Akif Çovdarov prokurorları təhqir etdi, "cadugər ovu"na çıxdı Kamil Zeynallı: "'Onların nəsillərində kişi yoxdur'' - VİDEO Rəşad Sadıqovdan nümunəvi addım Toy sahibi: "Nadir toyda anormal hərəkətlər edirdi" - FOTO
Aktrisanın açıq-saçıq toy geyimi qalmaqal yaratdı - FOTO Tanınmış müğənni: "2-ci sinifdə oxuyanda təcavüzə uğradım" - FOTO Mina: “İstəmirəm ki, hansısa deputat məni “saxlasın” - FOTO Elçinlə Ceyhun arasında QALMAQAL: "Düşünməliydi ki, kimə söz atır"
Dilqəm Əsgərovun atası iflic oldu - FOTO "Tramp əlimdən tutub, otaq nömrəmi istədi..." - FOTO "Hz.Aişəyə haram sayılmır, mənə haram oldu?" - Aparıcı hövsələdən çıxdı - VİDEO Bakıda "Trump Tower"in adı sökülür - FOTO



» » Nüşabə Ələsgərlidən ürəkparçalayan SÖZLƏR: "Ölümqabağı anam mənə..."


Nüşabə Ələsgərlidən ürəkparçalayan SÖZLƏR: "Ölümqabağı anam mənə..."

22-08-2016, 14:53
Oxunma sayı: 927
Nüşabə Ələsgərlidən ürəkparçalayan SÖZLƏR: "Ölümqabağı anam mənə..."

Bir ildə iki ağır itki yaşayan əməkdar artist Nüşabə Ələsgərli hələ bir müddət efirlərə çıxmayacağını bildirib:

"Soruşurlar ki, niyə verilişlərə çıxmırsan, niyə tədbirlərə qatılmırsan. Efirə çıxım, neyləym, ağlayım, gülüm, oxuyum? Artıq oxumaq da istəmirəm. Noyabrda anamın, yanvarda da bacımın ilidir. Bacımın ilindən sonra bəlkə, efirə çıxdım. Amma dəqiq söz vermirəm. Bəlkə də heç cıxmadım".

Respublika.info bildirir ki, sənətçi publika.az-a bacısının iki övladına da analıq etdiyini söyləyib.

"Bacımın iki oğul övladı qalıb. Birinin 10, digərinin 14 yaşı var. İndi onlara mən analıq edirəm. Bacımın arzusu idi ki, onların toyunu görsün. Amma qismət olmadı. Hər gün onların üzünü görmək və bacımı xatırlamaq mənim üçün dəhşətdir. Anam da qızının xəstəliyinə tab gətirmədi və bacımdan əvvəl dünyasını dəyişdi. Ölümündən əvvəl mənə dedi ki, gözümün qarşısında qızımın əriməsinə dözə bilmirəm, kaş ki mən onun ölümünü görməyim. Məndən bunu istədi ki, dözümlü olum, həyatda heç vaxt sınmayım. O, sağ olsaydı, bəlkə də ana-bala birləşib bu dərdə güc gələ bilərdik. İndi tək bacarmıram", - N.Ələsgərli belə deyib.
Sosial şəbəkələrdə paylaş: