İctimai nəqliyyatda xidmət keyfiyyətinin ölçüləməsinə dair sorğu keçiriləcək “Pandemiyaya qarşı mübarizədə QHT və medianın intensiv əməkdaşlığı faydalı və zəruridir” – MÜSAHİBƏ! Şura “Pandemiya ilə mübarizədə Şuranın maliyyələşdirdiyi layihələrin rolu, ictimai qınaq və ictimai nəzarətin gücləndirilməsi” mövzusunda onlayn konfrans keçirib Xaqani İbrahimov: Büdcə xərclərinin səmərəli istiqamətlərini formalaşdırmaq üçün hökumət əsaslandırlımış büdcə-vergi sistemi həyata keçirir.
Hərəkat “Ordumuz qürurumuzdur” mövzusunda beynəlxalq konfrans keçirib “Bir inci saflığı varsa da suda Artıq içiləndə dərd verir su da..” Azay Quliyev QHT nümayəndələrinə müraciət etdi Ermənistandakı son hadisələr Paşinyan hakimiyyətini ifşa edir
Yeganə çıxış yolumuz yenidən həmrəy olmaq və qaydalara əməl etməkdir. AŞPA pandemiyasının vaksinini... Azərbaycan Vətəndaş Hərəkatının Məclisinin toplantısı keçirilib Sinestezi ilə reallığa fərqli bax



» » Putinin Qarabağ planı: KONKRET TƏKLİFLƏR VAR


Putinin Qarabağ planı: KONKRET TƏKLİFLƏR VAR

27-08-2016, 09:32
Oxunma sayı: 1154
Putinin Qarabağ planı: KONKRET TƏKLİFLƏR VAR

"Dağlıq Qarabağın tənzimlənməsi üzrə öncə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin, daha sonra isə prezidentlərin növbəti görüşü gözlənilir. Ancaq görüşün vaxtı, yeri və gündəliyi hələ məlum deyil. Rusiya xarici işlər nazirinin konkret təklifi var. Bunu Putinin də adıyla bağlayırlar".

Respublika.info bildirir ki, bu sözləri axar.az-a açıqlamasında millət vəkili, politoloq Rasim Musabəyov deyib. Onun sözlərinə görə, hazırda əsas məsələ sözügedən təkliflərin tərəflər üçün nə dərəcədə məqbul olmasıdır:

"Bütün bunların hamısı növbəti görüşlərdə dəqiqləşdiriləcək. Düzdür, təkliflər verilib, ancaq bununla bağlı münasibət bəlli deyil. İndi bu münasibət müəyyənləşəcək. Mövqelər yaxınlaşdırıldığı halda, düşünürəm ki, prezidentlərin görüşü hazırlanacaq. Yox, yaxınlaşdırlmadığı halda vəziyyət kifayət qədər mürəkkəbləşəcək. Danışıqlarda tərpəniş olmazsa, payızda vəziyyət gərginləşə bilər".

Qeyd edək ki, iyunun 20-də Sankt-Peterburqda sonuncu görüşdən sonra Ermənistan və Azərbaycan prezidentlərinin Dağlıq Qarabağ probleminin tənzimlənməsi üzrə növbəti dəfə Parisdə, daha sonra isə ABŞ-da bir araya gələcəyi gözlənilir.

Bundan öncə isə ATƏT-in Minsk Qrupu həmsədr ölkələrinin xarici işlər nazirlərinin iştirakı ilə Azərbaycan və Ermənistanın xarici işlər nazirləri bir araya gələcəklər.
Sosial şəbəkələrdə paylaş: