişanlanıb evlənməyin əleyhinədirlər.

Kənd sakinlərinin sözlərinə görə, bu adətə əvvəllər daha çox riayət olunurdu. Hazırda az da olsa, bu ənənə qalmaqdadır.

Sakinlər özləri də bu adəti bəyənməsələr də, fakt budur ki, kənddə nə qanuna, nə də ümumbəşəri dəyərlərə sığan bu ənənə yaşadılmaqdadır. Bu isə o deməkdir ki, hələ də övladının taleyi və aqibəti ilə oynayan valideynlər qalmaqdadır... Ancaq istənilən halda yəqin ki, Ailə Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi bu məsələni diqqətdə saxlayacaq.




Xəzər Xəbər
Sosial şəbəkələrdə paylaş: