Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti Bərdə rayonunda silsilə təlimlər həyata keçirib. Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti - layihə (EPIC) layihəsi Mingəçevir şəhərində açılış mərasimini təşkil olunmuşdur. Gənc qızların peşə-ixtisas seçiminə yönəldilməsinə dəstək layihəsi uğurla yekunlaşdı “ Çimərliklərdə atılan plastik tullantılara birgə qalib gələk” layihəsini həyata keçirilib
“Məktəbdaxili idarəetməyə dəstək” adlı layhəsi çərçivəsində təlimlər başa çatıb Gənclər Türkiyə - Azərbaycan gənclərinin könüllülük üzrə mübadilə proqramında iştirak edib Məktəbdaxili idarəetməyə dəstək” adlı layihəsi çərçivəsində təlimlər davam edir (EPIC) layihəsi Mingəçev şəhərində “Ekoloqiya günü”qeyd edib.
Bələdiyyələrdə qadınların təmsilçiliyinin artırılması” adlı maarifləndirmə layihəsinin icrasına başlamışdır “Qafqazda Aztəminatlı Məcburi Köçkünlərin və Yerli Əhalinin İqtisadi və Sosial İnkişafı” (EPIC) layihəsiçərçivəsində Mingəçevir Dövlət Universitetində “Ətraf Mühit”mövzusunda seminar həyata keçirilib. Yunanıstanda "Odlar Yurdu-Azərbaycan" foto sərgisi adlı tədbir keçirilib - FOTOLAR Bakı Türk dünyasının gələcəyini müəyyənləşdirən mərkəzə çevrilir



» » Məcburi köçkün uşaqlarının yemək xərci kəsiləcək


Məcburi köçkün uşaqlarının yemək xərci kəsiləcək

9-08-2016, 17:48
Oxunma sayı: 685
Məcburi köçkün uşaqlarının yemək xərci kəsiləcək

Bu il dekabrın 31-dən sonra doğulacaq məcburi köçkün uşaqlarına yemək xərci üçün aylıq müavinət verilməyəcək.

Respublika.info xəbər verir ki, bu, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin qərarı ilə edilən "Məcburi köçkünlərə yemək xərci üçün dövlət büdcəsindən verilən aylıq müavinətin paylanılmasına dair Təlimat"da edilən dəyişikliklərdə əksini tapıb.

Təlimata dəyişikliklər bu gündən qüvvəyə minib.

Digər dəyişikliyə əsasən, Azərbaycanın məhkəmə orqanlarına hakim təyin olunan, habelə kommersiya hüquqi şəxsi kimi dövlət qeydiyyatına alınmış sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərə isə bu gündən yemək xərci üçün aylıq müavinət verilməyəcək. Məcburi köçkünlərin əvvəlki yaşayış yerlərinə qayıtması üçün şəraitin yarandığı vaxtdan 3 il müddətində əvvəlki yaşayış yerinə geri qayıtmış və ya qayıtmamış şəxslərə də bu müavinətlərin verilməsi dayandırılacaq.

Digər dəyişiklik hüquq-mühafizə orqanlarında xidmət (qulluq) edən məcburi köçkünlərlə bağlıdır. İndiyə qədər hüquq-mühafizə orqanlarında xidmət (qulluq) edən və qanunvericiliklə müəyyən olunmuş qaydada ərzaq payı əvəzinə verilən pul kompensasiyası alan məcburi köçkünlərə yemək xərci üçün aylıq müavinət verilməyib.

Dəyişikliyə əsasən, bundan sonra yalnız hüquq-mühafizə orqanlarında xidmət (qulluq) edən zabitlərə yemək xərci üçün aylıq müavinət verilməyəcək.

Yəni bundan sonra zabit olmayan, hüquq-mühafizə orqanlarında xidmət (qulluq) edən və qanunvericiliklə müəyyən olunmuş qaydada ərzaq payı əvəzinə verilən pul kompensasiyası alan məcburi köçkünlər yemək xərci üçün aylıq müavinət alacaqlar.
//APA
Sosial şəbəkələrdə paylaş: