Akif Çovdarov prokurorları təhqir etdi, "cadugər ovu"na çıxdı Kamil Zeynallı: "'Onların nəsillərində kişi yoxdur'' - VİDEO Rəşad Sadıqovdan nümunəvi addım Toy sahibi: "Nadir toyda anormal hərəkətlər edirdi" - FOTO
Aktrisanın açıq-saçıq toy geyimi qalmaqal yaratdı - FOTO Tanınmış müğənni: "2-ci sinifdə oxuyanda təcavüzə uğradım" - FOTO Mina: “İstəmirəm ki, hansısa deputat məni “saxlasın” - FOTO Elçinlə Ceyhun arasında QALMAQAL: "Düşünməliydi ki, kimə söz atır"
Dilqəm Əsgərovun atası iflic oldu - FOTO "Tramp əlimdən tutub, otaq nömrəmi istədi..." - FOTO "Hz.Aişəyə haram sayılmır, mənə haram oldu?" - Aparıcı hövsələdən çıxdı - VİDEO Bakıda "Trump Tower"in adı sökülür - FOTO



» » Rəqsanə: "Anam dedi ki, Elzaya baş qoşma..."


Rəqsanə: "Anam dedi ki, Elzaya baş qoşma..."

21-09-2016, 09:30
Oxunma sayı: 426
Rəqsanə: "Anam dedi ki, Elzaya baş qoşma..."

Müğənni Rəqsanə İsmayılova əməkdar artist Elza Seyidcahanın onun haqqında səsləndirdiyi fikirlərə münasibət bildirib.

Respublika.info qafqazinfo-ya istinadən xəbər verir ki, ifaçı bildirib ki, boş-boş yaradılan qalmaqallar ona lazım deyil:

"Neçə gündür ki, məni istəyən dəyərli dostlarım yazırlar ki, niyə Elza Seyidcahana cavab vermirsiniz? Bu həyatda hər birimiz qonağıq. Allah bizə ağıl, dərrakə verib. Elza anadır və iki övladı var, onu istəyən insanlar mövcuddur. Əgər o, xanım nə isə deyibsə, mənim cavab verməyim düzgün çıxmır. Biz hamımız Azərbaycan xalqının nümayəndəsiyik, bir millətik. Düşmən deyilik ki, bir-birimizi qıraq. Mən bu haqda Elza xanımın özünə yazdım. Heç bir müğənniylə problemim yoxdur. Həyatda qorxum yalnız Allahımdandır.

Heç kimdən nə çəkinirəm, nə də qorxuram. Sadəcə, insanları bezdirən boş-boş qalmaqallar mənə lazım deyil. İki övladım var, onları düşünürəm. Bizim o yaşımız deyil, ayıbdır. Onsuz da səhvimiz çox olur. Elza xanımın etdiyi günahı, səhvi Allah bağışlasın. Anamın fikirləri mənim üçün çox önəmlidir.

O mənə dedi ki, bala, nə deyib, Allah canını sağ eləsin, boş ver, baş qoşma. Yəqin, siz də mənim fikirlərimi yaxsı qarşılayarsınız. Həyatda ən gözəl düzgünlük susmaq, cavab verməməkdir.
Bir-birimizə hörmət edək. Vallah, bu sənətdə heç bir xanımın və kişinin pis gününü istəmərəm. Hər zaman yaxşı olsunlar".

Xatırladaq ki, Elza Seyidcahan Rəqsanə İsmayılovanın şou-biznesə dərəbəylik gətirdiyini iddia etmişdi:

"Rəqsanə kimiləri efirə çıxandan sonra özbaşınalıq oldu. Efirdə dalaşdılar, sponsor məsələləri müzakirə olundu. Bütün hamısı adət-ənənəmizə, tərbiyəmizə zidd olan hadisələrdir"
Sosial şəbəkələrdə paylaş: