Azərbaycanın Böyük Vətən Müharibəsindəki qələbəyə töhvəsi Tomas Mor: filosof, humanist, Xalq Adamı Müslüm Maqomayevin həyatı uzunluğunda olan mahnılar Azərbaycan-Türkiyə iş adamları arasında ticarət dövriyyəsi ilə bağlı görüş keçirilib
Rusiyada Azərbaycan diasporu ciddi seçim qarşısındadır-ANALİZ “WhatsApp”da yayılan bu mesaj təhlükəlidir – VİDEO "İnsan alverinə qarşı mübarizədə Azərbaycan bir çox dövlətlərə örnək olmalıdır" Hərbi xidmətlə bağlı daha bir — DƏYİŞİKLİK
Bürclər – 17 Oktyabr Bakıda qadın paltarı geyinmiş “kişi”lər yürüş keçirdilər — VİDEO (18+) Güclü sel bağları yuyub apardı – Azərbaycanda təbii fəlakət - Video 22 manatlıq nömrə necə 10000 manata satılır?



» » “Biz nədən bu sahənin inkişafını gündəmə gətirməyək?”


“Biz nədən bu sahənin inkişafını gündəmə gətirməyək?”

14-10-2015, 08:57
Oxunma sayı: 261
“Biz nədən bu sahənin inkişafını gündəmə gətirməyək?”Parlamentin dünənki iclasında AVP sədri, millət vəkili Fəzail Ağamalı qeyri - neft sektoruna dövlət dəstəyindən bəhs edərkən ölkənin yüngül sənayesinin inkişafına diqqət yetirilməsi zərurətindən danışıb:


“2016-cı ilin dövlət büdcəsi dünyada gedən iqtisadi, maliyyə, hərbi-siyasi, sosial kataklizmlərin, eyni zamanda humanitar fəlakətlərin fonunda hazırlanmışdır və deyərdim ki, bütün riskli məqamlar nəzərə alınaraq bitkin bir sənədlər toplusu müzakirəmizə təqdim olunmuşdur. Ötən illərin təcrübəsi göstərir ki, ölkə prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında fəaliyyət göstərən maliyyə-iqtisadi strukturlara rəhbərlik edən şəxslər kifayət qədər məsuliyyətli və peşəkar bir formada öz vəzifələrini yerinə yetirirlər, Azərbaycan onu gözləyən bu və ya digər kataklizmlərdən tam mənada sığortalana bilir. Bu gün Azərbaycanın sabit və dinamik inkişafı başdan – başa regionda baş vermiş xoşagəlməz hadisələrdən sığortalanması məhz bu peşəkar idarəetmə sisteminin zəhmətinin məntiqi nəticəsidir.
Neftin qiymətinin aşağı düşməsinə baxmayaraq büdcədə yenə də sosial sahəyə xüsusi diqqət ayrılması və ölkənin müdafiə qabiliyyətinin möhkəmləndirilməsinə yetirilən diqqətin növbəti ildə də nəzərə alınması onu göstərir ki, gələcəkdə Azərbaycanı da gözləyə biləcək bu və ya digər xoşagəlməz hadisələrdən ölkəmiz bu baxımdan sığortalanacaq. Samir Şərifov komitələrin iclasında belə bir fikir də söylədi ki, hökumət hətta daha iki layihə paketi hazırlayıb, bunlardan biri bədbin, digəri nikbin layihədir. Bu əslində məsuliyyətin ən ciddi bir yanaşmasıdır.
Bu gün ölkə prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında hökumət öz üzərinə düşən vəzifəni peşəkarlıqla yerinə yetirməkdədir və mən onlara bundan sonrakı fəaliyyətlərində də uğurlar diləyirəm.
Bir sıra təkliflərimin üzərində dayanmaq istəyərdim. Azərbaycan yüngül sənayenin inkişafı üçün bütün resurslara malikdir və vaxtilə Azərbaycan yüngül sənayenin ən mühüm sahələri olan toxuculuq, trikotaj və tikiş sahəsində kifayət qəıdər uğur qazanan ittifaq respublikalarından biriydi və burdakı deputat həmkarlarımın yaşlı nəsli bunu yaxşı xatırlayır. Elə isə biz nədən bu sahənin inkişafını gündəmə gətirməyək? Bir tərəfdən xalqın istehlak mallarına tələbatını ödəyərik, digər tərəfdən yeni iş yerləri açılar və qeyri-neft sektorunun inkişafı kimi bu sahədə də inkişaf başlayar. İkinci mən düşünürəm ki, büdcənin digər resurlslar hesabına nəzərdə tutulan proqnozların həyata keçirilməsi üçün idarəetmə sistemində bir - birini təkrarlayan paralel strukturların birləşməsinə ciddi ehtiyac var. Bəzi qurumlara dövlət tərəfindən dotasiyalar verilir və məncə bu məsələyə bir daha baxmaq lazım və zəruri olanlar istisna olmaqla qalan dotasiyaların dayandırılmasına ehtiyac var. Bu gün dotasiyaların mütləq əksəriyyəti şəhərlər və rayonlardır. Məncə məhz bu dotasiyaların aradan qaldırılması üçün yüngül sənayenin regionlarda inkişafı vacibdir. Qeyri-neft sektorunun ən mühüm sahəsindən biri kənd təsərrüfatıdır. Bu gün bu sahədə bir sıra islahatlar gedir və bir sıra sahələrdə bu islahat özünün müsbət nəticələrini göstərsə də etiraf edək ki, bunlar kifayət deyil. Bu islahatları daha da genişləndirmək üçün kənd təsərrüfatına ayrılan vəsaitin həcmi artırılmalıdır. Çünki ayrılan vəsait yenidən başqa formada Azərbaycan vətəndaşlarının cibinə və ölkə büdcəsinə qayıdacaq.
Bu gün dövlətdən daha çox asılı olan klinikaların özəlləşməsinə ciddi ehtiyac var. Əslində ən müasir texnologiya ilə təmin olunan klinikaların özəlləşməyə çıxarılması zərurəti yarınıb. Bu ilk növbədə büdcəyə əlavə vəsait də gətirə bilər, həm də özəlləşən klinikaların inkişafı yeni standartların meydana çıxmasını şərtləndirər”.
Sosial şəbəkələrdə paylaş: