Təhsil Nazirliyindən qadağa "Barselona" "yox" cavabı aldı Ermənistanda konsertə hazırlaşan Ququş - “Yaşasın Azərbaycan, qurban olum…” - VİDEO Oğul anasını vəhşicəsinə döydü
Ağdam sakini zəhərli ilanı həyətində bəsləyir – VİDEO "Qarabağ"ın qapıçısına dəvət Ermənistanda kütləvi dava və atışma Lənkəranda narkotik satıcıları saxlanılıb
Azərbaycan-İsrail dostluğu düşmən hədəfində - məkrli plan Yevda Abramov “Yeni Müsavat”a sensasion açıqlamalar verdi Azərbaycan iqtisadiyyatı 1% azalıb BMT-nin keçmiş baş katibi Bakıda səfərdədir .



» » Keçmiş məhkum: "Özüm üçün əkmişəm, başımdakı ağrılara görə çəkirəm" - FOTO


Keçmiş məhkum: "Özüm üçün əkmişəm, başımdakı ağrılara görə çəkirəm" - FOTO

21-07-2016, 19:13
Oxunma sayı: 332
Keçmiş məhkum: "Özüm üçün əkmişəm, başımdakı ağrılara görə çəkirəm" - FOTO

Şəmkir sakini həyətyanı sahəsini narkoplantasiyaya çevirib.
Respublika.info xəbər verir ki, Şəmkirdə narkotik əkib-becərməklə məşğul olan rayon sakini saxlanılıb. Polis onun yaşadığı evdən külli miqdarda çətənə kolları və qurudulmuş marixuana aşkar edib.

Şəmkir Rayon Polis Şöbəsi əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirib. Polis bu dəfə həyatyanı sahəsindən cinayət əməli üçün istifadə edən şəxsin kimliyini müəyyənləşdirib. Təzəkənd sakini, 46 yaşlı Vasib İsgəndərovun evinə baxış keçirilib. Oradan aqrotexniki qaydada qulluq göstərilərək becərilən çətənə kolları aşkarlanıb. İsgəndərovun evindən istifadə üçün hazır olan qurudulmuş marixuana da tapılıb.
Bəxtiyar Rəhimov - baş müstəntiq: "Vasib İsgəndərov evinin həyatyanı sahəsində xüsusi ustalıqla yer hazırlayıb. Həmin ərazidə 24 ədəd çətənə kolunu aqrotexniki qayadada qulluq göstərərək becərib. Bundan başqa, onun mənzilindən 122,18 qram qurudulmuş marixuna da aşkarlanaraq götürülüb".
Saxlanılan Vasib İsgəndərov narkotik tərkibli bitkiləri şəxsi istifadəsi üçün becərdiyini deyib. Buna qədər narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğu üçün Rusiyada 9 il məhkumluq həyatı yaşayan İsgəndərovun bu sözləri heç də inandırıcı səslənməyib.
Vasib İsgəndərov - saxlanılan şəxs: "Mən onun istifadəçisiyəm. Onları da özüm üçün əkmişdim. Satmaq fikrim olmayıb. Başımda müəyyən ağrılar var, ona görə qəbul edirəm".
Vasib İsgəndərovun barəsində həbs qətimkan tədbiri seçilib. Açılan cinayət işi üzrə araşdırma aparılır.


Keçmiş məhkum: "Özüm üçün əkmişəm, başımdakı ağrılara görə çəkirəm" - FOTO
Keçmiş məhkum: "Özüm üçün əkmişəm, başımdakı ağrılara görə çəkirəm" - FOTO

Kepez.tv
Sosial şəbəkələrdə paylaş: