“Yerli insanların dəstəyi Qafqaz İslam Ordusuna böyük ruh verirdi” Ucarda Yeni subsidiya qaydaları və Aqrar sektora Alternativ Maliyyələşmə mənbələrinin cəlbi mövzusunda təlim keçirilib. “Açıq hökümət” təşəbbüslərinin təşviqi üçün onlayn -TV yaradılacaq Toy, nişan, nigah və ad günü tədbirlərinizi "Baku Wedding and Events Blog”a əmanət edin-FOTO
"Natelaşvili sərsəm bəyanatları ilə gündəmi dəyişmək istəyir" - Gənc politoloq Murad Muradov “Murmansk Payızı” sənət festivalı keçirilib – FOTOLAR Rusiya Azərbaycanlıları İttifaqının ikinci forumu keçiriləcək Göyçayda Aqrar sektora Alternativ Maliyyələşmə mənbələrinin cəlbi mövzusunda növbəti təlim keçirilib
Saçlarınızın erkən yaşda ağarmasını istəmirsinizsə bu qidalardan uzaq durun! Azərbaycanlı çempiondan Qarabağla bağlı örnək addım Murmanskda "Rusiya bayrağı günü" tədbiri keçirilib - Fotolar Zərdabda Aqrar sektora Alternativ Maliyyələşmə mənbələrinin cəlbi mövzusunda təlim keçirilib.



» » Putin yenə "yoxa çıxdı"


Putin yenə "yoxa çıxdı"

7-07-2016, 12:09
Oxunma sayı: 886
Putin yenə "yoxa çıxdı"

Rusiya prezidenti Vladimir Putini sonuncu dəfə publika qarşısında iyulun 1-də Finlandiyaya səfəri zamanı görüblər və həmin gündən etibarən onun harada olduğu açıqlanmır. Hərçənd ki, "qeybə çəkilən" Putin iyulun 7-də axşam ABŞ prezidenti Barak Obama ilə telefon danışığı aparıb. Tərəflər Suriya, Ukrayna və Qarabağ məsələsini müzakirə ediblər.

Respublika.info virtualaz.org-a istinadən xəbər verir ki, bundan əvvəl də Putin arabir (əsasən yay aylarında) harasa "qeyb olurdu" və dərhal onun barəsində ən müxtəlif şayiələr yayılırdı. Hətta ötən il Putin bu cür "qeyb olanda" onun hərbi çevriliş nəticəsində hakimiyyətdən uzaqlaşdırıldığı haqda şayiələr də yayılmışdı.

İndi Putin təxminən bir həftəlik "yoxa çıxmadan" sonra ABŞ prezidenti ilə telefon danışığı aparsa da yaxın bir həftə ərzində Rusiyanın regionlarına planlaşdırdığı üç səfəri təxirə salıb. Bu haqda Kremlə yaxın mənbələr RBC agentliyinə bildirib.

Söhbət Altay, Yakutiya və Novqorod vilayətlərinə əvvəlcədən planlaşdırılmış səfərlərdən gedir. RBC xatırladır ki, Putin publika qarşısında sonuncu dəfə iyulun 1-də Finlandiyada görünüb.

Putinin sözçüsü Dmitri Peskov isə deyib ki, həmin səfərlər anons edilməmişdi, ancaq "təxmin olunan onlarla tədbir" arasında idi. Məlumata görə, Putin iyulun 5-də Dövlət Şurasının rəyasət heyətinin iclasında iştirak etməliydi, ancaq tədbir təxirə salınıb. Yakutiyada isə iyulun 6-da "Asiya Uşaqları" oyunlarının açılışı və Rusiya Xalq Cəbhəsinin regionlararası konfransı olmalıydı, həmin tədbirlərdə Putinin iştirakı da nəzərdə tutulmuşdu.

Novqorod vilayətində isə Putin "Akron" istehsalat birliyinə baş çəkməli idi. Bu tədbir də təxirə salınıb. "Vedemosti" də Putinin proqramlarının təxirə salındığını təsdiqləyir. Qəzetə məlumat verən mənbə xüsusən Dövlət Şurasının rəyasət heyətinin iclasının təxirə salınmasını "gözlənilməz" hesab edib.

Yakutiya prezidenti Yeqor Borisov isə Putinin bu respublikaya səfərinin təxirə salınmasını "dramatikləşdirməməyə" çağırıb. "Prezident iyulun əvvəllərində nəzərdə tutulmuş qrafikində dəyişiklik edib, onun özünün qrafiki var, bəzən dəyişə bilir", - Borisov deyib.
Sosial şəbəkələrdə paylaş: