İctimai nəqliyyatda xidmət keyfiyyətinin ölçüləməsinə dair sorğu keçiriləcək “Pandemiyaya qarşı mübarizədə QHT və medianın intensiv əməkdaşlığı faydalı və zəruridir” – MÜSAHİBƏ! Şura “Pandemiya ilə mübarizədə Şuranın maliyyələşdirdiyi layihələrin rolu, ictimai qınaq və ictimai nəzarətin gücləndirilməsi” mövzusunda onlayn konfrans keçirib Xaqani İbrahimov: Büdcə xərclərinin səmərəli istiqamətlərini formalaşdırmaq üçün hökumət əsaslandırlımış büdcə-vergi sistemi həyata keçirir.
Hərəkat “Ordumuz qürurumuzdur” mövzusunda beynəlxalq konfrans keçirib “Bir inci saflığı varsa da suda Artıq içiləndə dərd verir su da..” Azay Quliyev QHT nümayəndələrinə müraciət etdi Ermənistandakı son hadisələr Paşinyan hakimiyyətini ifşa edir
Yeganə çıxış yolumuz yenidən həmrəy olmaq və qaydalara əməl etməkdir. AŞPA pandemiyasının vaksinini... Azərbaycan Vətəndaş Hərəkatının Məclisinin toplantısı keçirilib Sinestezi ilə reallığa fərqli bax



» » "Müsbət reaksiya verilməsə, Azərbaycandan gedəcəyəm" - FOTO


"Müsbət reaksiya verilməsə, Azərbaycandan gedəcəyəm" - FOTO

5-09-2016, 14:01
Oxunma sayı: 1281
"Müsbət reaksiya verilməsə, Azərbaycandan gedəcəyəm" - FOTO

Respublika.info lent.az-a istinadən Gənc Tamaşaçılar Teatrının aktrisası, əməkdar artist Naibə Allahverdiyeva ilə müsahibəni təqdim edir.

- İlk öncə Gənc Tamaşaçılar Teatrındakı fəaliyyətinizdən danışardınız.

- Yaxın müddətdə "Leyli və Məcnun" tamaşasında Leylinin anası rolunu oynayacağam. Rejissor Nicat Kazımov isə tamaşaya quruluş verir. Tamaşa Opera və Balet Teatrında qoyulub. Amma Azərbaycanda bu tamaşa pyes şəklində qoyulmayıb. Mənə elə gəlir ki, bu "Leyli və Məcnun" böyük səs-küyə səbəb olacaq.

- Seriallara dəvət alırsınızmı?

- Yox, artıq məni seriallara dəvət etmirlər. Amma bunun səbəbini bilmirəm. Mənim yolumu bağlayan insanlar var. Bunu bilirəm. Hətta bəzi televiziyalar mənin efirə çıxmağıma qadağa qoyublar.

- Bu qadağanın səbəbini bilirsiniz?

- Bəzi insanlar deyir ki, buna səbəb guya mənim Feysbuk səhifəmdə aktivliyimdir. Mən əyriyə əyri, düzə düz deyən adamam. Dövlətimi, xalqımı sevən aktrisayam. Sadəcə, hansısa əyriləri görüb deyirəmsə, buna cavab olaraq da mənə qadağalar qoyurlar. Bu barədə lazımı yerlərə şikayət ərizəmi yazacağam. Çünki məni bir aktrisa kimi unutdurmaq, insanların qəlbindən sildirmək istəyirlər. Amma həmin adamlara demək istəyirəm ki, mən unudulmayan aktrisayam. İllərlə efirlərdə görünməsəm də, bilirəm ki, sevənlərim məni unutmayacaq. Çünki bu sənətə kiminsə hesabına, "day-day" hesabına gəlməmişəm. Yalnız öz istedadımla hər şeyə nail olmuşam. Mənim atam Azərbaycanın bayrağını Qız Qalasına qaldırmış bir şəxsiyyətdir. Mən onun tərbiyəsi ilə böyümüş adamam. Mənə qarşı bir kampaniya qurulub. Bir sözlə, bununla bağlı lazımı yerlərə müraciət edəcəm. Müraciətimə müsbət reaksiya verilməsə, Azərbaycanı tərk edəcəm.

- Bir müddət öncə ailə qurmağa hazırlaşmağınız barədə aşıqlama verdiniz. Amma bu da birmənalı qarşılanmadı.

- Ailə qurmaq ayıbdır ki? İnsanların şəxsi həyatına girmək ayıbdır. Mən hələ tam ailə qurmamışam. Amma yaxın vaxtda ailə qurmaq barədə dəqiq qərar verəcəyəm. Bu məsuliyyətli işdir. Hələ ki, fikirləşirəm.

- Toy olacaqmı?

- Yox, istəmirəm. Sadəcə yığıncaq edəcəyik. Mənə elə gəlir ki, yenidən ailə qurmaq istəyimi qınayanlar elə də çox deyil. Bir də ki, məni niyə tənqid etsinlər ki? Qocalmamışam ki... Həyatı və insanları sevən biriyəm. Artıq qızımın 20 yaşı var. O nə qədər ki, balaca idi, həyatımı ona həsr etmişdim. İndi böyüyüb, mən ailə qura bilərəm.

- Yenidən ailə qurmaq istəyinizə qızınızın münasibəti necə oldu?

- Normal. O da bilir ki, mən cavan qadınam. Vaxt gələcək, o ailə quracaq, mən tək qalacam. Amma təklik Allaha məxsusdur. İnsanlar tək qalmamalıdır. Hətta müqəddəs kitabımızda da yazılıb ki, qadın və ya kişi tək qalmamalıdır. Qadın da, kişi də tək qalarsa, pis əməllərlə məşğul olar. Mən şəxsən tək yaşaya bilmərəm. Tək yaşasam, bəlkə də intihar edərəm.

- Sizinlə evlənmək istəyən bəylə tanışlığınız necə olub?

- İllər öncə onunla məkanların birində tanış olduq. Dost kimi salam-sağolumuz var idi. İş əlaqəmiz var idi. Günlərin bir günü ondan soruşdum ki, "Necəsiz? Neynirsiz?", o da dedi, "Eh, təkəm, necə olacam? Darıxıram". Sonra soruşdum ki, evli deyil?" Dedi, yox, 2013-cü ildə boşanıb. Və belə vaxt keçdi, günlərin bir günü mənə olan sevgisini etiraf etdi. Məndən xoşu gəldiyini, məni sevdiyini və mənimlə evlənmək istədiyini bildirdi. Mən də dərhal "hə" cavabını vermədim. Hələ ki, fikirləşirəm.

- Formada qalmaq üçün nələr edirsiniz?

- Özümə yaxşı baxan qadınam. Özümü sevirəm, dəyərləndirirəm. Çünki insanlar məni bu cür görüb, sevib. İstəmirəm ki, məni baxımsız görüb, pis olsunlar. Bu həyatda yaşam səbəbim sevənlərimdir.

- İllərdir eyni tərzdəsiniz. İmicinizdə dəyişiklik etmək barədə düşünmüsünüz?

- Yox, nəyi dəyişim? Mənə nə yaraşırsa, onu da edirəm. Bəlkə də gələcəkdə imicimi dəyişdim. Cavanlaşmaq üçün müəyyən şeylər edəcəyəm.

- Bir neçə dəfə plastik əməliyyat keçirdiyiniz deyilir...

- Plastik əməliyyatlara əla baxıram. Qadın özünə baxmalıdır. Mən heç vaxt əməliyyat etdirməmişəm. Burun, göz, qaş hamısı anadangəlmədir.


"Müsbət reaksiya verilməsə, Azərbaycandan gedəcəyəm" - FOTO
"Müsbət reaksiya verilməsə, Azərbaycandan gedəcəyəm" - FOTO
"Müsbət reaksiya verilməsə, Azərbaycandan gedəcəyəm" - FOTO
"Müsbət reaksiya verilməsə, Azərbaycandan gedəcəyəm" - FOTO
Sosial şəbəkələrdə paylaş: