Xərçəngin qarşısını alan MÖHTƏŞƏM RESEPT Bəzi tələbələr təhsil haqqından azad olunacaqlar - YENİLİK Bakıda süd alarkən diqqətli olun - VİDEO Dizellə işləyən avtomobillərin sayı sürətlə artır - SƏBƏB
İnfarkt və insultun qarşısını alan qidalar Rus gözəl Neymarın fanatıdır - FOTO Azərbaycanın ilk milyarderi Yelmar Məmmədov Azərbaycanda kreditlər ucuzlaşdı
Körpə qız qaynar süd qazanına düşdü Tolik: "Məni qaranlığa aparıb soyundurdu" - VİDEO Məktəb müəllimi əvvəllər fahişəlik edibmiş, sirri açıldı, işdən qovuldu - FOTO Xaçmazda iş adamının ciblərindən 88 min dollar çıxardılar



» » Şifahi razılığa gəlib avtomobil satdı, illər sonra başına oyun gəldi - VİDEO


Şifahi razılığa gəlib avtomobil satdı, illər sonra başına oyun gəldi - VİDEO

19-09-2016, 21:10
Oxunma sayı: 687
Şifahi razılığa gəlib avtomobil satdı, illər sonra başına oyun gəldi - VİDEO

Tanışı ilə razılığa gəlib sənədsiz avtomobil satdı, illər sonra başına bəla oldu.

Respublika.info xəbər verir ki,Zaqatala sakini Nazim Məmmədov 2005-ci ildə etibarnamə ilə avtomobil alıb. Lakin bu etibarnamədə ona yalnız sürmək səlahiyyəti verilib. Buna baxmayaraq, Nazim Məmmədov 3 aydan sonra həmin avtomobili tanışına satıb. Alqı-satqı heç bir sənəd olmadan qarşılıqlı şifahi razılıq əsasında baş tutub.

Bu problem 9 il sonra üzə çıxıb. Hüseyn Zaxarov 1981-ci il istehsalı olan bu avtomobildən əsasən kəndlərarası yolda istifadə etdiyi üçün yol polisindən yayına bilib. 3 il əvvəl isə polisin yoxlaması zamanı avtomobilin sənədsiz oldugu ortaya çıxıb və avtomobil cərimə meydançasına aparılıb. Həmin vaxtdan Hüseyn Zaxarov, onu aldatdığına görə avtomobili aldığı Nazim Məmmədovu məhkəməyə verib. Məhkəmənin qərarına görə, Nazim Məmmədov Hüseyn Zaxarova 650 manat pul ödəməlidir.

Nazim Məmmədov deyir ki, razılaşmaya görə, avtomobili Hüseyn Zaxarov özü qeydiyyata salmalı imiş.

Avtomobili alan Hüseyn Zaxarov isə əksini iddia edir.

Avtomıobil isə 3 ildir ki, cərimə meydançasında saxlanılır. Mütəxəssislər isə bildirirlər ki, gələcəkdə belə problemlərin çıxmaması üçün alqı-satqı mütləq rəsmiləşdirilməlidir.



Videonu izləmək üçün linkə klikləyin:


http://daytube.az/az/videos/34234/

Xəzər Xəbər
Sosial şəbəkələrdə paylaş: