Vilayət Eyvazov Mübariz Şahbazovu işdən çıxardı İran xəbərdarlıq etdi: Savaş olacaq... ABŞ səfirliyi Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib - VİDEO Türkiyəyə S-400 komplekslərinin ikinci partiyası avqust-sentyabrda gətiriləcək
Sabah Azərbaycanda yağış yağacaq, şimşək çaxacaq, dolu düşəcək Qurban bayramında avtoqəzaya düşənlərin faciəvi statistikası Zərif Trampla görüşdən imtina edib? - Şok ssenari NATO Rusiyadakı oyunlara niyə qatılmadı? - Şoyqu
Felgenhauer: ABŞ Moskvanı 2-3 dəqiqəyə vura biləcək Prezident bu sahə ilə bağlı ciddi tapşırıqlar verdi - Politoloq Tramp: O, artıq ölüdür və Rusiya ilə... ETİRAF



» » Zaur Baxşəliyev qızının doğum gününü belə təbrik etdi-FOTO


Zaur Baxşəliyev qızının doğum gününü belə təbrik etdi-FOTO

3-08-2016, 20:20
Oxunma sayı: 2099
Zaur Baxşəliyev qızının doğum gününü belə təbrik etdi-FOTO

Bu gün ATV-nin aparıcısı Zaur Baxşəliyevin qızı Dilavərin 3 yaşı tamam olur.

Respublika.info xəbər verir ki, Zaur "İnstagram" səhifəsində qızının doğum gününü belə təbrik edib: "Qızım, gəldik, çıxdıq 3-cü pilləyə. Həyat nərdivanlarının pillələrini hələ ki, mənimlə qalxırsan. Bir gün, "Ata burax əlimi, özüm qalxım" deyəcəksən. Ayaq basdığın yerlər möhkəm olsun, büdrəməyəsən. Ən əsası odur ki, yıxılanda durmağı bacarasan. Atan bir gün səndən çox uzaqlarda olacaq, sən o zaman atanın səni görmək istədiyi zirvədə olacaqsan. Bu zirvə səni insanlardan ayırmasın, təklənmə! Təklik Allaha məxsusdur. İndi qolumun üstündə yatırsan, sümüyüm, ətim, qanımla xidmətindəyəm. Sən bu əziyyətləri öz balan da dərk edəcəksən. Mənim əziyətimi unutsan da olar. Nə etsən belə, hər şeyi bu həyatda sənə halal edirəm. Sənə pislik edən çox olacaq, amma sən pisliyə pisliklə cavab vermə. Bu yazdıqlarımı sən indi anlamazsan, amma zaman gələcək oxuduqca, gözlərin yaşaracaq. Qızım, bil ki, səni həyatda hər şeydən və hər kəsədən çox sevən bir kişi var - atan! Bu sevgi səni ömrümün sonuna kimi təqib edəcək. Səni sevirəm qızım, 3-cü pillən mübarək!"


Zaur Baxşəliyev qızının doğum gününü belə təbrik etdi-FOTO
Zaur Baxşəliyev qızının doğum gününü belə təbrik etdi-FOTO
Zaur Baxşəliyev qızının doğum gününü belə təbrik etdi-FOTO
Zaur Baxşəliyev qızının doğum gününü belə təbrik etdi-FOTO
Sosial şəbəkələrdə paylaş: