Tovuzda gənc müəllimlər üçün yeni layihə həyata keçirildi 91 sayli seçki dairəsindən deputatlığa namizəd Məmmədov Kazım Eldar oğlu bəyanat yayıb. Gürcüstan deputatı Savalan Mirzəyev Bakıda Azərbaycan dilində danışmaqdan imtina etdi Məhsəti Hüseynova: "VƏTƏNƏ, MİLLƏTƏ FAYDALI OLMAQ ÜÇÜN MİLLƏT VƏKİLİ OLMASANIZ DA, OLAR!"
Ağcabədi-Füzuli seçki dairəsindən deputatlığa namizəd, DAVİB-prezidenti Nəsimi Qarabağlının seçkiqabağı təbliğat-təşviqat kompaniyasının 06 fevral tarixindən başa çatıb 83 saylı Ağcabədi-Füzuli seçki dairəsindən deputatlığa namizəd, DAVİB-prezidenti Nəsimi Qarabağlının (Həsənov Nəsimi Novruz oğlu) seçkiqabağı təbliğat-təşviqat kompaniyası artıq 06 fevral tarixindən başa çatmışdır. 91 Saylı seçki Dairəsindən Namizəd Kazim Məmmədovun görüşünə yüzlərlə seçici gəlib-FOTO Bəzi "məmurlar" anlamalıdırlar ki, xalqın gözü tərəzidir – Deputatlığa namizəd
91 Saylı seçki Dairəsindən Namizəd Kazim Məmmədov seçicilərlə növbəti görüşünü keçirib. Azərbaycan Vətəndaş Hərəkatının növbədənkənar parlament seçkiləri ilə bağlı BƏYANATI Bərdə şəhərində 2 fevral "Gənclər Günü"nə həsr olunmuş açıq rayon birinciliyi keçirilib Sumqayıtda “Gənci-Nihan mənəm” layihəsinə yekun vuruldu



» » Azərbaycan alpaqutçuları 1-ci oldu


Azərbaycan alpaqutçuları 1-ci oldu

27-08-2016, 10:32
Oxunma sayı: 549
Azərbaycan alpaqutçuları 1-ci oldu

Azərbaycan yığma komandası I Alpaqut Dünya Kubokunun qalibi olub.

Respublika.info xəbər verir ki,Gürcüstanın Ozurgeti şəhərində keçirilən yarışlarda Azərbaycanla yanaşı, Türkiyə, İran, Qırğızıstan, Qazaxıstan kimi ölkələrin alpaqutçuları da öz güclərini sınayıblar. Azərbaycan idmançıları 3 sistem üzrə 51 medal (24 qızıl, 22 gümüş, 5 bürünc) qazanaraq digər ölkələrdən olan rəqiblərinə qalib gəliblər. Aypara sistemi üzrə 2 qızıl, 3 gümüş, Batur sistemi üzrə 17 qızıl, 15 gümüş, 5 bürünc, Caymaz sistemi üzrə isə 5 qızıl, 4 gümüş medal qazanmaları Azərbaycan alpaqutçularını 1-ci edib. Bəzi idmançılar hər üç sistem üzrə "qurd çevrəsi"nə çıxaraq güc nümayiş etdiriblər.

Yarışların ən yaddaqalan məqamlarından biri 18 yaşdan yuxarı idmançıların mübarizə apardıqları qrupda 60 kiloqram çəki dərəcəsində Elvin Mirzəyevin rəqibi - kikboksinq üzrə 3 qat dünya çempionu Temuri Glontini məğlub etməsi olub. Digər maraqlı məqamlardan biri isə Veteranların (36-41 yaşlar arasında) qrupunda mübarizə aparan Azərbaycan Alpaqut Federasiyasının Ağdam filialının sədri Ruslan Quliyevin öz çəkisinin 55 kiloqram olmasına baxmayaraq, 75 kiloqram çəki dərəcəsində, Batur sistemi üzrə 1-ci yerə layiq görülməsi olub.

Qedək ki, yarışlar Dünya Alpaqut Federasiyası və Gürcüstan Alpaqut Federasiyasının birgə təşkilatçılığı ilə baş tutub.
Azərbaycan Alpaqut Federasiyasının prezidenti Aqil Acalov ölkəmizin 1-ci yerə çıxmasına münasibət göstərərək idmançıların gücünə inandığını söyləyib: "Azərbaycan alpaqutçuları yüksək hazırlığa malik idmançılardır. Mən onların yaxşı nəticələr göstərəcəklərinə əmin idim. Sag olsunlar ki, ümidlərimizi boşa çıxarmadılar. Yarışlarda komandamıza rəhbərlik edən, Azərbaycan Alpaqut Federasiyasının baş katibi Rafiq Qasımov başda olmaqla bütün idmançılarımıza təşəkkür edirəm. Bu qələbə ilə Azərbaycan idman tarixinə töhfə verdiyimizə görə şadam. Azərbaycan alpaqutçuları olaraq bundan sonra da gücümüzü bütün dünyaya göstərəcəyik".


Azərbaycan alpaqutçuları 1-ci oldu
Azərbaycan alpaqutçuları 1-ci oldu
Sosial şəbəkələrdə paylaş: