“Qafqazda Aztəminatlı Məcburi Köçkünlərin və Yerli Əhalinin İqtisadi və Sosial İnkişafı” (EPIC) layihəsiçərçivəsində Mingəçevir Dövlət Universitetində “Ətraf Mühit”mövzusunda seminar həyata keçirilib. Yunanıstanda "Odlar Yurdu-Azərbaycan" foto sərgisi adlı tədbir keçirilib - FOTOLAR Bakı Türk dünyasının gələcəyini müəyyənləşdirən mərkəzə çevrilir Azərbaycanlı gənclər Murmanskda bir araya gəldi
Bərdə şəhərində “Əl – ələ daha güclü” (“Stronger hand by hand”) layihəsi başa çatıb. Təhsildə İnkişaf və İnnovasiyalar üzrə III Qrant müsabiqəsi”nin qalibi olmuş “Atamla birgə öyrənirəm” layihəsinin fəaliyyəti sona çatdı. “Bugün Azərbaycan müstəqillik qazandıqdan bəri ən gözəl dövrünü yaşayır.” –Məhsəti Hüseynova Kikboksçularımız dünya kikboksinq arenasında öz sözlərini deyirlər
Ucar rayonunun 80 illiyinə həsr olunmuş Veloyürüş keçirilib. “RƏNGLİ DÜNYA YARADAQ” layihəsinə start verildi “Gənc İstedadların Maariflənmələrinə və İnkişafına Dəstək” ictimai birliyi yeni layihəyə start verdi “Vikipediya”da Gəncə haqqında məqalələr zənginləşdirilir



» » Ucarda ali məktəblərə qəbul olunmuş tələbələrlə görüş keçirilmişdir


Ucarda ali məktəblərə qəbul olunmuş tələbələrlə görüş keçirilmişdir

9-09-2015, 09:06
Oxunma sayı: 715
Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Mansur Məmmədov başda olmaqla, Milli Məclisin deputatı Elton Məmmədov, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilat rəhbərləri, İcra nümayəndələri, ziyalılar, valideynlər və bu il ali məktəbə qəbul olunmuş tələbələr iştirak etmişlər.

Tədbiri rayon İcra Hakimiyyəti başçı Mansur Məmmədov açaraq tələbə gəncləri təbrik etmiş, bildirmişdir ki, təhsil bütün uğurların, müvəffəqiyyətlərin açarıdır, millətin tərəqqisinin əsasıdır. Mansur Məmmədov bildirmişdir ki, xalqımızın ümummilli lideri Heydər Əliyev bütün fəaliyyəti dövründə təhsilə çox böyük önəm vermişdir. Əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan təhsil siyasəti möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə bu gün uğurla davam etdirilir. Ucar rayonunda bu il attestat alan məzunların sayı 719 nəfər olmuşdur. Ali məktəbə sənəd verən məzunların sayı 300 nəfər olmuşdur. Onlardan 157 nəfəri ali məktəblərə qəbul olunmuşdur. Bu sənəd verənlərin 50 faizi deməkdir. Ali məktəbə qəbul olunanlardan 669 bal toplayan 1 nəfər, 600-dən yuxarı bal toplayan 8 nəfər olmuşdur. Ucar şəhər 1 saylı məktəb-liseyinin məzunu Muxtarova Rəna Sənan qızı Bakı Ali Neft Məktəbinin kimya fakültəsinə, şəhər 1 saylı Məktəb-liseyinin məzunu Əhmədov Əlövsət Mətləb oğlu BDU-nun Tarix müəllimliyi fakültəsinə, şəhər 4 saylı tam orta məktəbin məzunu Zamanlı Nərmin Murtuz qızı BDU-nun tərcümə fakultəsinə, şəhər 4 saylı tam orta məktəbin məzunu Əsgərov Mehdi Yusif oğlu BDU-nun hüquqşünaslıq fakultəsinə, şəhər 4 saylı tam orta məktəbin məzunu Rəsulzadə Ramin Rahib oğlu ATU-nun müalicə işi fakultəsinə, Qazqumlaq kəndi 2 saylı tam orta məktəbin məzunu Qarayeva Ləman Vüsal qızı “ADA” Universiteti Beynılxalq Münasibətlər fakultəsinə, Qazqumlaq kənd 2 saylı tam otta məktəbin məzunu Camalov Nihad Əlövsət oğlu Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Beynəlxalq münasibətlər fakultəsinə, Çiyni kənd tam orta məktəbin məzunu İsgəndərov Nurlan Zeyqəm oğlu BDU-nun politologiya fakultəsinə və Boyat kənd tam orta məktəbin məzunu Həsənli Təravət Ramiz qızı Azərbaycan Dillər Universitetinin tərcümə fakultəsinə qəbul olunmuşdular.

Milli Məclisin deputatı Elton Məmmədov bu il Ucarda yüksək bal toplayaraq ali məktəblərə qəbul olunanların sayının əvvəlki illərdən çox olduğunu vurğulamışdır.

Tədbirdə çıxış edənlər ölkəmizdə təhsilin inkişafına, onun maddi-texniki bazasının möhkəmləndirilməsinə, təhsil işçilərinin və tələbələrin sosial vəziyyətinin yaxşılaşdırılmasına göstərilən qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.

Toplantıda qəbul imtahanları zamanı yüksək bal toplamış məzunlara rayon icra hakimiyyıəti başçısı Mansur Məmmədov və Milli Məclisin deputatı Elton Məmmədov tərəfindən hədiyyələr təqdim edilmişdir.

Tədbir konsert proqramı ilə yekunlaşdı.
Ucarda ali məktəblərə qəbul olunmuş tələbələrlə görüş keçirilmişdir
Ucarda ali məktəblərə qəbul olunmuş tələbələrlə görüş keçirilmişdir
Sosial şəbəkələrdə paylaş: