"Nazimi Rafael ulduz edib" - Brilliant Cəbhədə hər iki ayağını itirən Sərxanın toyudur - FOTO Ermənilərin gəlini erotik sessiyaya çəkildi - FOTO Leylanın 20 yaşı olduğunu kimə desən, inanmaz - VİDEO
Bürclərə inanmaq lazımdır? Dünyanın ən qəribə 7 “dəlixana”sı - İşgəncələr, ölüm... - FOTO Köləlikdən məktəbə: 25 yaşında 1-ci sinfə getdi - FOTO Rusiya dünyaya "kompromat" ixrac edir
Qışda bu çayları için - RESEPTLƏR Məşhur avtoritetin qardaşları Masallıda necə qətlə yetirildilər? - FOTO Məşhur xanım küçədə yarıçılpaq gəzdi - FOTO Anar Məmmədov Trampın andiçməsində iştirak etməyib



» » Əməliyyatdan sonra vəfat edən ananın ÖLÜM SƏBƏBİ: "Günahkar klinikadır..."


Əməliyyatdan sonra vəfat edən ananın ÖLÜM SƏBƏBİ: "Günahkar klinikadır..."

19-09-2016, 20:13
Oxunma sayı: 481
Əməliyyatdan sonra vəfat edən ananın ÖLÜM SƏBƏBİ: "Günahkar klinikadır..."

Respublika.info bildirir ki, Şəhla Əliyevanın qaynatası Məhəmməd Əliyev publika.az-a bildirib ki, gəlinin ölümünə səbəb həkimlərdir:


Bakıda 23 yaşlı ana əməliyyatdan sonra öldü
"Gəlinimin süd vəzində ağrıları olduğuna görə həkimə getmişdi. Həkimin yazdığı müalicədən sonra ağrılar keçdi. Lakin sonradan ağrılar təkrar başladı, bu dəfə İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına apardıq, dalağının üstündə şiş gördüklərini dedilər. Qəbələyə getməyi məsləhət gördülər. Qəbələ Rayon Mərkəzi Xəstəxanasında Şəhlanı yenidən müayinə etdilər, onlar da dalağın üstündə şiş gördülər və Bakıya aparmağı məsləhət gördülər. Bakıda 5 nömrəli xəstəxanada həkimlər müayinə edib, mütləq əməliyyat edilməli olduğunu deyiblər. Həmin vaxt mənim həyat yoldaşım və Şəhlanın atası gəlinimin yanında olublar. Onlar Bakıda özəl klinikaları tanımırlar. 5 nömrəli xəstəxananın həkimləri "İnternational" klinikasına aparmağı məsləhət görüblər. Oradakı həkimlərin çox bacarıqlı olduğunu deyiblər. Bizimkilər də, onlara inanıb, həmin klinikaya aparıblar. Orada da əməliyyat ediblər. Həkimlər əməliyyatın çox yaxşı keçdiyini deyiblər, yoldaşımgilə də evə getməyi məsləhət görüblər. 1 saatdan sonra zəng ediblər ki, xəstənin vəziyyəti pisləşib. Təkrar xəstəxanaya gediblər. Şəhlada daxili qanaxma olduğunu deyiblər. Əlavə qan vurublar, amma qız ölüb. Axı dalaq əməliyyatından adam ölməz? Atası dəqiq səbəbi tələb edib həkimlərdən. Onlar da daxili qanaxma deyib, başqa heç nə deməyiblər. Amma biz düşünürük ki, həkim səhvi olub. Axı əməliyyatdan sonra nə ola bilər?"

Qaynatası bildirib ki, Ş.Əliyevanın iki uşağı var, onlardan biri 3, digəri 1 yaş yarımlıqdır. İkinci uşağı ana südü ilə qidalanır, bütün gecəni uşaqlar anasını istəyiblər.

Klinikadan onlara ölüm kağızını verməyiblər.

Məsələ ilə bağlı "İnternational Medical Center"lə əlaqə saxladıq. Klinikadan bildirdilər ki, nə baş həkim, nə müavinlər işdədir. Ümumiyyətlə, klinikada suallarımıza cavab verəcək bir həkim belə tapılmadı.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildirdilər ki, ölüm faktı özəl klinikada baş verdiyindən yalnız vətəndaşın müraciətindən sonra araşdırma aparıla bilər.
Sosial şəbəkələrdə paylaş: