Azərbaycandan Trampa özəl hədiyyə Ağ Evə göndərildi - VİDEO Xərçənglə mübarizədə NÖVBƏTİ İNQİLAB Dinozavrlar qayıdır? Sərdarın model xanımının sirri açıldı
"Bozbaş"ın "ağsaqqal"ı evlənir Hansı qan qrupu XƏRÇƏNGƏ TUTULMUR? Rusiyanın energetika nazirindən neftin qiymətinə dair PROQNOZ Türkiyənin məşhur aparıcısı Azərbaycana köçür - FOTO
Azərbaycanlı milyarderin oğlu model sevgilisi ilə - FOTO Donald Trampdan etirazlara MÜNASİBƏT Müğənni oğlunun dayəsinə hər ay 15 min pul verəcək Milyarderə edam ediləcəyini bildirdilər



» » Arıqladır, həzmi sürətləndirir, xərçəngdən qoruyur... - Limonlu suyun 16 FAYDASI


Arıqladır, həzmi sürətləndirir, xərçəngdən qoruyur... - Limonlu suyun 16 FAYDASI

6-08-2016, 17:51
Oxunma sayı: 740
Arıqladır, həzmi sürətləndirir, xərçəngdən qoruyur... - Limonlu suyun 16 FAYDASI

Limonlu suyun sağlamlığa faydaları məlumdur.

Respublika.info limonlu suyun inanılmaz faydaları haqqında sizi bir daha tanış edir. Bu su 16 sağlamlıq probleminə yaxşı təsir.

Boğaz ağrısı: İlıq limonlu su içmək boğaz ağrısı və faringitdən xilas olmağa kömək edir.

Böyrək daşı: Limonlu suyun təməl faydalarından biri böyrək daşına yaxşı təsir etməsi və onun yaranmasının qarşısını alması xüsusiyyətidir. Normal şəkildə böyrək daşları bədəndən çox narahatlıq vermədən atılır. Ancaq bəzən sidik axınına mane olur və ağrılara səbəb verir. Limonlu su içmək bədənə yenidən su qazandırmağa və sidiyi sulandırılmış formada saxlamağa köməkçi olur. Bu da böyrək daşı yaranması riskini azaldır.

Kalori almağı azaldır: Limonlu su şəkər nisbəti yüksək meyvə sularına və içkilərə yaxşı bir alternativdir. Xüsusilə diabet xəstələri və çəki azaltmaq istəyənlər üçün ideal içkidir.

Sağlam qaraciyər üçün faydalıdır: Limonlu suyu içmək qaraciyərdə olan həzm funksiyalarını fəaliyyətə gətirməyə kömək olur. Bundan başqa, qanın oksigen vəziyyətini təşkil etməyə də kömək olur.

Həzmi sürətləndirir: Limon suyu həzm üçün lazım olan xlorid turşusu istehsalını dəstəkləyir. Həmçinin, turşuluq dərəcəsini azaldır. Həzm problemlərindən şikayətçi olanların nizamlı olaraq limonlu su içmələri tövsiyə olunur. Bununla yanaşı, ishal və bənzəri problemlərin qarşısını alır. Qadınlar da menstruasiya sancılarından xilas olmaq üçün limonlu su içə bilərlər.

Qəbizliyə yaxşı təsir edir: Limonlu su qəbizlik müalicəsində də faydalıdır. Buna görə hər səhər ilıq limonlu su içərək günün qalan qisimində qəbizlikdən xilas ola bilərsiniz.

İmmunitet sistemini gücləndirir: Limonlu su immunitet sisteminin güclənməsini təmin edən C vitamini və bitki mənşəli qida qaynağıdır. Eyni zamanda, tərkibindəki əhəmiyyətli vitamin və minerallar sayəsində bədəndəki enerji səviyyəsini artırır.

Xərçəngin qarşısını alır: Limonlu su içmək xərçəngin qarşısını almaqda faydalıdır. Araşdırmalar sübut edib ki, limon şiş önləyici xüsusiyyətləri ilə xərçəng riskini azaltmağa kömək olur.

Arıqladır: Hər səhər balla birlikdə ilıq limonlu su içmək arıqlamağı təmin edir.

Revmatizm: Yeməklərdən əvvəl və yatan zaman limonlu su içmək revmatizmdən xilas olmağa kömək edir.

Ağız yarası, uçuqlar: Ağzınızı ilıq limonlu su ilə yaxalamaqla ağrılı ağız yaraları və uçuqlardan xilas ola bilərsiniz.

Diş əti narahatlıqları: Limonlu su içmək şişmiş diş ətləri ilə əlaqədar ağrıların qarşısını alır.

Stressi azaldır və təzyiqi salır: Limonlu suyun digər əhəmiyyətli faydası da stressdən, depressiyadan və narahatlıqdan xilas olmağı təmin edərək təzyiqi aşağı salmasıdır. Limonlu su içmək həm də bir rahatlanma hissi yaradır.

PH səviyyəsini nizamlayır: Bir stəkan limonlu su içmək bütün bədənin pH səviyyəsini tarazlayır. Sağlamlıq üçün bədənin qələvi vəziyyətini mühafizə etmək çox əhəmiyyətlidir. Limonlu su bədənin qələvi səviyyəsini normal səviyyədə saxlayır.

Bədəni zəhərdən təmizləyir: Limonlu su qandakı toksinləri azaldaraq bütün bədənin təmizlənməsini təmin edir. Limonun tərkibindəki qida elementləri təbii sidikqovucu vəzifəsini yerinə yetirərək, toksinlərlə yanaşı gərəksiz maddələrin xaric olunmasını dəstəkləyir.

Dəriyə qulluq: Gündəlik olaraq limonlu su içmək dərinn canlandırır. Limon antioksidanlarla zəngindir və yaşlanmağın qarşısını alan xüsusiyyətləri ilə tanınır.
//Lent.az
Sosial şəbəkələrdə paylaş: