Xərçəngin qarşısını alan MÖHTƏŞƏM RESEPT Bəzi tələbələr təhsil haqqından azad olunacaqlar - YENİLİK Bakıda süd alarkən diqqətli olun - VİDEO Dizellə işləyən avtomobillərin sayı sürətlə artır - SƏBƏB
İnfarkt və insultun qarşısını alan qidalar Rus gözəl Neymarın fanatıdır - FOTO Azərbaycanın ilk milyarderi Yelmar Məmmədov Azərbaycanda kreditlər ucuzlaşdı
Körpə qız qaynar süd qazanına düşdü Tolik: "Məni qaranlığa aparıb soyundurdu" - VİDEO Məktəb müəllimi əvvəllər fahişəlik edibmiş, sirri açıldı, işdən qovuldu - FOTO Xaçmazda iş adamının ciblərindən 88 min dollar çıxardılar



» » Ermənilər Ohanyanı rüsvay etdilər


Ermənilər Ohanyanı rüsvay etdilər

13-09-2016, 12:24
Oxunma sayı: 366
Ermənilər Ohanyanı rüsvay etdilər

Ermənistan mətbuatında bu ölkənin müdafiə naziri Seyran Ohanyanı rüsvay edən yazılar peyda olub.

Respublika.info baku.ws-ə istinadən bildirir ki, birinci Qarabağ savaşında körpə və qadınlara divan tutmaqla ad çıxarmış, sonradan bu "xidmətləri"nə görə Ermənistanda ordunun başına gətirilmiş Ohanyanın həyat yoldaşı Ruzan ilə fotoları üzə çıxıb. Qəribəsi ondadır ki, bu fotolar Seyran Ohanyanın Serj Sarkisyanın yerinə Ermənistanda prezident postuna gətiriləcəyi söz-söhbətindən sonra internetdə görünüb. Fotolarda Seyran Ohanyanın arvadı Ruzanın donu ilə eyni rəngdə çəhrayı köhnək geyinərək poz verməsi görünür. Bu foto erməni sosial şəbəkə istifadəçiləri arasında geniş müzakirələrə səbəb olub. Bəziləri həyat yoldaşının Seyran Ohanyan üzərində tam hökmranlıq etdiyinə diqqət çəkiblər.

"Ohanyanın üz ifadəsində onun bu vəziyyətdə olmasından narazı olduğu görünür. Ancaq neyləsin ki, arvadının sözündən çıxa bilmir. O sanki yalvarır ki, məni bu vəziyyətdən xilas edin", - deyə bəzi erməni istifadəçiləri Feysbukda yazıblar. "Həyat yoldaşı qarşısında aciz qalan bir nəfər orduya necə rəhbərlik edə bilər? Onu orduya rəhbərlik etmək kimi ağır yükdən azad etmək lazımdır", - deyə başqaları yazıb.

Bundan başqa erməni mətbuatı Nikolay Bardyujadan sonra boşalacaq KTMT sədri postuna Seyran Ohanyanın gətiriləcəyini yazır. Onlar bu təyinatla da Seyran Ohanyanın hərbi karyerasına son qoyulacağını deyirlər. Amma "biz istəməzdik bu karyera rüsvayçı "çəyrayı" sonluqla bitsin", - deyə, erməni mətbuatı yazır.
Sosial şəbəkələrdə paylaş: