Sumqayıtda “İctimai davranış qaydalarının gənclərə təşviq edilməsi” layihəsinin ilk mərhələsi icra olundu Deputatlığa namizəd Mustafayev Elnur Akif oğlunun seçicilərlə möhtəşəm görüşü keçirilib Sumqayıtda “Gənci-Nihan mənəm” adlı bədii qiraət müsabiqəsi keçirildi “Dağlıq Qarabağ abidələri – erməni terroru” internet məkanında layihəsi Siyəzən rayonunda icra olundu
Mənim səsim – mənim gələcəyimdir” adlı layihə yekunlaşdı Daha bir ictimai fəal deputatlığa namizəd oldu “Dağlıq Qarabağ abidələri – erməni terroru” internet məkanında layihəsi Xızı rayonunda icra olundu Məşhur Vəkil Adəm Məmmədov Milli Məclis seçkilərinə Zərdab rayonundan namizədliyini irəli sürdü
Asim Vəliyev Seçki ilə bağlı sərt açıqlama yaydı. "Utanın..!" Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti Bərdə rayonunda silsilə təlimlər həyata keçirib. Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti - layihə (EPIC) layihəsi Mingəçevir şəhərində açılış mərasimini təşkil olunmuşdur. Gənc qızların peşə-ixtisas seçiminə yönəldilməsinə dəstək layihəsi uğurla yekunlaşdı



» » Naibə Allahverdiyeva ərə gedir: "Bir kişi var..."


Naibə Allahverdiyeva ərə gedir: "Bir kişi var..."

25-07-2016, 11:40
Oxunma sayı: 2520
Naibə Allahverdiyeva ərə gedir: "Bir kişi var..."

Gənc Tamaşaçılar Teatrının aktrisası, əməkdar artist Naibə Allahverdiyeva ailə həyatı qurmağa hazırlaşır.

Respublika.info xəbər verir ki, bu barədə aktrisa özü məlumat verib. N.Allahverdiyeva hazırda böyük eşq yaşadığını qeyd edib: "Həyatımda bir kişi var, onu həddən çox sevirəm. Qadını gözəl edən sevgidir, məhəbbət ölüm kimi bir şeydir. O nə yaşa, nə zamana baxır, gözləmədiyin bir anda gəlir. Özümü xoşbəxt qadın sayıram. Bu günə kimi xoşbəxtliyin nə olduğunu bilməmişəm. Amma, sən demə, qadın üçün pul, var-dövlət, ad-san boş şeymiş. Qadın mütləq sevməlidir. Bir qadın sevirsə, deməli, yaşayır".

N.Allahverdiyeva bildirib ki, sevdiyi şəxs incəsənət adamı deyil: "Sevdiyim kişi incəsənət adamı deyil, amma mənimlə dərindən maraqlanır və məni bir aktrisa kimi dəyərləndirir. Blirsiniz, mənim şöhrətim də olub, az-çox pul da qazanmışam. Amma xoşbəxt olmamışam. Əsas odur ki, o şəxs ürəyimcə olan insandır. Xoşbəxtəm ki, onu sevirəm".

Aktrisa "toy gözlənilirmi" sualına "inşallah" deyə cavab verib.
//aznevvs
Sosial şəbəkələrdə paylaş: