Xərçəngin qarşısını alan MÖHTƏŞƏM RESEPT Bəzi tələbələr təhsil haqqından azad olunacaqlar - YENİLİK Bakıda süd alarkən diqqətli olun - VİDEO Dizellə işləyən avtomobillərin sayı sürətlə artır - SƏBƏB
İnfarkt və insultun qarşısını alan qidalar Rus gözəl Neymarın fanatıdır - FOTO Azərbaycanın ilk milyarderi Yelmar Məmmədov Azərbaycanda kreditlər ucuzlaşdı
Körpə qız qaynar süd qazanına düşdü Tolik: "Məni qaranlığa aparıb soyundurdu" - VİDEO Məktəb müəllimi əvvəllər fahişəlik edibmiş, sirri açıldı, işdən qovuldu - FOTO Xaçmazda iş adamının ciblərindən 88 min dollar çıxardılar



» » Məcburi köçkün Qarabağ əlilinin evini zəbt edib - FOTO


Məcburi köçkün Qarabağ əlilinin evini zəbt edib - FOTO

5-07-2016, 18:44
Oxunma sayı: 505
Məcburi köçkün Qarabağ əlilinin evini zəbt edib - FOTO

Məcburi köçkün, Qarabağ müharibəsi əlili Zahid Qəribov redaksiyamıza gələrək başına gələnləri danışıb.

Respublika.info xəbər verir ki, Z.Qəribovun sözlərinə görə, 1988-ci ildə Ermənistandan deportasiya olunub. I Qarabağ savaşında müxtəlif bölgələrdə döyüşlərdə iştirak edib və Kəlbəcər rayonunun müdafiəsi uğrunda gedən qanlı döyüşlərdə qəlpə yarası alaraq "baş beyin travmatik xəstəliyi, kəskin asteno nevrotik sindrom" diaqnozu ilə III qrup əllilik alıb. 22 fevral 1995-ci ildə Bakı Səbail Rayon İcra Hakimiyyəti başçısının 555 saylı sərəncamına əsasən bu rayon ərazisindəki A.Məmmədov küçəsində yerləşən sahəsi 14, 0 kv.m olan 93 saylı evin 85 nömrəli mənzili ailəsi ilə birlikdə ona sığınacaq kimi verilib. Lakin Z.Qəribovun sözlərinə görə, sığınacaq mənzil onun adına olsa da dadı başqasına qismət olub:

"Mənzil mənə verilsə də, tez bir zamanda Füzuli rayonundan məcburi köçkün düşmüş Quliyeva Zəhranın ailəsi tərəfindən zəbt olunub. Səbail Rayon Məhkəməsinin 18 fevral 1997-ci il tarixli qərardadına əsasən onların ailəsi ilə birlikdə mənə məxsus mənzildən çıxarılması Füzuli rayonu işğaldan azad edilənədək dayandırılmaslı qət edilib. Hazırda mən 4 nəfər ailə üzvü ilə birlikdə demək olar ki, küçələrdə qalmışam. Axı nə qədər maddi imkansızlıqdan kirayə haqqı ödəyə bilmədiyim üçün kimlərinsə himayəsinə sığınacam?!

Səbail Rayon İcra Hakimiyyəti başçısının 14 mart 2006-cı il tarixli , 89 saylı sərəncamına əsasən mənzil növbəsində dayanmışam. Amma 10 ildir bu məsələ hələ ki, öz həllini tapmayıb.

İki övladım var. Hazırda fəhlə işləyirəm, başqa yerdən də maddi gəlirimiz yoxdur. Manatın 2-ci dəfə devalvasiyaya uğramasından sonra ailəmiz daha da ağır duruma düşüb. Xahiş edirəm ki, aidiyyatı orqanlar bu məsələdə mənə köməklik göstərsinlər".
//Müsavat

Məcburi köçkün Qarabağ əlilinin evini zəbt edib - FOTO
Sosial şəbəkələrdə paylaş: