"İnsan alverinə qarşı mübarizədə Azərbaycan bir çox dövlətlərə örnək olmalıdır" Hərbi xidmətlə bağlı daha bir — DƏYİŞİKLİK Bürclər – 17 Oktyabr Bakıda qadın paltarı geyinmiş “kişi”lər yürüş keçirdilər — VİDEO (18+)
Güclü sel bağları yuyub apardı – Azərbaycanda təbii fəlakət - Video 22 manatlıq nömrə necə 10000 manata satılır? Bürclər-16 Oktyabr Bürclər – 15 oktyabr
Sərnişin avtobusu qəzaya uğradı Bakıda “vor zakon” Toma yaşadıqları evi sakinlərin başına uçurur - FOTOLAR Ucar rayonunda təlim keçirildi. Yeni ictimai birlik fəaliyyətə başladı



» » Rövşən Lənkəranskini kim öldürtdü? - İDDİA


Rövşən Lənkəranskini kim öldürtdü? - İDDİA

18-08-2016, 16:12
Oxunma sayı: 2854
Rövşən Lənkəranskini kim öldürtdü? - İDDİA

"Rövşən Lənkəranski Rusiyada kriminal aləmin lideri "Şakro Molodoy" ləqəbli Zaxari Kalaşovun həbsindən sonra baş verən kriminal müharibənin qurbanı olub".

Respublika.info APA-ya istinadən bildirir ki, bu barədə "Rosbalt" agentliyinə Rusiya hüquq-mühafizə orqanlarındakı mənbə deyib.

Mənbəyə görə, bu ilin iyul ayında Rusiya mafiyasının lideri Zaxari Kalaşov həbs olunandan sonra onun rəqibləri Merab Suxumski (Canqveladze) və Rövşən Lənkəranski fəallaşmağa başlayıblar. Onlar Şakro Molodoyun Aslan Usoyan (Ded Xasan) və Tariyel Oniani (Taro) arasında olan münaqişə ilə əlaqədar "qanuni oğru" tituluna qoyduğu qadağını ləğv ediblər.

Hüquq-mühafizə orqanlarındakı mənbə hesab edir ki, Rövşən Lənkəranski məhz bu fəallığın qurbanı olub.

Qeyd edək ki, bir müddət əvvəl İrəvanda keçirilən "qanuni oğrular"ın "sxodka"sında Rövşən Lənkəranskinin səlahiyyətlərinin müvəqqəti dayandırılması ilə bağlı qərar qəbul olunması barədə məlumat yayılıb. Həmin "sxodka"da onu 2013-cü ildə Ded Xasanın ölümündə də günahkar biliblər.
Sosial şəbəkələrdə paylaş: