“Qafqazda Aztəminatlı Məcburi Köçkünlərin və Yerli Əhalinin İqtisadi və Sosial İnkişafı” (EPIC) layihəsiçərçivəsində Mingəçevir Dövlət Universitetində “Ətraf Mühit”mövzusunda seminar həyata keçirilib. Yunanıstanda "Odlar Yurdu-Azərbaycan" foto sərgisi adlı tədbir keçirilib - FOTOLAR Bakı Türk dünyasının gələcəyini müəyyənləşdirən mərkəzə çevrilir Azərbaycanlı gənclər Murmanskda bir araya gəldi
Bərdə şəhərində “Əl – ələ daha güclü” (“Stronger hand by hand”) layihəsi başa çatıb. Təhsildə İnkişaf və İnnovasiyalar üzrə III Qrant müsabiqəsi”nin qalibi olmuş “Atamla birgə öyrənirəm” layihəsinin fəaliyyəti sona çatdı. “Bugün Azərbaycan müstəqillik qazandıqdan bəri ən gözəl dövrünü yaşayır.” –Məhsəti Hüseynova Kikboksçularımız dünya kikboksinq arenasında öz sözlərini deyirlər
Ucar rayonunun 80 illiyinə həsr olunmuş Veloyürüş keçirilib. “RƏNGLİ DÜNYA YARADAQ” layihəsinə start verildi “Gənc İstedadların Maariflənmələrinə və İnkişafına Dəstək” ictimai birliyi yeni layihəyə start verdi “Vikipediya”da Gəncə haqqında məqalələr zənginləşdirilir



» » Rəhimin cənub xatirələri


Rəhimin cənub xatirələri

30-06-2016, 20:58
Oxunma sayı: 757
Rəhimin cənub xatirələri

Səhər saat 6-da şəhərin mərkəzində, Bakıxanov körpüsünün yanında “Karvansaray” adlanan yerdən yola düşdüm. İlk dəfə idi ki, İrana Astara tərəfdən keçəcəkdim. Keçən il Təbrizə gedəndə Biləsuvardan keçmişdim. Bakıdan Azərbaycan Astarasına taksilər adambaşı 15 AZN-dən aparır. Nəyə görə Azərbaycan Astarası dedim, çünki sərhəddi keçəndən sonra İran Astarası başlayır. İran Astarası daha çox şəhər tiplidir, əhalisi də çoxdur.
Yasamaldan bir ailə də mindi – ata, qız, nəvə. Daha sonra bir iranlı ağa. Sakit adama oxşayırdı. Yol boyu səssizlik oldu. Hərdən sürücünün asta sürməsinə görə xanım deyinirdi, sürücü də maşında uşağın olmasını bəhanə edib cavab verirdi. Nəhayət Astaraya çatdıq. Əlimdə cəmi bir çanta var idi. Sərhəd keçid məntəqəsinə gəldim. İnsanlar çox, qapılar bağlı. Sıra mədəniyyətindən danışmıram, qadın, uşaq, qoca bilinmir. Hər kəs bir-birini tapdayır, keçmək istəyir, yüksək səslə danışır, dalaşır və s. Pozitiv heç nə görmək olmaz.
Bir nəfər mənə yaxınlaşdı və bir neçə paket verəcəyini dedi, İrana keçirəndən sonra deyilən adama verirsən və hər paket qarşılığında 10 AZN alırsan. Təbii ki, razılaşmadım. Heç bir zaman sərhəddi keçəndə digər birinin çantasını götürmərəm, qaldı İrana keçəndə bağlı paketi. Elə bu kişidən güclə canımı qurtarmışdım, gördüm bizimlə bir maşında gələn iranlı ağa çantaları əlində dayanıb. Yaxınlaşdım, bir yerdə dayandıq. “Adam-adamın üstündə” deyimini ilk dəfə orada gördüm. Həqiqətən bir-birlərinin başına çıxırdılar.
Yenidən bir nəfər yekəpər bir kişi ( adının əvvəli Ağa ilə başlayırdı ) iranlı ağaya yaxınlaşdı. “ Buralar mənlikdi ! Hörmət elə keçirim səni qabağa !” Dəmir qapıların olduğu yerə qədər çox adam var idi, amma soldan dəmirlə bağlanmış bir dəhliz açıq idi və ora ilə qapılar tərəf “turba” ilə ayrılmışdı. İranlı ağa bizim Ağa... ilə razılaşdı və dedi ki, mənə də kömək eləsin. Bizim Ağa... bizi bu “turbadan” keçirib qabağa gətirdi. Qapının ağzında insanlar dayanmışdı, onlardan biraz kənara çəkilmələrini xahiş etdi, bizə yer açıldı, kömək elədi “turbanın” üstündən düz qapının ağzına düşdük. Çantalarımızı da arxamızca. Amma bizi qoyub getmədi, hələ böyük cüssəsiylə bizə qapıdan keçməyə də kömək edəcəkdi. Kişi dayanmadan danışır, özünü tərifləyir, “burda hamı məni tanıyır, buralar mənlikdi” – deyirdi. Sonra biri də gəldi. Bu dəfə iranlı olan biri. Bizim iranlı ağaya şəxsiyyət vəsiqəsini göstərdi, münasibət yaratdı. Bizə işi düşəcəkmiş. Və qapılar açıldı. O zamana qədər “qara keçiddən” keçdiyim üçün vicdanımı günahkar sayırdım. Qapılar açılandan sonra gördüm ki, orda ən vicdanlı bir mənəm bir də iranlı ağa...

Ardı var...

Rəhim Qədirov

Respublika.info
Sosial şəbəkələrdə paylaş: