Şəhid anasından Prezidentə şikayət məktubu “Qarabağ dünən və bugün” mövzusunda ictimai müzakirələr Macarstan Səfirliyində davam etdi. Cavid Osmanov: “Azərbaycan xalqı terroru lənətləyir” Gəncədə polisin öldürülmə anı - VİDEO
Gəncədə nə baş verdi? “Qarabağ dünən və bugün” mövzusunda ictimai müzakirələr Malaziya Səfirliyində davam etdi. Ucarda qrant yeyənlər peyda olub Gəncənin deputatı Fəzail Ağamalıya cavab verdi: “… kölgə salmasın!”
Gəncə gəncləri sosial şəbəkələrdə yayılan təxribat xarakterli məlumatları pisləyirlər Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən “Qarabağ dünən və bugün” mövzusunda ictimai müzakirələr İran Səfirliyində davam etdi. GƏNCƏNİN İCRA BAŞÇISI GÜLLƏLƏNİB



» » "Ölüm cəzası olsa, ABŞ Güləni Türkiyəyə ekstradisiya etməyəcək" - Professor qiyamçılara veriləcək cəzaları açıqladı


"Ölüm cəzası olsa, ABŞ Güləni Türkiyəyə ekstradisiya etməyəcək" - Professor qiyamçılara veriləcək cəzaları açıqladı

27-07-2016, 11:19
Oxunma sayı: 327
"Ölüm cəzası olsa, ABŞ Güləni Türkiyəyə ekstradisiya etməyəcək" - Professor qiyamçılara veriləcək cəzaları açıqladı

İstanbul Universitetinin professoru, Türkiyə Cəza Qanununu hazırlayanlardan biri - Adəm Sözüər 246 nəfərin ölümünə səbəb olan hərbi çevrilişə cəhddə iştirak etmiş şəxslərin ömürlük həbs cəzası alacağını açıqlayıb.

Respublika.info xəbər verir ki, professor edam cəzası tətbiq olunsa belə, bunun qiyamçılara şamil edilməyəcəyini deyib:

"Edam cəzası tətbiq olunsa, bu qərar çevrilişə cəhddə iştirak etmiş şəxslərə aid edilə bilməz. Çünki hər kəs cinayəti törətdiyi zaman qanunda hansı cəza varsa, onunla mühakimə oluna bilər. Digər tərəfdən Avropa Razılaşmasına görə, ölüm cəzası olan ölkələrə cinayətkarlar ekstradisiya oluna bilməz. Yəni ABŞ Güləni Türkiyəyə ekstradisiya etməyəcək.

Atacağımız hər bir addım bizi dünyada haqsız duruma sürükləyə bilər. Demokratik dəyərləri ləkələyəcək bir addım atmamalıyıq. Soyuqqanlı olmalıyıq. Ölüm cəzası nə çevrilişləri, nə də cinayətləri əngəlləyə bilər.

Ancaq qiyamçılar həm çevriliş, həm də terrorçu maddələri ilə mühakimə olunacaqlar. Bu çevriliş cəhdini idarə edən təşkilat silahlı təşkilatdır. Hər bir ölüm üçün, yəni 246 şəhidin hər birinə görə ayrıca ömürlük həbs cəzası veriləcək".

Professorun sözlərinə görə, çevrilişdən xəbəri olmayan, lakin komandirin əmrinə tabe olaraq silahlı birləşmələrə qatılan hərbçilər əfv ediləcək:

"Əmr dəmiri kəsər, deyə bir söz var. Hərbi qanunlara görə, əmr müzakirə edilə bilməz. Çevriliş cəhdində aldandıqları açıq-aşkar ortada olan şəxslər mühakimə olunmayacaq. Şübhəlilər üçün dava açılacaq, lakin sübut olmasa, onlar da bəraət alacaq".

Komandirin "vur" əmrinə tabe olub mülki vətəndaşlara atəş açan hərbçilər isə sərt şəkildə cəzalanacaq:

"Əsl məsələ də budur. Cəza qanunu bir əmr cinayətə yol açarsa, yerinə yetirilə bilməz, deyir. Əmr verildi deyə, qadınlara təcavüz etmək olarmı? Törədibsə, cinayətdir. Aldadıldıqlarını düşünək: qarşılarında mülki vətəndaş olduğunu görmürdülərmi? Komandir buna rəğmən, "vur" əmri verirsə, məsuliyyət vuran adamın üzərinə düşür. Burada qətliam edilib. Ancaq tətik çəkən çox az hərbçi olub".
//Axar.az
Sosial şəbəkələrdə paylaş: