İctimai nəqliyyatda xidmət keyfiyyətinin ölçüləməsinə dair sorğu keçiriləcək “Pandemiyaya qarşı mübarizədə QHT və medianın intensiv əməkdaşlığı faydalı və zəruridir” – MÜSAHİBƏ! Şura “Pandemiya ilə mübarizədə Şuranın maliyyələşdirdiyi layihələrin rolu, ictimai qınaq və ictimai nəzarətin gücləndirilməsi” mövzusunda onlayn konfrans keçirib Xaqani İbrahimov: Büdcə xərclərinin səmərəli istiqamətlərini formalaşdırmaq üçün hökumət əsaslandırlımış büdcə-vergi sistemi həyata keçirir.
Hərəkat “Ordumuz qürurumuzdur” mövzusunda beynəlxalq konfrans keçirib “Bir inci saflığı varsa da suda Artıq içiləndə dərd verir su da..” Azay Quliyev QHT nümayəndələrinə müraciət etdi Ermənistandakı son hadisələr Paşinyan hakimiyyətini ifşa edir
Yeganə çıxış yolumuz yenidən həmrəy olmaq və qaydalara əməl etməkdir. AŞPA pandemiyasının vaksinini... Azərbaycan Vətəndaş Hərəkatının Məclisinin toplantısı keçirilib Sinestezi ilə reallığa fərqli bax



» » "Flora xanıma dedim ki, İlhaməyə halallıq ver, amma..."


"Flora xanıma dedim ki, İlhaməyə halallıq ver, amma..."

12-08-2016, 16:31
Oxunma sayı: 754
"Flora xanıma dedim ki, İlhaməyə halallıq ver, amma..."

Müğənni Əli Mirəliyev xalq artisti Flora Kərimovanın mərhum sənətkar İlhamə Quliyevanın cəsədinin yarılmasını görməsiylə bağlı iddialarına münasibət bildirib.

Respublika.info xəbər verir ki, o, aznews.az-a açıqlamasında bildirib ki, İ.Quliyevanın cəsədi yarılarkən içəridə kənar şəxs olmayıb:

"Flora Kərimova bu iddianı irəli sürürsə, o zaman videonu da göstərsin. Mən morqda hardasa bir saat olmuşam. Ora elə bir yerdir ki, hər kəs içəri girə bilməz. Həkimlər də orada çəkiliş apara bilməz. İşçilərdən kimsə çəkiliş etsə, onu işdən çıxardarlar. Mənim özümü də içəri qoymurdular. Mənim Flora xanıma böyük hörmətim var. Amma bunu deməliyəm. İlhamə xanım xəstə olanda mən Flora xanıma dedim ki, aranızda nə olub-olub, dur gəl, sən də halallıq ver, barışın. Amma o, yenə gəlmədi. Əgər gəlməyibsə, indi bu nə açıqlamadır verir? Üstündən hardasa 6 ay keçib, deyir ki, onu yaranda görmüşəm. Flora İlhamənin ölümü və dəfni ilə bağlı bütün məlumatları məndən öyrənirdi".

Ə.Mirəliyev düşünür ki, İ.Quliyeva tez-tez F.Kərimovanın yuxusuna girir:

"O, narahatdır, bu sözü deyirsə, deməli, yuxusunda görür. Yuxu onu incidir. Səhər ayılanda isə gördükləri yadında qalmır və belə şeylər danışır. Ölüm haqdır. İlhamə ölüb, ay Flora, sənin də ürəyində "Əli rəhmi" olsun... Axı o dünya var. Flora bir şeyi bilsin ki, onun indi durduğu yüksəklikdə İlhamə xanım da dayanıb".

Qeyd edək ki, xalq artisti Flora Kərimova mətbuata açıqlamasında mərhum İlhamə Quliyevanın yarılma prosesinin videosunu izlədiyini qeyd edib.
Sosial şəbəkələrdə paylaş: