2 ayda 1700 kubmetrlik limit bitdi Cəbhədə gərginlik qalır: Ermənistan ancaq öz işini çətinə salır Xocalı günü anadan olan aprel şəhidi - VİDEO Minsk Qrupu həmsədrlərindən cəbhədəki son hadisələrlə bağlı BƏYANAT
Trampdan daha bir qıcıqlandırıcı qərar Cəbhədən SON XƏBƏR - Cavablarını veririk Bilməyərək evinizdən atdığınız qiymətli şeylər Limonotunun faydaları
Ağız qoxusu ilə əlaqədar nələri bilməliyik? Maksimum sürəti 120 olan maşın 129-la radara düşüb? Azərbaycanlı idmançı ilə döyüşdə erməni QOVULDU "Evimizdən heç yana gedən deyilik" - CƏBHƏ KƏNDİNDƏN REPORTAJ - VİDEO



» » Uşağı öldürən həkimlər işdən qovuldular


Uşağı öldürən həkimlər işdən qovuldular

30-07-2016, 12:09
Oxunma sayı: 263
Uşağı öldürən həkimlər işdən qovuldular

Ötən ay Zataqalada baş vermiş körpə ölümünə görə həkimlər cəzalandırılıb.

Respublika.info xəbər verir ki, Zaqatala Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Leyla Seyidəliyeva deyib ki, iyunun 23-də xəstəxanada 5 aylıq uşağın (Səlim Laçınovun) dünyasını dəyişməsi hadisəsi Səhiyyə Nazirliyinin Uşaq ölümləri üzrə Uşaq və yeniyetmələrə göstərilən tibbi xidmətin yaxşılaşdırılması və ölüm hallarının araşdırılması üzrə komissiya araşdırılıb. Onun sözlərinə görə, həmin protokoldan çıxarış nazirlik tərəfindən Zaqatala rayon Mərkəzi Xəstəxanasına göndərilib və qəti tədbir görülməsi tapşırılıb: "Komissiya araşdırmasının rəyinə əsasən, 2 həkim işdən azad olunub, digər aidiyyəti şəxslərə qarşı inzibatı məsuliyyət tədbirləri görülüb. İşdən çıxarılan 2 həkim uşağın əməliyyatında iştirak edən Elşən Məmmədov (Aslan) və Vəfa Vahabovadır".

Qeyd edək ki, 2016-cı ilin, 15 yanvar tarixində doğulmuş körpəsi Səlim Laçınov qarın boşluğunda olan ağrılarla əlaqədar 22 iyun, saat 17 radələrində Zaqatala rayon mərkəzi xəstəxanasında gətirilib.

Müayinə olunan zaman həkimlər körpədə bağırsaq keçməzliyi olduğunu bildiriblər. Uşağın valideynləri həkim-cərrah Aslan Məmmədovla söhbət zamanı onu Bakıya aparmaq istədiklərini bildirsələr də həkim buna ehtiyacın olmadığını deyib.

İyunun 23-də uşağın vəziyyətinin pisləşdiyini görən həkim əməliyyat qərarı verib. Əməliyyatdan sonra körpənin vəziyyəti pisləşib və o, saat 21:30 radələrində keçinib. Uşağın valideynləri hadisədə həkimi təqsirli hesab edib.
//Apa
Sosial şəbəkələrdə paylaş: