İctimai nəqliyyatda xidmət keyfiyyətinin ölçüləməsinə dair sorğu keçiriləcək “Pandemiyaya qarşı mübarizədə QHT və medianın intensiv əməkdaşlığı faydalı və zəruridir” – MÜSAHİBƏ! Şura “Pandemiya ilə mübarizədə Şuranın maliyyələşdirdiyi layihələrin rolu, ictimai qınaq və ictimai nəzarətin gücləndirilməsi” mövzusunda onlayn konfrans keçirib Xaqani İbrahimov: Büdcə xərclərinin səmərəli istiqamətlərini formalaşdırmaq üçün hökumət əsaslandırlımış büdcə-vergi sistemi həyata keçirir.
Hərəkat “Ordumuz qürurumuzdur” mövzusunda beynəlxalq konfrans keçirib “Bir inci saflığı varsa da suda Artıq içiləndə dərd verir su da..” Azay Quliyev QHT nümayəndələrinə müraciət etdi Ermənistandakı son hadisələr Paşinyan hakimiyyətini ifşa edir
Yeganə çıxış yolumuz yenidən həmrəy olmaq və qaydalara əməl etməkdir. AŞPA pandemiyasının vaksinini... Azərbaycan Vətəndaş Hərəkatının Məclisinin toplantısı keçirilib Sinestezi ilə reallığa fərqli bax



» » Qafqaz Universitetinin rektoru ilə vidalaşdılar - Foto


Qafqaz Universitetinin rektoru ilə vidalaşdılar - Foto

21-07-2016, 15:35
Oxunma sayı: 759
Qafqaz Universitetinin rektoru ilə  vidalaşdılar - FotoBu gün Qafqaz Universitetində yeni rektorun tələbə və müəllim heyəti ilə görüşü baş tutub.

RESPUBLIKA INFO Qafqaz info ya istinadən xəbər veriir ki, universitetin yeni rektoru Elmar Qasımov sələfi Ahmet Saniç haqqında xoş sözlər deyib və onun Qafqaz Universiteti üçün etdiklərinə görə təşəkkür edib.

Elmar Qasımov bildirib ki, Qafqaz Universitetində təhsil sistemi əvvəlki qaydada saxlanılacaq:
“Bütün ixtisaslar, abituriyentlərin qəbulu olduğu kimi qalacaq. Qafqaz Universiteti əvvəl necə fəaliyyət göstəribsə, bu gündən sonra da elə fəaliyyət göstərəcək. Sadəcə olaraq, Qafqaz Universiteti Bakı Ali Neft Məktəbinin rektorluğunun idarəçiliyi altında fəaliyyətini davam etdirəcək. Qafqaz Universiteti Bakı Ali Neft Məktəbinin rektorluğunun idarəçiliyi altında daha da inkişaf edəcək”.

E. Qasımov əlavə edib ki, tədris Qafqaz Universitetinin kampusunda davam etdiriləcək. Tədbirdə yeni və köhnə rektor səmimi şəkildə görüşüb və bu məqam bəzi müəllimləri kövrəldib.

Sabiq rektor Ahmed Saniç kollektiv qarşısında çıxış edərək qarşıdakı fəaliyyətlərində onlara müvəffəqiyyətlər arzulayıb. Ahmet Saniç vurğulayıb ki, Qafqaz Universteti bundan sonrakı mərhələlərdə daha da inkişaf edəcək.

Daha sonra Beynəlxalq Təhsil Mərkəzi İdarə Heyətinin sədri Xalik Məmmədov Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımovu Qafqaz Universitetinin kollektivinə təqdim edib. SOCAR-ın vitse-prezidenti Xalik Məmmədov bildirib ki, idarəçiliyin dəyişməsi sistemin effektivliyinin daha da artırılmasını nəzərdə tutur. Vitse-prezident Qafqaz Universitetinin sabiq rektoru Ahmet Saniçə 11 il ərzində göstərdiyi fəalliyyət və uğurlarına görə təşəkkür edərək, ona bundan sonrakı fəaliyyətində uğurlar arzulayıb. Xalik Məmmədov Qafqaz Universitetində sistemin dəyişməyəcəyini, hətta bundan sonra daha da inkişaf edəcəyini vurğulayıb. O, bildirib ki, universitetdə bütün fakültələr olduğu kimi qalacaq və tələbə qəbulu davam etdiriləcək.
Qafqaz Universitetinin rektoru ilə  vidalaşdılar - Foto
Sosial şəbəkələrdə paylaş: