Şura qrant müsabiqələrinin nəticələrini elan etdi Güney Azərbaycan Milli Azadlıq Cəbhəsi (GAMAC) Azərbaycan dövləti Və silahlı qüvvələrinə dəstək bəyanatı yayıb Azərbaycan və Türkiyə QHT-lərindən Ermənistana tələb “Məhdudiyyət istedad üçün əngəl deyil” adlı onlayn müzakirə təşkil edilib
Azay Quliyev 5 ölkənin ATƏT PA-dakı nümayəndə heyətinə məktub göndərib Siyəzən rayonunda abadlıq-quruculuq işləri davam edir-FOTO Vətəndaş Hərəkatı beynəlxalq konfransda erməni təcavüzünü və COVİD-19 pandemiyasını müzakirə etdi 846 QHT ötən gecə paytaxtdakı yürüşdə baş verənlərlə bağlı bəyanat yaydı
Politoloq Əli Quliyev: “Bu vətən uğrunda ölməyi də, öldürməyi də bacaran xalq heç vaxt yenilməz”. İctimai nəqliyyatda xidmət keyfiyyətinin ölçüləməsinə dair sorğu keçiriləcək “Pandemiyaya qarşı mübarizədə QHT və medianın intensiv əməkdaşlığı faydalı və zəruridir” – MÜSAHİBƏ! Şura “Pandemiya ilə mübarizədə Şuranın maliyyələşdirdiyi layihələrin rolu, ictimai qınaq və ictimai nəzarətin gücləndirilməsi” mövzusunda onlayn konfrans keçirib



» » İcra başçısı: "Şəhidin məzarı üstündən bayrağı mən sökdürmüşəm"


İcra başçısı: "Şəhidin məzarı üstündən bayrağı mən sökdürmüşəm"

4-08-2016, 13:10
Oxunma sayı: 1231
İcra başçısı: "Şəhidin məzarı üstündən bayrağı mən sökdürmüşəm"

Bir neçə gün öncə sosial şəbəkədə 6 aprel tarixində şəhid olmuş Zərdab rayon Dəkkə kənd sakini Nurlan Babazadənin məzarı yanında dirəkdən asılmış Azərbaycan bayrağının götürülməsi geniş müzakirələrə səbəb olub.

Şəhidin anası bildirib ki, Nurlan həmişə Mübarizin adını çəkib. Həmişə deyirdi ki, Mübarizin şəhidliyi mənə də qismət olacaq: "O torpaq uğrunda şəhid olub. Mən də onunla təskinlik alırdım".

R.Abdullayev deyir ki, icra nümayəndələri onun həyətinə polis göndəriblər və bayraqla, plakatın götürülməsini istəyiblər.

Bayrağı sökən icra hakimiyyəti əməkdaşları onu şəhid atası Rasim Abdullayevin üstünə ataraq "bunu buradan götür" deyə hörmətsizlik edib və məzara bir daha bayraq asılmamasını tapşırıblar. Şəhid atası Rasim Abdullayev isə məsələyə öz etirazını bildirərək oğlunun Vətən və bu bayrağın dalğalanması üçün şəhid olduğunu, həmçinin özünün və yoldaşının bu bayraqdan təsəlli aldığını bildirib.

Hadisədən bir gün sonra rayon Əlillər Cəmiyyətinin sədri Neman Yediyarov və rayon polis idarəsinin rəis müavini ilə şəhid ailəsinin yaşadığı ünvana yollanıb. Şəhidin evinə gələn şəxslər burada Nurlan Abdullazadənin valideynlərinə qəbiristanlıqdakı bayrağı bir daha oraya asmamaları və girişdə quraşdırdıqları Nurlanın şəklini əks etdirən plakatı sökmələri üçün onlara təzyiqlər ediblər.

"Mənim işimlə bağlı məni niyə sorğu-sual edirsiniz ki? Prokuror- zadsız... Bayrağı harada gəldi, özü də qəbiristanlıqda asmırlar. Həmin bayrağı və plakatı mən sökdürmüşəm".

Respublika.info xəbər verir ki, bu sözləri gununsesi.info-ya icra başçısı Lütvəli Babayev söyləyib.

İcra başçısı də şəhidin valideyinləri barəsində tənqid səsləndirib: "Daha nə istəyirlər? Nə lazımdırsa, o, ailə üçün edilib. Amma gedib hay-küy salırlar...".
Sosial şəbəkələrdə paylaş: